Dünyada biliklərin əksər hissəsi ya birbaşa yolla, ya da bu gün
bəşəriyyətin əksəriyyətinə xas olan vasitəçilərin köməkliyi ilə ötürülür.
Google və Wikipedia "Bilmirəm" sözünü köhnəlmiş hesab edirlər. İnternet
maraqlanma səviyyəsini və ömür boyu təhsil imkanlarını sürətləndirir. Əla
proqram və təcrübəli pedaqoqlardan yararlanma imkanı hər bir şəxs üçün əlçatmaz
sayılmır. Birçox universitet kursları (MOOCs: kütləvi açıq onlayn kursları) və
TED, Coursera və Kan Akademiya kimi müstəqil təhsil sistemlərinə İnternetdə
çıxış azaddır. Facebook-da Mark Suserberqin rəhbərliyi altında komanda
İnternetə ümumi çıxış üçün yüksək aerostat şəbəkəni yaratmaq məqsədilə yer
kürəsində hər bir şəxsin Google Loon layihəsindən istifadəsini təmin edir.
Noutbuk və smartfonların qiyməti düşməkdədir. Lakin, bütün dünyada təhsili
təkmilləşdirmək məqsədilə bütün bu resursları uğurla tətbiq etmək üçün böyük
səylər tələb olunur.
UNESCO-nun məlumatlarına görə gənclər arasında savadlılıq səviyyəsi
1990-cı ildəki 83,4%-dən 2011-ci ilə 89,5%-ə yüksəlmişdir; bu zaman böyüklər
(15 yaşdan yuxarı) arasında savadlılıq səviyyəsi 1990-cı ildəki 75,7%-dən
2011-ci ilə 84,1%-ə yüksəlmişdir. UNESCO-nun qiymətləndirmələrinə görə 2015-ci
ilə əhalinin böyük yaşlı hissəsinin savadlılıq səviyyəsi 86%-ə, gənclər
arasında isə savadlılıq səviyyəsi 92%-ə yüksələcək. Məktəbəqədər təhsil
müəssisələrini bitirən şəxslərin səviyyəsi 1999-cu ildəki 112 milyondan 2010-cu
ildəki 164 milyona qalxmışdır. İbtidai təhsil müəssisələrini bitirən şəxslərin
səviyyəsi 2000-ci ildəki 53%-dən 2010-cu ildə 62,5%-ə qalxmışdır. Məktəb yaşlı
uşaqların faizi 1999-cu ildəki 9,3%-dən
2011-ci ildə 90,3%-ə qalxmışdır. Ali təhsil müəssisələrini bitirən şəxslərin səviyyəsi
2000-ci ildəki 19%-dən 2010-cu ildə 30%-ə qalxmışdır. Bununla belə, orta
məktəblərin aşağı sinfində təhsil almalı olan 71 milyon uşaq məktəbə getmir. UNESCO-nun məlumatlarına görə
Pakistanda Talibanların qətlə yetirmək istədikləri Malala
Yousafzai yenə də hazırda dünyanın münaqişə zonalarında yaşayan 28,5 milyon
aşağı sinif şagirdinin təhsilə çıxışını təmin etməyə çağırır. Məktəbə getməyən
şagirdlərin faizinin aşağı düşməsinə baxmayaraq, 2002-ci ildən təməli qoyulmuş
baza təhsilinə beynəlxalq yardımın 2012-ci ildə azalması səbəbindən son
onillikdə əhalinin sayının artması səbəbindən bu problem hələ də aktual olaraq
qalır.
AB, ABŞ, Çin, İsrail və Yaponiya beynin tədqiq
edilməsi üçün iri elmi-tədqiqat layihələrinə malikdirlər. Gələcəkdə əldə olunacaq
nəticələr insan beyninin xəstəliyi problemlərinin aradan qaldırılmasına,
beyninin işinin yaxşılaşdırılmasına, daha yaxşı kompüter layihələrinin işlənib
hazırlanmasına, eləcə də yeni beyin və kompüter arasında qarşılıqlı fəaliyyətə
gətirib çıxarda bilər. idrakı elm
sahəsində əldə olunan nailiyyətlər müəllimlərin hazırlanması prosesinə və
tədris sistemlərinə inteqrasiya edilməlidir. Google personal intellektual
idarəetmə sisteminin inkişaf etdirilməsinin köməkliyi ilə intellekti artırmağı
planlaşdırır. Bilik və ictimailəşmənin əldə edilməsinə əlavə olaraq Təhsil
nazirlikləri təhsilin milli məqsədi kimi
idrakı elmdə və beynin tədqiqatında nailiyyətlərin öyrənilməsini sürətləndirə
biləcək intellektin artırılması yollarını aramalıdırlar. IQ testlərinin nəticələri
bütün dünyada əlli ildən çox müddətdir ki, artmaqdadır, bəşəriyyətin daha da
ağıllı olub-olmadığı bəlli deyil, lakin ən azı qiymətlər azalmır.
Kompüter və təhsilin birləşdirilməsi fundamental
şəkildə dəyişməkdədir. Mur Qanunu növbəti onillikdə və ya təxminən bu müddət
ərzində qüvvədə qalacaq, portativ intellektual qurğular insan beyninə güclü
təsir göstərə biləcək. insanlar ayrı-ayrı şəxslərin bütün ömürləri boyu
ehtiyaclarını ödəmək üçün yaratdıqları virtual real interfeyslərin köməkliyi
ilə "dəqiq və vaxtında bilik" əldə edə biləcəkləri dünya biliklərinə çıxış əldə
etməlidirlər.
Mövhumat və nifrətin bütün
formalarının ləğv edilməsi məqsədi güdən proqramlarla yanaşı insanların
gündən-günə artan qeyri-sabit
durumlardan və / və ya psixi xəstəliklər məngənəsindən qurtarmağa
yönəldilmiş ayrı-ayrı proseslərin durmadan qiymətləndirilməsi getdikcə daha
zəruri hala çevrilən sevgi ilə dolu olan daha gözəl dünyanın bərqərar olmasına
gətirib çıxarda bilər, belə ki, destruktiv texnologiyalar fiziki şəxslər üçün
daha əlçatan olmuşdur.
Beyin və ya intellektin daha yaxşı işləməsi kombinə edilmiş,
yaxşılaşdırılmış qida, təfəkkürün inkişafı, intellektin artırılması (plasebo
effekti), şərhlərə reaksiya verilməsi, ətraf mühitə davamlı sevgi ilə, İnternet
vasitəsilə ağıllı insanlarla təmasla, beyin üçün dərman preparatlarının
təkmilləşdirilməsi, proqram təminatı və oyunlar, İnternet-memilər (intellekt
baxımdan seksuallıq) ilə, diqqəti və məhsuldarlığı artıran müəyyən musiqi, rəng
və rayihənin köməkliyi ilə aşağı
stresslə artırıla bilər. İnsan beyninin
qismən proqramlaşdırılması və digər metodlar şəxsi intellekt və uzunömürlülüyün
artırılmasına gətirib çıxardacaq. Gələcəkdə beyinlər genetik baxımdan
genişləndirilə və sintetik biologiya vasitəsilə beynin zədələnmiş hissələrinin
bərpa edilməsi və hüceyrələrin daha effektiv şəkildə işləməsinə gətirib çıxarda
bilər. Geniş imkanlı kommunikasiyaların köməkliyi ilə biliklərin artırılması və
tədris innovasiyaları və konsepsiyalarından istifadə, cəmiyyətin fərdi və kollektiv
intellektini artırıla bilər.
Tarix boyu erkən tənzimləyicilər arasında əldə edilən nailiyyətlər
yüksək xərclər tələb edə bilər.
Qeyri-sabit şəraitə yol açan bilik / intellektdə yaranan təhlükəli çatışmazlıqların aradan
qaldırılması üçün ciddi səylər göstərilməlidir. Siyasətçilər bu cür yeni
səlahiyyətlərdən geniş şəkildə demokratik istifadələrin genişləndirilməsi
üsullarını işləyib hazırlamalı, lakin başqaları tərəfindən bu cür
səlahiyyətlərdən sui-istifadə hallarına yol verməməlidirlər. Gələcəkdə texnoloji
baxımdan böyük miqyasda genişlənən, yaxud az genişlənən sahələr yarana bilər.
Son illər ərzində, rəqəmsal fərqliliklər azalmağa başlamış, əks əlaqələrə
çıxış, şəffaflıq və onların yayılması bu problemləri həll edə bilər.
Maarifləndirici bazarlar genişləndiyindən, texnoloji və tədris
konstruksiyaların məbləği aşağı düşməli,
bahalı çıxışdan daha universal çıxışa sərf edilən vaxtı azaltmalıdır.
Regional Mülahizələr (hazırda tədqiqatlar
aparılır)
Afrika:
Afrikada məktəblərdə dərsə davamiyyət 1999-cu illə müqayisədə 33%
artmış, lakin dünyada məktəblərə getməyən uşaqların ümumi faizinin 43%-i
Afrikanın payına düşür. Region savadlılıq baxımından ən aşağı göstəricilərə
malikdir, gənclər arasında savadlılıq səviyyəsi 70%, böyüklər arasında isə orta
faiz dərəcəsi 2011-ci ildə 59% təşkil etmişdir, bu göstərici Qvineyada 25%-dən
Ekvatorial Qvineyada 94%-dək tərəddüd edir. Subsaha Afrikasında ildə təxminən
10 milyon şagird məktəbi tərk edir. Ayrı-ayrı məktəblərdə qızlar üçün sanitar
qovşaqlar təmin edildiyi zaman onların dərsə davamiyyəti artır. İƏİT ölkələri
üçün idrakı və mobil texnologiyaların yeni əlavələrinin tətbiq edilməsi
zəruridir; Afrika üçün Açıq Təhsil Resursları heç bir lisenziya ödənişləri
olmadan Afrikada bu cür əlavələrə çıxışı mümkün edir və bu əlavələri lazım
gəldikdə yükləmək və mobil telefonlarında istifadə etmək mümkündür. Uşaqlara
Yardım Fondu məktəblərdə daimi sanitar qovşaqlarının inşasının Cənubi Sudan
məktəblərində dərslərə davamiyyətin artmasına gətirib çıxartdığını göstərmişdir.
Gənclərin beyninin inkişafı üçün dəmir
və zülalla zəngin yeməklər birlikdə qəbul edilməlidir. Uşaqların zülallı
qidalar qəbul etmələrinin əsas səbəblərindən biri onunla izah olunur ki, çox
vaxt onlar zülal və dəmirlə zəngin olmayan qarğıdalı, proso və ya manioka
məmulatları qəbul edirlər və onlar bu yeməklərdə fərq qoymaq üçün o qədər də
böyük deyillər. Buna görə də bu məhsullarda zülal və dəmirin kifayət qədər
olması beynin inkişafına kömək edə bilər.
Asiya və Okeaniya:
Cənubi və Qərbi Asiyada yaşlı əhalinin savadlılıq səviyyəsi 63%,
Şərqi Asiya və Sakit Okean hövzəsi - 95%, Mərkəzi Asiyada isə - 100% təşkil
edir. Gənclər arasında savadlılıq dərəcəsi ən yüksək səviyyədə Cənubi və Qərbi
Asiyada mövcuddur və 81% təşkil edir. Samsung İqtisadi Tədqiqatlar İnstitutu
söyləyir ki, Seulda 70% Cənubi Koreyalı ailə övladlarının özəl təhsil
almalarına böyük miqdarda vəsait sərf edir.
Mintel Group-un apardığı tədqiqatda isə deyilir ki, çində orta təbəqəyə
aid ailələrin övladlarının 90%-i dərsdənkənar ödənişli təhsil proqramlarında
iştirak edirlər və 87% çinli valideyn əlavə xarici təhsilə görə ödəniş etməyə
hazırdır.
