"Gələcək Nəsillərlə Üz-Üzə" 6-ci Ümumrespublika İnşa Müsabiqəsi Azərbaycan Futuroloqlar Cəmiyyətinin (www.futurestudies.az) təşəbbüsü ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (www.mincom.gov.az), Təhsil Nazirliyi (www.edu.gov.az),Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi(mys.gov.az) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə keçirilən layihədir. Azərbaycan Futuroloqlar Cəmiyyəti Minilliyin Layihəsinin (www.millennium-project.org) Azərbaycan Bölməsi kimi çıxış edir.
"Gələcək Nəsillərlə Üz-Üzə" Ümumrespublika İnşa Müsabiqəsinin hər il Azərbaycan məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilmişdir. Ötən ildən etibarən, müsabiqədə universitet tələbələri (bakalavr) də iştirak edə bilərlər. Müsabiqə Minilliyin Layihəsinin 15 Qlobal Çağırışları üzrə keçirilir. Belə inşa müsabiqəsi Minilliyin Layihəsinin bölmələri tərəfindən müxtəlif ölkələrdə keçirilir. Minilliyin Layihəsinin 15 Qlobal Çağırışları üzrə beynəlxalq inşa müsabiqəsi "Qlobal Minillik Prizi" adlanır (www.globalmillenniumprize.org). Ümumrespiblika inşa müsabiqəsində qalib gəlmiş inşalar adı çəkilən beynəlxalq müsabiqədə iştirak etmək üçün irəli sürüləcəkdir.
Müsabiqənin məqsədləri:
1. Qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən müxtəlif proseslərin bir-bir ilə əlaqəli olduğunun və bunun özlərinin gələcəyinə təsir edəcəyini başa düşməsi.
2. Dünyada baş verən siyasi, iqtisadi, demoqrafik, ekoloji, texnoloji və digər dəyişiklərlə əmələ gələn yeni həyat qanunlarına uyğunlaşmalı olduğunun başa düşməsi.
3. İnformasiya texnologiyalarının insan həyatının müxtəlif sahələrinə təsir edici və tənzimləyici qüvvəsi artdıqca fərdlərin imkanlarının başa düşməsi.
4. Qlobal dəyişiklilərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsi.