Bəşəriyyətin sağlamlığı yaxşılaşmaqda davam edir; insanlar çox yaşayırlar,
ömür uzunluğu son 20 il ərzində 10 il artmış və hazırda orta hesabla 70 yaş müəyyən edilir, infeksion
xəstəliklərdən xəstələnmə və ölüm halları isə azalmaqdadır. Bununla yanaşı,
antibiotiklərə həssaslıq, kifayət qədər qidalanmama və piylənmə sağlamlıqla
bağlı problemləri artırır. Milyarddan artıq insanın demək olar ki, etibarlı
içməli suya çıxışı yoxdur. Tibbi-sanitar şərait Suriyadan, Cənubi Sudandan və
digər ölkələrdən qaçqın düşmüş insanlar üçün dəhşətli hal almışdır.
Yeni antibiotiklərə sərmayə yatırılması və onların işlənib
hazırlanması bütün dünyada antibiotiklərə qarşı cari və potensial davamlılıqla
ayaqlaşa bilmirlər. Bu, iri antibiotik siniflərini (məsələn, beta-laktam,
karbapenem, ftorxinolon və aminoqlikozid kimi antibiotiklər) faydasız edə və
vərəm, malyariya və İİV kimi xəstəliklərin geniş vüsət almasına gətirib çıxarda
bilər. Bu həmçinin yeni "superbakteriya" pandemiyası ehtimalını artıra bilər.
Bununla belə, 2012-2013-cü illərdə geniş vüsət almış epidemiyalar səngimiş və
baxmayaraq ki, dünyada 4.2 milyon səhiyyə işçisi mövcuddur, bir çox
istiqamətlər üzrə irəliləyiş əldə edilmişdir.
Əhalinin sayının artmasına,
beş yaşınadək uşaqlar arasında ölüm hallarının sayının 1990-ci ildə 12,4
milyondan 2012-ci ildə 6,6 milyona düşməsinə baxmayaraq, dünya ölkələrinin
yalnız yarısı uşaq ölümləri halının
1990-cı il səviyyəsindən 2015-ci ilədək üçdə iki dəfə azalması ilə bağlı
Yeni Minilliyin Astanasında İnkişaf Məqsədlərinin tələblərinə cavab verir.
Hazırkı gedişatdan göründüyü kimi 2028-ci ilədək bu məqsədə nail olmaq mümkün
olmayacaq. Ölüm səviyyəsi həqiqətdə Suriyada, İraqda, Subsahara Afrikasının
bəzi ölkələrində və keçmiş Sovet İttifaqının bəzi respublikalarında 1990-cı
ildən etibarən pisləşmişdir. Ana ölümü 1990-cı ildən 2010-cu ilədək 47% azalmış, lakin hələ də eni
Minilliyin Astanasında İnkişaf Məqsədlərinin tələblərindən uzaqdır - bu tələblərə görə bu göstərici 75% azalma
olmalıdır.
Teletəbabət və bioçiplərin köməkliyi ilə özünü-diaqnostika, datçiklər
və internet-ekspert sistemləri getdikcə daha çox zəruri hal alacaq, çünki
insanlar daha çox yaşayır, səhiyyəyə sərf edilən xərclər atır və eyni zamanda
səhiyyə işçilərinin çatışmazlığı da artmaqdadır. Ərzaq və ya heyvan mənşəli
xəstəliklərin sayının artmasının qarşısını almaqdan ötrü ticarətdə
təhlükəsizliyin artması da zəruri bir haldır. Genetik məlumatlardan gələcəkdə
istifadə, proqram təminatı və nanotexnologiyalar sonda genetik və molekulyar
səviyyədə xəstəliklərin aşkar edilməsi və onların müalicə edilməsinə yardım edə
bilər.
Epidemiyanın cari yüksək
risklərinə aşağıdakılar daxildir:
Antibiotiklərə qarşı davamlı olan STENO, KPC
fermentləti, CRE, and NDM-1
(yalnız Hindistan və Pakistanda aşkar edilmiş və əksər preparatlara
qarşı davamlı olan müxtəlif bakteriyaları yaradan ferment, bu ferment hazərda
ABŞ, Kanada, Niderland, Böyük Britaniya və Avstraliyada da açkar edilmişdir)
kimi "supermikroblar.
MRSA (metisillin-davamlı qızılı stafilokok).
Kambodcada uzun müddət mövcud ola bilən bütün formalarda qriplər və
ölümcül quş qripi virusları (H5N1) (3 il ərzində 34 hal, bu il 13 hal və 75%
ölüm halı və nadir. İnsandan insana keçən) və çində H7N9 qripi (2013-cü ilin
avqust ayına 44 ölüm halı ilə 135 hal və "insandan insana keçən" bir hal).
2013-cü ilin sentyabr ayına 144 koronavirus (MERS) halı və bunlardan
54-ü ölümlə nəticələnmişdir və Səudiyyə Ərəbistanından olan tibb işçisinin
yoluxduğu haqda məlumat verilmişdir.
Bütün qlobal ərzaq
bazarlarında, lakin ilk əvvəl çində həzm keçilməzliyi epidemiyası.
2013-cü ildə Haitidə (8000
ölüm halı ilə 649 000 hal) və hazırda
Kuba və Dominikan Respublikasında təsadüf edilən vəba xəstəliyi.