Avropa: Bütün Avropada gənclər və böyüklər
arasında savadlılıq səviyyəsinin təxminən 99% olmasına baxmayaraq, 14 milyon
Avropa gənci məktəbə, yaxud işə getmir. AB-nın Perspektiv Texnoloji Tədqiqatlar
İnstitutu açıq təhsil resurslarından necə istifadə etməyi və 2030-cu ilədək
təhsil ssenarilərinin təqdim edilməsini izah edən Avropada Açıq Təhsil
Resursları (OEREU) layihəsini həyata keçirir.
Latın Amerikası: UNESCO büdcədə ixtisar səbəbindən regionda
nüfuzunu itirməkdədir. Keçmiş sosialist ölkələrində təhsil sistemləri
beynəlxalq standart və test yoxlamalarına üstünlük vermirlər, lakin eyni
zamanda bazara çıxış əldə etmək istəyən ölkələr isə bu standartlardan istifadə
etməyə çalışırlar. Pulsuz sorğu və yeni
ideya və həqiqət axtarışı növbəti nəslin təhsili ilə bağlı ideoloji müharibəni
azalda bilər. Kapital axını və dövlət büdcəsində edilən ixtisarlar bir tələbənin
təhsilinə sərf edilən büdcəyə də öz təsirini göstərir. Təhsilə İnternet
bazasında yeni təhsil sistemlərinin tətbiq edilməsi vacib məsələdir. Uruqvay
bütün uşaqları İnternetə çıxışla təmin etməyə çalışır. Böyüklər arasında
savadlılıq səviyyəsi 1990-cı ildəki 86%-dən 2011-ci ildə 92%-ə yüksəlmiş və bu
zaman gənclər arasında savadlılıq (15-24 yaş arası) 1990-cı ildəki 93%-dən
2011-ci ildə 97%-ə yüksəlmişdir.
Şimali Amerika: Milli Tədqiqat İttifaqının bu yaxınlarda
etdiyi məruzədə o, şagirdlərin elmi təfəkkürlərinin və elmi eksperimentlər aparmaq
qabiliyyətlərinin testdən keçirilməsinə daha çox diqqət ayrılmasını tövsiyə
etmişdir. 2000-ci ildən 2010-cu ilədək oxu və riyaziyyat üzrə faiz, eləcə də
Amerikanın ali təhsil ocaqlarını bitirmiş məzunların faizi 1970-2000-ci illəri əhatə edən faizdən yuxarı olmuşdur, buna baxmayaraq
ABŞ-ın beynəlxalq reytinqi aşağı olaraq qalır. Getdikcə daha çox insanın
MOOCS-yə (Kütləvi Açıq Onlayn Kursları) çıxış əldə etmələrinə baxmayaraq,
Pensilvaniya Universitetinin apardığı tədqiqat göstərmişdir ki, orta hesabla 4%
tələbə kursu bitirir; lakin, tələbələr
cüzi əlavə infrastruktur və ya kapital xərcləri ilə kursu bitirirlər. Kanada
milli Təhsil Nazirliyi olmayan yeganə ölkədir, belə ki, təhsil əyalət
yurisdiksiyasına aiddir. Aili təhsil ocaqlarının məzunlarının sayı və ixtisası
və əmək bazarının tələbatı arasında milli səviyyədə statistik məlumat və
əlaqələndirmə çatışmazlığı duyulur. Bununla yanaşı, Universitetdə təhsil haqqı
artır, və məzunlar sonda kursları yüksək borc məbləği və işədüzəlmə ilə bağlı pərişanlıq hissi ilə
başa vururlar. Aşağıda təqdim edilən cədvəl Beynəlxalq Minillik Layihəsi Qrupu
tərəfindən 2030-cu ilə təhsil və tədris imkanları ehtimalını göstərir.
Yuxarıda göstərilən şkala üzrə
reytinq 2030-cu ilə baş verə biləcək
ehtimalın 50%-nin mövcud olduğunu göstərir, başqa sözlə, bu eyni ehtimal
səviyyəsi ilə baş verə bilər. Göstərilən variantlardan hansının müsbət və ya
mənfi olduğunun, eləcə də onun baş verməsinə kimin yardım edəcəyinin və onun
yaranmasına kimin maneə ola biləcəyinin qiymətləndirilməsi Beynəlxalq Fyuçer
İnformasiya Sistemlərində verilir.