Azərbaycan
Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyi
Azərbaycan
Respublikası Təhsil Nazirliyi
Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan
Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Minilliyin
Layihəsinin Azərbaycan Bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti)
“GƏLƏCƏK
NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ”
6-cı Ümumrespublika
İnşa Müsabiqəsinin
T Ə L İ M A T I
I.Müsabiqənin Məqsədi
1.1.Qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin
dünyada baş verən müxtəlif proseslərin bir-bir ilə əlaqəli olduğunun və bunun
özlərinin gələcəyinə təsir edəcəyini başa düşməsi;
1.2.Dünyada baş verən siyasi, iqtisadi, demoqrafik,
ekoloji, texnoloji və digər dəyişiklərlə əmələ gələn yeni həyat qanunlarına
uyğunlaşmalı olduğunun başa düşməsi;
1.3.İnformasiya texnologiyalarının insan həyatının müxtəlif
sahələrinə təsir edici və tənzimləyici qüvvəsi artdıqca fərdlərin imkanlarının
başa düşməsi;
1.4.Qlobal dəyişiklilərdən irəli gələn tələblərə
uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da
yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsi.
II. Müsabiqənin İştirakçıları
2.1.“Gələcək Nəsillərlə Üz-Üzə” 6-cı Ümumrespublika
İnşa Müsabiqəsi iki kategoriyada olan iştirakçılar arasında aparılır:
·Azərbaycan
Respublikasının orta məktəblərinin 9-11-ci sinif şagirdləri;
·Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsində
oxuyan tələbələri.
III.Müsabiqənin Mövzuları
3.Müsabiqəyə təqdim
edilən inşa yazısı Minilliyin Layihəsinin (www.millennium-project.org) 15 Qlobal Çağırışlarına uyğun aşağıdakı
mövzulardan birinə aid olmalıdır:
3.1.Hər kəs üçün
mümkün olan dayanıqlı inkişaf;
3.2.Hər kəs üçün,
münaqişəsiz, kifayət qədər təmiz su;
3.3.Əhalinin artımının
mövcud olan resurslarla balansa gətirilməsi;
3.4.Demokratiyanın yayılması;
3.5.Qlobal uzaqgörənlik və qərar qəbul edilməsi;
3.6.İKT-nin Qlobal Konvengensiyası;
3.7.Cəmiyyətdə
mülkiyyətlə bağlı təbəqələşmə;
3.8.Sağlamlığa təhlükə;
3.9.Təhsil;
3.10. Dünya və münaqişə;
3.11. Qadınların Statusu;
3.12. Transmilli Cinayətkarlıq;
3.13. Enerji;
3.14. Elm və texnologiya;
3.15. Qlobal Etika
IV. Müsabiqədə
İştirak
4.1.İstənilən
9-11-ci sinif şagirdi və ali təhsil müəssisəsinin bakalavr və magistr pilləsində
oxuyan tələbəsi yuxarıda 3-cü bənddə (3.1-dən 3.15-dək) sadalanan mövzulardan birisi
üzrə inşa yazısını Müsabiqəyə təqdim edə bilər.
4.2.Bir
iştirakçı iki və daha çox mövzu üzrə inşa yazısı təqdim edə bilər (seçilmiş
mövzuların sayına uyğun sayda). Bir inşada isə iki və artıq mövzuların birləşdirilməsi
yolverilməzdir.
4.3.İnşalar
hazırkı Təlimatda göstərilən inşanın yazılması şərtlərinə və tələblərinə riayət
etməklə yazılmalı və müsabiqəyə təqdim edilməlidir.
4.4.Təqdim
edilmiş hər hansı inşa yazısı qoyulmuş tələblərə cavab vermirsə həmin inşa
yazısı müsabiqəyə buraxılmır və onun müəllifi müsabiqədə iştirakdan kənarlaşdırılır.
4.5.Şagirdlər
və tələbələr müsabiqədə ayrı-ayrılıqda iştirak edir, yəni şagirdlərin inşaları
öz aralarında, tələbələrin inşaları isə öz aralarında müqayisə edilir.
4.6.Yuxarıda
3-cü bənddə (3.1-dən 3.15-dək) sadalanan hər bir qlobal çağırış (mövzu) müsabiqənin
finalçıların və qaliblərin müəyyən edilməsi məqsədi üçün ayrıca nominasiya
hesab edilir, yəni onların hər birisi üzrə ayrı-ayrılıqda finalçı və qaliblər
müəyyən edilir.
V. İnşa Yazısına Olan Tələblər
5.1.Müvafiq mövzu üzrə inşa yazısı Azərbaycana dair məsələləri
əhatə etməli və bu problemləri qlobal inkişaf çərçivəsində təhlil etməlidir.
5.2.Hər bir inşa yazısı onun məzmununu əks etdirən adı
daşımalıdır.
5.3.İnşa yazısında qaldırılan məsələlər və onların həlli
və ya təkmilləşdirilməsi yolları aydın fikir və cümlələrlə ifadə edilməlidir.
5.4.Müəlliflik hüquqlarının gözlənilməsi və müvafiq
istinadların edilməsi vacibdir və bunun üçün digər mənbərlərdən götürülən məlumatın
sadəcə inşaya köçürməklə daxil edilməsi (yəni həmin mənbə göstərilmədən və ya
ona istinad olmadan) yolverilməzdir.
VI.İnşa Yazısının
Forması, Həcmi və Dili
6.1.İnşa yazısı kompyuterdə yığılmalı və Word
proqramının 12-ci şrift ilə (sətirlər arası məsafə 1,5-dən çox olmamaqla) çap
edilmiş formada olmalıdır. Əllə yazılmış inşalar qəbul olunmur.