Şərqi Avropa və Yaxın Şərq ölkələrində İİV infeksiyalı pasiyentlərdə Vərəm dərman preparatlarına
qarşı dözümlülük.
İlk əvvəl Cənub-Şərqi Asiya və latın Amerikasında denge xəstəliyi,
2012-ci ildə bu cür xəstəliklə bağlı 50-100 milyon hal aşkar edilmişdir. Denge
daha sürətlə yayılan virus xəstəliyi kimi qiymətləndirilir, dünyada epidemik
potensiala malikdir və son 50 ildə xəstəlik 30 dəfə artmışdır.
Rusiyada ən təhlükəli olan yeni İİV -(02_AG/) ştamm.
Beynəlxalq terror məqsədilə
istifadə edilən mübahisəli laborator quş qripi mutantları.
Abtibitiklərə qarşı davamlı
olan mikrobların və yeni "supermikrobların" sayının getdikcə artmasına
baxmayaraq, Ərzaq Məhsulları və Dərman Preparatlarına Sanitar Nəzarət İdarəsi
(FDA) tərəfindən 1998-ci ildən bəri yalnız dörd yeni antibiotik təsdiq
edilmişdir. 2010-cu ildən bəri
Amerikanın İnfeksion Xəstəliklər üzrə Mütəxəssislər Cəmiyyəti 10 x '20 Təşəbbüs tərəfindən yalnız bir yeni
antibiotik buraxılmışdır (2020-ci ilə 10 yeni antibiotik). Multidavamlı
qram-mənfi basillinin müalicəsi üçün işlənib hazırlanmış yalnız yeddi yeni
preparat mövcuddur və bu preparatlara bu yaxınlarda Xəstəliklərə Nəzarət və
onların profilaktikası Mərkəzləri tərəfindən
"dəhşətli bakteriyalar" adlanan davamlı
enterobakteriyaların karbapenemi daxildir və bu preparatlardan istənilən
birinin təsirli olacağına heç bir zəmanət yoxdur. İri əczaçılıq şirkətləri bu preparatların
hazırlanması üçün cüzi maliyyə dəstəyinə malikdirlər.
2013-cü ilin may ayında ÜST
elan etmişdir ki, Tibbi-Sanitar Qaydalar, beynəlxalq aşkarlamalar, qabaqlayıcı
tədbirlər, xəbərdarlıqlar və qlobal epidemiyaların sürətli müalicəsi sistemi
iri qlobal epidemiyanın (H7N9) idarə edilməsində kifayət deyillər. çünki,
pandemiya milli təhlükəsizliyə risk yaradır, epidemiyalara ən yaxşı nəzarətin
böyük hissəsi hərbçilər və xüsusi xidmət əməkdaşları tərəfindən aparılır,
xüsusilə də bu, kifayət qədər səhiyyə infrastrukturu olmayan yoxsul ölkələrdə
təmin edilir. Bununla belə, beynəlxalq əməkdaşlıq İİV-ni, atipik pnevmaniyanı
və H1N1-i (donuz qripi) azaltmaq üçün ümumilikdə qlobal səhiyyə sistemini
nəzərəçarpan dərəcədə yaxşılaşdırmışdır. Bundan əlavə, yeni ardıcıllıq
texnologiyası bütün mikroorqanizmlərin aşkarlanması və ətraflı genetik
xüsusiyyətlərinin müəyyən edilməsi üçün qarşılıqlı əlaqədə olan məlumat
bazasının qlobal sistemini yaratmaq imkanı verəcək. Bu, xüsusiyyətin təsvirinə
sərf edilən vaxtın azalmasına və bununla da,
infeksion xəstəliklər üzərində nəzarətin gücləndirilməsinə gətirib
çıxardacaq.
Səhiyyənin maliyyələşdirilməsi: Səhiyyənin maliyyələşdirilməsi hazırda $28
milyarda çatmaq üçün 1990-cı ildən bəri 500% artmışdır. İnkişaf, habelə səhiyyə
üçün yeni vədlər verilmiş və bunun nəticəsində 2015-ci ilə və bundan sonrakı
illərdə ildə $80 milyard vəsait əlavə olunacaq. Bununla belə, son 20 ildə
səhiyyə və tibbi xidmətlər sahəsində nəzərəçarpan yaxşılaşmalar ləng iqtisadi
artım və dövlət büdcələrində mövcud olan
kəsirlər səbəbindən təhlükəli səviyyəyə azala bilər. Bu problemi həll etmək
üçün Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal
Alyans İmmunlaşdırmanın Beynəlxalq Maliyyələşdirmə Mexanizmini yaratmışdır. Bu
fond fond birjasında vaksin istiqrazları buraxmaq üçün donor təşkilatlarının
uzunmüddətli yatırımlarından istifadə edir. O 2006-ci ildən bəri 370 milyondan
artıq uşağı peyvənd etmiş və 5,5 milyondan artıq həyatı xilas etmiş Alyansın
47,2% proqramlarını maliyyələşdirmiş investorlardan $4,5 milyard toplamışdır.
Bu fond Standard and Poor's şirkətinin AA+ reytinqinə malikdir. Bundan əlavə,
Avropa Birliyinin Horizon 2020 proqramı
AB-də biotibbi tədqiqatlar üçün €8 milyardlıq büdcəni idarə
edəcək. Hazırda, cari və arzu edilən qlobal səhiyyə statusu arasında fərqi
aradan qaldırmaq üçün ən vacib parametr
səhiyyənin davam edən və istiqamətləndirilən qlobal
maliyyələşdirilməsidir.
2011-ci ildə inkişaf edən ölkələrdə körpələrin 83%-nin bir dozaya görə 20 sentlik
adekvat DTG peyvəndi (difteriya, tetanus
və göyöskürək) almalarına baxmayaraq,
dünyada 22 milyon körpə hər il immunlaşdırılmamış qalır.
İnfeksion xəstələr: İnfeksion xəstəliklərdən
ümumi ölüm hallarının faizi 1998-ci ildə 25%-dən 2010-cu ildə 16%-ə enmişdir,
baxmayaraq ki, bu dövrdə antibiotiklərə qarşı davamlılıq halları da
yaranmışdır. İnfeksion xəstəliklər beş yaşınadək uşaqların ölüm səbəblərinin
67%-ni təşkil edir (pnevmoniya, diarreya, malyariya və qızılca).
Yoxsulluq, urbanizasiya, səyahət, immiqrasiya, ticarət, heyvanların
yaşadıqları əraziyə artam müdaxilə və heyvandarlıq məhsullarının sürəli
istehsalı, infeksion orqanizmlərin həmişə olduğundan qısa zaman ərzində daha
çox insana keçməsi yeni pandemiyalar yarada bilər. Yer kürəsi əhalisinin təxminən yarısı bir neçə endemik
xəstəliklərlə birbaşa təmasdadırlar. Orta hesabla, nisbətən yeni infeksion
xəstəlik son 40 il ərzində hər il aşkar edilir. Vəba, çikunqun, sarı qızdırma,
denge, meningit, hemorra titrətmə və difteriya kimi köhnə xəstəliklər yenidən
baş qaldırır. Son altı ildə 1,100-dən artıq epidemiya təsdiq edilmişdir. Yeni
patogen mikroorqanizmlərin təxminən 75%-i zoonoz mikroorqanizmlərdir (onlar
digər növlərdən insana keçirlər) və getdikcə, daha da arta bilərlər. Yeni
qiymətləndirməyə görə, ayrılıqda məməli
heyvanlarda 320,000 virus mövcuddur və onların əksəriyyəti hələ aşkar
edilməmişdir. Alimlər söyləyirlər ki, vəhşi təbiətdə gizlənə biləcək patogen
mikroorqanizmlər üzrə məlumatların toplanması onların insanlara keçməsindən
qabaq mütəxəssislərə gələcək alovlanmanı aşkar etməkdə və qarşısını almaqda kömək
edə bilər. Heyvanların virus xəstəliklərinin erkən tədqiqatı epidemiyaların
insanlara keçməsinin qarşısını almaqdan ötrü Afrika, Çin və Cənubi Asiyada
aparılır.
Vərəm:
Hazırkı bir çox insan əvvəlki illərə nisbətən daha çox vərəm xəstəliyinə
tutulmuşdur, baxmayaraq ki, onun miqyası 2006-cı ildən aşağı düşmüş və DOTS-nin
müalicəsi 85% uğurla müalicə olunur. 2011-ci ildə 1.4 milyon insan vərəm
xəstəliyindən vəfat etmiş və 8.7 milyon insan vərəm virusunun daşıyıcısı
olmuşdur. Vərəmin cari ekspress-sınaqları və həssaslığın potensial yoxlanması
əhəmiyyətə malik ola bilər. Vərəm Əleyhinə Peyvənd (BSJ) vaksinasiyası bütün
hallarda tövsiyə olunmur; vərəmin profilaktikası üçün 11 yeni vaksin işlənib
hazırlanma mərhələsini keçir.
ÜST-nin qiymətləndirməsinə görə, 2012-ci ildə 450,000 insan dərman
preparatlarına qarşı davamlı olan daha təhlükəli vərəm xəstəliyinə tutulmuşdur
(MDR-TB); və bunun da nəticəsində, 170,000 ölüm halı qeydə alınmışdır. MDR-TB
diaqnozlu insanların sayı 2011-ci və 2012-ci illərdə iki dəfə artmış və bütün
dünyada 94,000-nə çatmışdır; bu xəstəlik demək olar ki, bütün ölkələrdə
mövcuddur. Bununla belə, MDR-TB 2012-ci ildə dörd insandan birində aşkar
edilmişdir. 2012-ci ilin sonunda 92 ölkədə heç olmasa, dərman preparatına qarşı
davamlı vərəm xəstəliyinin 1 halına təsadüf edilmişdir. Orta hesabla, MDR-TB
xəstəliyinin 9,6%-i dərman preparatlarına qarşı geniş davamlılıq xüsusiyyətinə
malik olur. Yeni Minilliyin Astanasında İnkişaf Məqsədinin 2015-ci ilə vərəm epidemiyasının
dayandırılması və kökündən məhv edilməsi tələbinə nail olunacaq.
Unudulmuş tropik xəstəliklər: Əlavə olaraq 2 milyard insan
1990-cı ildən yaxşılaşdırılmış içməli suya çıxış əldə etmişdir, lakin hazırda,
11% və ya 768 milyon insan əvvəlkitək bu cür təhlükəsiz çıxışa malik deyil. İnkişaf etməkdə olan ölkələrin yarıdan çoxu
çirkli su və pis sanitar şəraitlərlə bağlı xəstəliklərdən əziyyət çəkirlər.
Diarreya ildə 2 milyon ölüm halına səbəb olur və bu, adətən beş yaşınadək
uşaqlar arasında müşahidə olunur. ÜST-nin qiymətləndirmələrinə görə 2,7 milyard
insan 2015-ci ildə əsas sanitar xidmətlərə çıxışa malik deyil. 17 unudulmuş
tropik xəstəlik, parazit və bakterial infeksiya mövcuddur ki, onlar dünyada yoxsul əhali arasında ən geniş
yayılmış xəstəliklərdir, məsələn şistosomoz, denge titrətməsi və onxoserkoz.
Onlar öz qurbanlarını kor edir, əmək
qabiliyyətlərini itirmələrinə gətirib çıxardır, onları çirkinləşdirir və
yoxsulluq və xəstəliyə düçar edir. Yoxsul rayonlarda əhali sıxlığının artması
və sanitariya sahəsində ləng inkişaf bu
xəstəliklərin aktiv olmasına gətirib çıxarır.
ÜST məlumat verir ki, 2010-cu ildə 711 milyon insan müalicə almış və
onların dörddə biri unudulmuş tropik xəstəliklərdən müalicə olunmuşlar
(limfatik filyariatoz, onxoserkoz, şistosomoz və torpaqdan keçən qelmentozlar).
ÜST, son beş il ərzində 235 milyon insanın
şistosomoz (bilqarsiya) xəstəliyindən müalicə olunacaqlarını
proqnozlaşdırır, bəzi müşahidəçilər isə onun aradan qaldırılacağını
söyləyirlər. Drakunkulez halları 2011-ci ilin yanvar - sentyabr ayları arasında
1,006 haldan 2012-ci ilin həmin dövrü üzrə 521 hala düşmüşdür. Hazırkı dövrdə
hər iki xəstəlik aradan qaldırılmışdır. ÜST 2020-ci ilə frambezanı aradan
qaldırmağı planlaşdırır. Qızılcadan ölüm halları 2000-ci və 2011-ci illər arası
71% azalmışdır.
İİV/QİÇS: Təxminən 36 milyon insan QİÇS-nin qurbanı
olmuşdur. Bu xəstəliyə yoluxmuş insanlar müalicəyə başlamağa imkan tapmamış
yeni İİV infeksiyaları yaranır; lakin, antiretrovirus terapiyanın (ART) yaranması və "test və müalicəsinin"
yayılması QİÇS epidemiyasının inkişaf trayektoriyasını dəyişmişdir. Bu zaman
müxtəlif bahalı olmayan testlərdən (bir neçə sent dəyərində) istifadə edilir,
barmaqdan qan və ağız boşluğundan yaxma götürülür və 1-20 dəqiqədən sonra
nəticəsi məlum ola bilir.
ART virus yükünü o səviyyəyə azaldır ki, onu aşkar etmək mümkün olmur
və müalicə onun başqasına ötürülməsinin mümkünsüz edir. Təxminən 60% İİV
daşıyıcıları öz İİV durumları haqda məlumatlı olmurlar. Aşağı gəlirə malik
ölkələrdə bir insana lazım olan antoretrovirus preparatlarının məbləği ildə
$137 təşkil edir və bəzi yerlərdə isə pulsuz paylanılır. 700,000 QİÇS xəstəsi
kombinə edilmiş antiretrovirus terapiyasının köməkliyi ilə ölüm məngənəsindən
xilas ola bilmişlər. 2012-ci ildə demək
olar ki, 10 milyon insan ART almışdır. BMT-nin İİV/QİÇS üzrə Birləşmiş
Proqramının qiymətləndirmələrinə görə 35,3 (32.2 - 38.8) milyon insan 2012-ci
ildə İİC daşıyıcısı olmuşlar. Bu rəqəm əvvəlki illərlə müqayisədə artmış, çünki
getdikcə daha çox insan ART almaqdadır və bu da, İİV-nin QİÇS-yə keçməsinin
qarşısını alır. Son 12 il ərzində yeni İİV infeksiyaya tutulma hallarının sayı
33%-dən artıq azalmışdır. 26 ölkədə İİV xəstəliyi 50%-dən artıq azalmış, lakin
infeksiyanın yayılma sürəti əvvəlkitək Şərqi Avropada, Yaxın Şərqdə və Şimali
Afrikada artmaqdadır. QİÇS ilə bağlı xəstəliklər 2005-ci ildəki 2,3 milyondan
2012-ci ilə 1,6 milyona azalmış, lakin təəssüf ki, HVTN-505 vaksini uğursuzluğa
uğramış və hazırda sınaqlar davam etdirilir; bununla belə, əksər insanlar hesab
edirlər ki, QİÇS pandemiyasının dayanaqlı şəkildə aradan qaldırılması üçün
vaksinin təmin edilməsi vacibdir.
Truvada (gündəlik antiretrovirus həbləri) İİV infeksiyasına yoluxma
riskini azaltmaq üçün ABŞ-da qəbul edilmiş ilk preparatdır. ABŞ-ın Ərzaq
Məhsulları və Dərman Preparatları üzrə Ofisi bu dərman preparatının
istifadəsini 16 iyul 2012-ci il tarixdə təsdiq etmişdir. Qeteroseksual,
homoseksual və infeksiyalı narkotik vasitələr qəbul edən şəxslərdə İİV ilə
kontaktda olmazdan əvvəl qabaqlayıcı tədbir kimi kliniki sınaqlar aparılmışdır.
Onun istifadəsini davam etdirmək üçün sınaq tələblərinə riayət edilmiş,
nəticələr kifayət qədər yaxşı olmuşdur. Truvada yeni preparat olaraq qalır,
buna görə də o, ART preparatı ilə müqayisədə az təsirə malikdir.
Böyük viruslara hücum etmək üçün bir neçə kiçik virus aşkar edilmiş
və bununla da, xəstəliyin yeni sağalma marşrutu müəyyən edilmişdir. QİÇS
xəstəliyi dərmanları barədə ilk hesabatlar kənara qoyulmuşdur, çünki immun
sistemi artan bir yeni doğulmuş körpədən başqa, digər xəstələrin
T-hüceyrələrində iri və qabaqcadan görünməyən latent İİV virusları qalmaqda
davam etmişdir, lakin tədqiqatlar davam edir və uğurlu olduqları zaman, bu
xəstələri ömür boyu ART preparatını qəbul etməkdən xilas etmək mümkün
olacaqdır.
Malyariya: Cənub-Şərqi Asiyada artemizinin dərman
preparatına qarşı davamlı olan malyariyanın aşkar edilməsinə baxmayaraq,
malyariyadan ölüm halı ÜST-nin
məlumatlarına görə 2000-ci ildən 25% və Afrika regionunda 33% azalmışdır. Bundan
əlavə, uşaqlar arasında malyariya xəstəliyindən ölüm halı 2000-ci ildən 51%
aşağı düşmüşdür. 2010-cu ildə 219 milyon yoluxma qeydə alınmış və bunlardan
660,000 insan vəfat etmişdir. Qeydt Fondu tərəfindən $2 milyardlıq yardım kimi
100 milyon davamlı ağcaqanad əleyhinə torlar paylanmışdır. Malyariyaya qarşı
vaksinin ilk klinik sınağı uğurlu olmuşdur.
Poliomielit: Yalnız üç ölkə (Əfqanıstan, Nigeriya və
Pakistan) 1988-ci ildə 125-dən artıq ölkələrlə müqayisədə 2013-cü ildə
əvvəlkitək poliomilit üzrə endemik ölkələr olaraq qalırlar. Poliomielitin ləğv
edilməsi üzrə göstərilən səylər nəticəsində 2012-ci ildə nəzərəçarpan irəliləyişin əldə edilməsinə baxmayaraq,
2013-cü ildə Somalidə (170), Keniyada (14) və Cənubi Sudanda (3) yeni alovlanma
müşahidə edilmişdir və Suriya və İsraildə son hadisələri nəzərə almasaq,
bunların ümumi sayı 285 olmuşdur (2012-ci illə (223) müqayisədə). 2018-ci
ilədək poliomielitin kökündən ləğv edilməsi kampaniyası 1 milyard uşağı
peyvəndlə təmin etmək üçün $5,5 milyard həcmində (əlavə olaraq $1,5 milyard
lazım olacaq) maliyyə öhdəliyinə malikdir. Narahatlıq doğuran məsələ, 2012-ci ildə irimiqyaslı nailiyyətlərə nail
olunması və bu uğurları qoruyub saxlamaq və poliomielitdən azad ölkələrin bu
infeksiyaya yoluxmamaları üçün bütün poliovirusların ötürülməsinin qarşısını almaq üçün az
imkanlara malik olunmasından ibarətdir.
Xroniki xəstəliklər: Dünya qocalmağa doğru
getdiyindən və daha çox oturaq iş və xroniki xəstəliklər ürək xəstəliyinə və
insulta yol açdığından, bu cür xəstəliklər Subsahara Afrikası istisna olmaqla,
ölüm hallarının və əlilliyinin əsas səbəbləri kimi infeksion xəstəlikləri
nəzərəçarpan dərəcədə ötüb keçiblər. Yaşa görə ölüm halı və əllilik səviyyəsi
bir çox xəstəliklər üzrə azalmış, lakin şəkər diabeti, Alsqeymer xəstəliyi və
xroniki böyrək xəstəliyi istisna təşkil edir. Əsas "risk faktorlarının"
qarşısını almaq mümkün deyil: yüksək qan təzyiqi, siqaret çəkilməsi, spirtli
içki qəbulu, havanın çirklənməsi və düzgün qidalanmama. Ürək-damar xəstəlikləri
qeyri-infeksion xəstəliklərdən yaranan əksər ölüm hallarının əsas səbəbidir,
ildə 17,3 milyon insan bu xəstəlikdən
vəfat edir, sonra isə xərçəng xəstəliyi (7.6 milyon), nəfəs yolları
xəstəlikləri (4,2 milyon) və diabet (1.3 milyon).
Bioterrorizm: Bioterrorizmlə mübarizə aparmaq məqsədilə
biosensorların təkmilləşdirilməsi üzrə elmi işləmələr artırılmış və ümumi
vaksinlər istənilən ölüm infeksiyalarının qarşısını almaqdan ötrü immun sistemi
stimullaşdırır. Bu cür vaksinlər bütün dünyada yanğınsöndürənlər kimi potensial
şəkildə təmin edilə bilərlər. Gələcəyin qeyri-müntəzəm sintetik bioloji
laboratoriyalarından yeni problemlər yarana bilər. Biologiya sahəsində
təhlükəsizlik məsələləri üzrə daha artıq məlumat əldə etmək üçün Qlobal Çağırış
10-a baxın.