6.2.Hər bir inşa yazısının həcmi:
·9-11-ci sinif şagirdləri üçün 3-5 səhifə;
·bakalavr pilləsində oxuyan tələbələr üçün 5-7 səhifə.
6.3.İnşa yazısı, iştirakçının seçimi ilə Azərbaycan, Rus
və ya İngilis dillərində hazırlana bilər.
VII.İnşanın Yazılması Prosesi
7.1.İnşa yazılarkən müsabiqədə iştirak edən şagird və
ya tələbə öz mülahizələrini və fikirlərini ifadə etməlidir.
7.2.İştirakçının seçdiyi qlobal çağırış (mövzu) üzrə öz
mövzusuna aid Təlimata Əlavə: 15 Qlobal Çağırışın Təsviri materialı ilə
qabaqcadan tanış olması vacibdir.
7.3.Seçilmiş mövzuya dair nəzərdən keçirilən digər ədəbiyyat
və materiallar mövzunun aktuallığını əks etdirməlidir.
7.4.İnşa yazılarkən hər bir qlobal çağırış üzrə əlavə materialların
öyrənilməsi, internet şəbəkəsindən və digər mənbələrdən istifadə edilməsi məqsədə
uyğun hesab edilir;
7.5.Orta təhsil müəssisələrinin şagirdlərinə müəllimlər
tərəfindən qabaqcadan izahat verilməlidir.
7.6.Tələbələr isə özləri sərbəst olaraq Müsabiqənin
internet saytından və digər mənbələrdən məlumat əldə etməlidirlər.
VIII.İnşa Yazılarının
Qiymətləndirilməsi
8.1.İnşa yazıları peşəkar mütəxəssislərdən ibarət
münsiflər heyəti tərəfindən qiymətləndirilir.
8.2.Hər bir inşa 10 ballıq cədvəl üzrə qiymətləndirilir.
8.3.Eyni bal toplamış və konkursa düşən inşa yazıları
başqa mütəxəssislər tərəfindən təkrar qiymətləndirilir.
8.4.Şagirdlərin və tələbələrin inşa yazıları ayrı-ayrılıqda
qiymətləndirilir və bir-biri ilə müqayisələndirilmir. Digər sözlərlə, şagirdlərin
inşaları digər şagirdlərin, tələbələrin inşaları isə digər tələbələrin inşaları
ilə müqayisələndirilir.
8.5.İnşa yazısının qiymətləndirilməsi ona olan tələblər
əsasında həyata keçirilir (əlavə olaraq bax yuxarı 5-ci bəndə):
·Forma və məzmuna dair qoyulan tələblərə cavab verməsi;
·Azərbaycana
aidiyyatlılığı;
·Qlobal inkişaf
istiqamətlərinə və problemlərinə bağlılığı;
·Mövzunun adının
onun məzmununu əks etdirməsi;
·İrəli sürülən
fikir və ideyaların aydınlığı və məzmunluluğu;
·Təklif edilən
problemlərin həlli yollarının orijinallığı və mümkünlüyü.
IX.Müsabiqənin Qalibləri
və Finalçıları
9.1.İnşa yazılarının münsiflər heyəti tərəfindən qiymətləndirilməsi
nəticəsində şagirdlər və tələbələr arasından hər bir kateqoriya üzrə
ayrı-ayrılıqda 15 nominasiyada (hər bir mövzu üzrə) Müsabiqənin finalçıları müəyyən
edilir.
9.2.Ümumilikdə, şagirdlərdən və tələbələrdən olan finalçılar
1-ci, 2-ci və 3-cü yerlərə layiq görülməklə 90 nəfərdən ibarət olur (şagirdlər
– 45 nəfər və tələbələr - 45 nəfər).
9.3.Ümumilikdə, şagirdlərdən və tələblərdən olan, hər
bir nominasiya (mövzu) üzrə 1-ci yerlərə layiq görülmüş 30 finalçı müsabiqənin
qalibləri hesab edilir (şagirdlər – 15 nəfər və tələbələr – 15 nəfər).
9.4.Müsabiqənin bütün qalib və finalçılarına Təşkilatçılar
tərəfindən müvafiq bildiriş verilir.
X.Mükafatlandırma
10.1.Müsabiqənin qaliblərinə və finalçılarına müvafiq
sertifikat və mükafatlar təqdim oluncaqdır.
10.2.Mükafatlandırma mərasimi açıq şəkildə Bakı şəhərində
təntənəli surətdə həyata keçiriləcəkdir. Mükafatlandırma mərasiminin keçirilmə
yeri və tarixi barədə Təşkilatçılar tərəfindən əlavə məlumat veriləcəkdir.
XI.İnşa Yazılarının Təqdim
Edilməsi və Əlavə Məlumat
11.2.Müsabiqəyə dair bütün məlumatı həmin internet
saytından əldə etmək olar.
11.3.İnşa yazısı, yazının müəllifi, onun ünvanı və əlaqə
məlumatı ilə birgə, aşağıdakı ünvanlardan birinə göndərilməlidir:
·Adi poçt: Azərbaycan Futuroloqlar Cəmiyyəti,
Bakı şəhəri, Old Caspian Business Center,
(Old Kaspian Biznes Senter)
V.Məmmədov küçəsi 10/12, AZ1000 (disk əlavə edilə bilər).
VƏ
YA
·Elerktron poçt: info@galacaknasillar.az
11.4.İnşa yazıları 15
YANVAR 2016-ci il SAAT 18.00-DƏK təqdim edilməlidir.
11.5.Müəyyən edilmiş vaxtdan gec təqdim edilmiş inşa
yazıları qəbul olunmur.
11.6.Müsabiqəyə təqdim olunmuş inşa yazıları geri
qaytarılmır.