Strategiya:
Endemik xəstəliklərin həlli üçün ən
yaxşı üsul: erkən aşkaredilmə, dəqiq diaqnoz, operativ təcridetmə,
şəffaf informasiya və kommunikasiya infrastrukturu, təmiz işməli suya sərmayə yatırımının
artırılması, sanitariya və əllərin yuyulması, eləcə də mövcud tibbi
texnologiyalardan (preparatlar, cihazlar, bioloji məhsullar, tibbi və cərrahiyə
prosedurları, yardımçı sistem və təşkilati sistemlər) istifadə etməklə
optimallaşdırmadır. ÜST-nin elektron səhiyyə sistemi, smart-telefon
texnologiyası, Beynəlxalq tibbi prosedurlar, immunlaşdırma proqramı və Qlobal
Məlumatlandırma və Əks Tədbirlər Sistemi bu qlobal problemə aidiyyəti olan
digər elementlərdir. ÜST-nin Qlobal Səhiyyə Observatoriyası və Xəstəliklərin
Qlobal Yükü layihəsi çox vaxt siyasət və
prioritetlərin müəyyən edilməsində aydın informasiya ilə təmin edirlər.
2015-ci ildə Minilliyin İnkişaf Proqramının müddəti bitdikdən sonra,
yeni məqsədlərin müəyyən edilməsi və ya yeni məqsədlərin əlavə edilməsi üçün nə
planlaşdırılır? BMT-ninn Baş Assambleyasının tibbi sığortaya dair 2012-ci il
dekabr tarixli qətnaməsində Vahid Səhiyyə Sisteminin (VSS) post-2015 Yeni
Minilliyin Astanasında İnkişaf Məqsədləri çərçivəsində qlobal səhiyyə
məqsədləri üçün nə qədər əhəmiyyətli məsələ olduğunu qeyd edir. Qətnamə
üzv-dövlətləri risklərin birləşdirilməsi mexanizmlərini təqdim edən və həyata
keçirən zaman əhəmiyyətli birbaşa ödənişlərə, tibbi-sanitar yardım və
yoxsulluqla bağlı hədsiz dərəcədə xərclərə
yol verməyən səhiyyə sistemini hazırlamağa çağırmışdır. Bundan əlavə, ÜST-nin 2013-cü
il tarixli, Ümumdünya Səhiyyəsinin Vəziyyətinə dair Məruzəsində deyilir
ki, elmi tədqiqatlar gedişatında təqdim edilən sübutlar olmadan BMT-nin
Təsnifatına nail olmaq mümkün deyil.
ÜST-nin Avropa üzrə Regional Ofisi 2020 Sağlamlıq sənədini (səhiyyə
sahəsində yeni strateji siyasət) və Avropanın Fəaliyyət Planını dərc etmişdir.
Hər iki sənəd 53 üzv-dövlət tərəfindən qəbul edilmiş və üzv-dövlətlərin səhiyyə
sahəsində inkişafını təmin etmək və onların məsuliyyətə cəlb edilməsi üçün
üST-yə mandat verilmişdir. Ölkələr arasında geniş məşvərət və müzakirələr
aparmaqla 2020-ci ilə səhiyyənin üç əsas məqsədi irəli sürülmüşdür, daha dəqiq
deyilərsə, bunlar xəstəlik və risk faktorları yükünün azaldılması, sağlamlıq və
rifahın yaxşılaşdırılması, eləcə də səhiyyənin idarə edilməsi və sistemlərinin
təkmilləşdirilməsi. Bu ümumi strateji məqsədlərə nail olmaq üçün üST 2020
Sağlamlıq regional məqsədlərini işləyib hazırlamışdır.
Ölkələrarası və ölkədaxili
cüzi fərqlə orta ömür uzunluğu artan və
75 yaşına çatan zaman, yerlərdə xəstəliklərin qlobal şəkildə aşkar, müşahidə
edilməsi və terapiyası təmin edilən zaman və yeni xəstəliklər üçün vaxtında
vaksin və dərmanlar işlənib hazırlanan zaman
Çağırış 8 ciddi şəkildə nəzərə alınacaq.
Regional Mülahizələr
Afrika:
dünyanın 12% əhalisini təşkil edən Afrikada dünyada mövcud olan
xəstəliklərin 25%-nə, 3% səhiyyə işçisinə malikdir və səhiyyəyə 1% vəsait sərf
edir. Subsahara Afrikasının 22 ölkəsində ART-dən istifadə sayəsində İİV xəstəliyi ümumilikdə 26% azalmışdır,
buna baxmayaraq 2012-ci ildə sözügedən
xəstəlik əvvəlkitək əksər insanları əhatə etmişdir.
Demək olar ki, yetkin yaşda
olan Afrikalıların 20-dən 1-i İİV daşıyıcısıdır (4,9%) və onlar bütün dünyada
İİV -ə yoluxmuş insanların 69%-ni təşkil edirlər. 2011-ci ildə təxminən 1,1
milyon insanda İİV-müsbət vərəm xəstəliyi aşkar edilmişdir, onların 79%-i
Afrikada yaşayır. 2012-ci ilin sonunda
ART pasiyentlərinin faizi 64%- ə yüksəlmiş, ötən il 1,3 milyon insan da onlara əlavə
edilmiş və Botsvana, Namibiya və Ruandada bu cür insanlar çoxluq (80%-dən
yuxarı) təşkil edirlər. PEPFAR (ABŞ hökumətinin proqramı) məzunların ölkəni
tərk etməməkləri və Afrikada qalıb işləmələri üçün Subsahara Afrikasında 105
tibb məktəbinə maliyyə yardımı edir və bütün qitədə tibbi laboratoriyaları
maliyyələşdirir. UNICEF-in qiymətləndirilməsinə görə, Cənubi Afrikada 1,6
milyon uşaq, Zimbabvedə 16% uşaq və
Botsvanada 12% uşaq QİÇS xəstəliyi nəticəsində valideynləri vəfat etmiş yetim
uşaqlardır. Şimali Malaviyada fəaliyyət göstərən klinikalar pulsuz
antiretrovirus preparatlarını təmin edir və bu da, üç il ərzində böyüklər
arasında QİÇS xəstəliyindən ölüm hallarını 57% azaltmışdır. Addis-Abebe
şəhərində pulsuz antiretrovirus preparatlarının təmin edilməsi üzrə analoji
proqram sayəsində QİÇS xəstəliyindən ölüm halları 40% azalmışdır.
Malyariya xəstəliyindən təxminən 90% ölüm halı Subsahara Afrikasında
baş verir. Afrikanın 10 ölkəsindən 7-də 20 milyondan artıq uşaq peyvənd
olunmayıb. Cənubi Afrikanı tərk etmiş tibb bacılarının sayı orada təhsil
alanların sayından artıqdır. Afrikada 15 milyon səhiyyə işçisi çatışmazlığı
mövcuddur.
Asiya və Okeaniya: Asiya yeni epidemiyaların
alovlanma ocağı olaraq qalır. Çində 2012-ci ilin əvvəlində 780,000 İİV / QİÇS
xəstəsi olmuş və bu rəqəmin 2015-ci ilə 1,2 milyona çatacağı gözlənilir. Yaponiya Asiyada ən çox uzunömürlü insanların yaşadığı ölkə
sayılır: qadınlar üçün 86 yaş, kiçilər üçün isə 79 yaş (ötən illə müqayisədə
kişilər üçün 80 yaş). Digər Asiya ölkələri həmçinin Sinqapur, Cənubi Koreya və
Tayvan 1990-cı ildən sağlam həyat tərzi ilə ömür uzunluğuna görə ön sıralarda
gedirlər. NDM-1 geni və dərman preparatlarına qarşı dözümlülük üzrə Nyu Delinin
su təchizatı sistemində aparılmış tədqiqat "potensial dəhşət" barədə xəbərdar
etmişdir. NDM-1 (Nyu-Deli metal-beta-latzamaza-1) bəzi bakteriyaların
ötürdükləri geni bildirir. Əgər bakteriya ştammında NDM-1 olarsa, o demək olar
ki, bütün antibiotiklərə, habelə son instansiya antibiotikləri kimi tanınan
karbapenem antibiotiklərinə qarşı davamlı olur. Çin son üç ildə yeni səhiyyə
infrastrukturunun yaradılmasına $127 milyard sərmayə yatırmışdır. Çində vərəmin
yayılması 1990-2010-cu illərdə 50% azalmışdır. Əgər Asiya quşçuları bir çox
virusların mənbəyi olan canlı bazar biznesini buzlanmış məhsullar bazarı ilə
əvəz etməyə sövq edilsəydilər, onda hər il baş verən ölüm hallarının və
iqtisadi nəticələrin qarşısını almaq mümkün olardı. Çində hava və suyun
keyfiyyətinin aşağı olması səbəbindən
sağlamlıq və ətraf mühitə daha çox diqqət yetiriləcək (Pekində havanın
keyfiyyətinin təhlükəli səviyyədən üç dəfə çox olduğu haqda sənədlər
mövcuddur). Pakistan özünün ÜDM-nin yalnız 2%-ni səhiyyəyə sərf edir: müqayisə
üçün: ABŞ ÜDM-in ümumi həcminin demək olar ki, 20%-ni səhiyyəyə sərf edir.
Avropa: Avropada əhalinin qocalması hökumətin tibbi
xidmətlərinə təsir göstərməkdə davam edir, beş yaşınadək uşaqlar arasında ölüm
halları isə 1990-cı ilədn bəri iki dəfə, ana ölümü isə dörd dəfə azalmışdır. 2012-ci
il tarixli Avropada Səhiyyənin Durumuna dair Hesabat: ÜST-nin Yaşayış Rifahının
Yaxşılaşdırılması Məqsədi: ölkənin ölüm halları, ölüm səbəbləri, risk
faktoru və riskli davranış üzrə statik
məlumatlarını və 2020-ci ilə Avropa üzrə altı səbəbi təqdim
etmişdir: vaxtından əvvəl ölüm halı, ömür uzunluğu, sağlamlıqla bağlı
ədalətsizlik, üzv-dövlətlərin qarşıya qoyduqları milli tapşırıqlar. ÜST-nin
Avropa Regional Bürosu (Health 2020) əsas diqqətini qlobal iqtisadi böhranla
bağlı maliyyə böhranının aradan qaldırılması şəraitinə yönəltmişdir. Xəstəxana
daxili infeksiyalar ildə 3 milyon avropalını xəstəliyə yoluxdurur. Ukrayna
Avropada QİÇS-in yayılma göstəricisinə görə ən yüksək göstəriciyə malikdir,
lakin bu göstərici 2006-cı ildən etibarən aşağı düşməkdədir. Avropada vərəm
xəstəliyindən ölüm halı 40 illik azalmadan sonra yenidən artmaqda davam edir.
Prezident Medvedyev Rusiya məktəblərində və universitetlərində narkotik
vasitələrin qəbulu ilə bağlı məcburi testlərin keçirilməsinə qərar
vermişdir.
Latın Amerikası: Region inkişaf edən regionlar arasında ən
yüksək ömür uzunluğuna və ÜST-nin istənilən regionundan daha yüksək tarifli İİV /QİÇS üçün antiretrovirus
terapiyasına, eləcə də dünyada ən yüksək səviyyə olan peyvəndin təmin edilməsi
səviyyəsinə malikdir. Haitidə İİV-nin yayılma səviyyəsinin son 10 ildə 6%-dən
2,2%-ə düşməsinə baxmayaraq, 2010-cu ildə baş vermiş zəlzələ tibb sistemini
müflisləşdirmiş və yarım milyon və ola bilsin ki, 250,000 vəba alovlanması halı
yaranmışdır, belə ki, vəba ştammı inkişaf edir, Kuba və Dominikan
Respublikasına yayılır və endemik ola bilər. Təxminən 100,000 Haiti sakininin
bu il vəbaya qarşı peyvəndlənəcəyi gözlənilir. İİV/QİÇS epidemiyası səviyyəsi bütün Latın Amerikasında sabit
olaraq qalır. Braziliya təcrübəsi göstərir ki, 1996-cı ildən etibarən pulsuz
APT QİÇS-dən ölüm hallarını nəzərəçarpan dərəcədə azaltmış, ömür müddətini uzatmış,
$2 milyard xəstəxana xərclərinə qənaət etmiş və xəstəliyi 0.6% səviyyəsində
saxlamaqdadır. Latın Amerikasında 200
milyon insan unudulmuş tropik xəstəliklərə yoluxmuşdur (qurdlar, Şaqasa,
şistosomoz, traxoma, denge titrətməsi, leyşmanioz, limfatik filyariatoz və
onxoserkoz).
Şimali Amerika: ABŞ-da KDM-ə uyğun olaraq cari təxirəsalınmaz
təhlükələr davamlı enterobakteriyalar olan karbapenem, dərman preparatlarına
davamlı olan süzənək və Klostridium diffisiledən (ildə 250,000 insanın
xəstəxanaya yerləşdirilməsinə və 14,000 ölüm halına gətirib çıxardan ciddi
dispepsik infeksiya, bir qayda olaraq antibiotiklərin qəbulundan yaranır)
ibarətdir. Bill və Melinda Qeyts Fondu
malyariyaya təxminən $2 milyard və QİÇS,
Vərəm və Malyariyaya qarşı mübarizə aparılması üçün Qlobal Fonda $1,4 milyard
vəsait ayrılmışdır. ABŞ-ın Ərzaq
Məhsulları və Dərman Preparatları Administrasiyası QİÇS infeksiyası
daşıyıcılarından infeksiyanın ötürülməsi riskini azaltmaq üçün istifadə edilən Truvadu preparatını təsdiq etmişdir. ABŞ-ın
yeni səhiyyə qanunvericiliyi 2014-cü ildə tam şəkildə qüvvəyə minəcək,
baxmayaraq ki, indiyədək ştatların yarısı qanunun Medicaid hissəsindən istifadə
etməmək qərarı vermişdilər, bu da öz növbəsində çoxlu sayda yoxsul insanın
maksimal tibbi yardımdan kənarda qalmasına gətirib çıxarmışdır. Eyni zamanda,
iqtisadiyyatı ləng inkişaf edən xəstəxanalar sığorta sistemlərini yaratmaq üşün
çox vaxt birləşirlər; sığorta şirkətləri tibbi xidmət təchizatçılarının
xidmətlərini alır və / və ya onlarla sövdələşmə həyata keçirirlər. ABŞ İqtisadi
fəaliyyətdə və kliniki təcrübədə tibbi informasiya texnologiyalarından istifadə
edilməsinə dair Qanuna uyğun olaraq öz
elektron tibbi məlumatlarını $29 milyard dəyərində tibbi texnoloji informasiya
formaları ilə yeniləyirlər. ABŞ-da 1,1 milyon (2012-ci ildə QİÇS-ə tutulmuş yeni 50,000 xəstə); Kanadada 73,000 QİÇS xəstəsi
vardır. ABŞ-da uşaqların təxminən 33%-i artıq çəkiyə malikdir və piylənmədən
əziyyət çəkirlər və aparılan sorğu nəticəsində məlum olmuşdur ki, 8-18 yaş arasında
olan uşaqlar gündə vaxtlarının orta
hesabla 7,5 saat əyləncə vasitələrinə
sərf edirlər. Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzi (CDC) məlumat verir ki, ABŞ-da yeni QİÇS
hallarının təxminən yarısı infeksiyaya yoluxmaları haqda məlumatlı olmayan 20%
virus daşıyıcılarından yaranır.