Dünya Bankının məlumatlarına görə inkişaf edən dünyada bütün
əhalisinin təxminən yarısı (1,94 milyard insan) 1981-ci ildə $1,25 -dan aşağı
vəsait sərf etmişdir; və bu rəqəm 2010-cu ildə 21%-ə azalmışdır, eyni dövrdə
inkişaf edən ölkələrdə əhalinin sayı 59% artmışdır. Bununla belə, 1,2 milyard
insan əvvəlkitək son dərəcə yoxsulluq şəraitində yaşayır, onların 50%
qeyri-sabit duruma malik dövlətlərdə yaşayırlar. Gündə $2 az vəsait sərf edən
insanların sayı 1981-ci ildə 2.59 milyard nəfərdən 2010-cu ilə 2,4 milyarda
düşmüş, planetin əhalisinin sayı isə eyni dövr üzrə 4,5 milyarddan 6,7
milyarddan artıq olmuşdur. BMT-nin İnkişaf Proqramına görə İndeksə daxil
edilmiş təxminən 1,7 insan - 109 ölkənin əhalisinin üçdə biri olduqca yoxsul
şəraitdə yaşayır. Beynəlxalq Əmək Təşkilatı məlumat verir ki, işləyən
yoxsulların sayı qlobal miqyasda azalmaqdadır; 2000-ci ilin başlanğıcından 2013-cü
ilədək gündə payına $1,25 düşən işləyənlərin sayı 600 milyondan 375 milyon
insana (ümumi məşğulluğun 11,9%) azalmışdır, eyni zamanda həmin dövr üzrə payına $2
düşən işləyənlərin sayı 1,1 milyard nəfərdən 839 milyon nəfərə (ümumi
məşğulluğun 26,7%) azalmışdır. Hazırda, yoxsulluğun ciddi şəkildə aradan
qaldırılmasının mümkün olduğu dövrdə, bütün dünyanın diqqəti gəlirlərin
qeyri-bərabərliyinə yönəlmişdir.
Dünya ÜDM 83 trilyon dolları keçmiş, 2013-cü ildə 2,1%-ə çatmışdır
ki, bu da BVF-nin 2011-2015-ci illər üzrə verdiyi 4,6% orta proqnozdan azdır.
Yaranan bazarlar və inkişaf edən iqtisadiyyatlar fondu orta hesabla 5%-ə
bərabərdir, və eyni dövr üzrə inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,4%
artmışdır. G20-nin dünya iqtisadiyyatında payının 2011-ci ildəki 87%-dən
2012-ci ildəki 77%-ə enməsinə baxmayaraq ABŞ, Avrozona və Yaponiyanın
payına əvvəlkitək demək olar ki, dünya
istehsalının yarısı düşür. BMT-nin İnkişaf Proqramı 2020-ci ilə Braziliya, Şin
və Hindistanın birlikdə ÜDM-nin Kanada, Fransa, Almaniya, İtaliya, Böyük
Britaniya və ABŞ-ın ümumilikdə ÜDM-dən artıq olacağını proqnozlaşdırır. Bazar iqtisadiyyatı yaranan ölkələrin
əhalilərinin adambaşına düşən orta ÜDM gözlənildiyi kimi 2013-cü ildən
$7,285-dən 2018-ci ilə təxminən $10,000 yüksələcək, bu zaman eyni dövr üzrə
proqnozlara görə inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə bu göstərici
$41,250-dən $50,420-yə qalxacaq. BMT
dünya ÜDM-in 2014-cü ildə 3% və 2015-ci ildə 3,3% qalxacağını nəzərdə tutur,
baxmayaraq ki, əsas risk və qeyri-müəyyənliklər hələ də qalmaqdadır.
Ümumdünya İqtisadi Forumu son onillik ərzində gəlirlərdə
qeyri-bərabərliyi ehtimal olunan qlobal risk kimi qiymətləndirir və eyni
zamanda, işsizliyin fəsadları və natamam məşğulluq həqiqi və ciddi hesab
olunur. BMT-nin İnkişaf Proqramı göstərir ki, son 20 il ərzində ölkə daxlində
gəlirlərdə qeyri-bərabərlik inkişaf etmiş ölkələrdə 9% və inkişaf etməkdə olan
ölkələrdə isə 11% artmışdır. İnkişaf etməkdə olan ölkələrdə məişət
təsərrüfatının təxminən 75% -i 1990-cı illə müqayisədə daha yüksək
qeyri-bərabər gəlirlərin mövcud olduğu şəraitdə fəaliyyət göstərirlər.
Proqramda qeyd edilir ki, "həmişə olduğundan daha yaxşı" olmağa can atılması
kimi hazırkı qeyri-bərabərlik hər bir ölkədə 2030-cu ilə yoxsulluq
səviyyəsindən də aşağı yaşayacaq və günə $2 sərf edən insanların sayının və qeyri-bərabərliyin
artmasına gətirib çıxaracaq. Oxfam International həmçinin zənginlər və
yoxsullar arasında qeyri-bərabərliyin artacağı barədə xəbərdarlıq edir. 1%
zəngin əhali dünyanın 46% sərvətini - $110 trilyonu əllərində cəmləşdiriblər,
əhalinin 50%-i isə birlikdə güclə $1,7 trilyon sərvətə malikdir (təxminən bütün
dünya sərvətinin 0,7%), bu da təxminən
dünyanın 85 ən zəngin insanının sahib olduğu mal-dövlətə bərabərdir. Credit
Suisse qeyd edir ki, 2013-cü ildə ümumi sərvət $241 trilyona çatmış və bir
yetkin yaşlı insanın payına $51,600 düşür; lakin, onların 86% dünya əhalisinin
10%-ni təşkil edən şəxslər üçün çalışır, Əmək haqqı və gəlir arasında nisbət
təhlükəli şəkildə tarazlaşdırılmır.
Bunu yaxşı başa düşərək, maliyyə liderləri dünya siyasətinin
gündəliyinə qeyri-bərbərliyi və struktur islahatları daxil edirlər.
Bununla belə, 99%-lə müqayisədə 1%,
bütün dünyada vüsət alan digər çaxnaşma və tətillərlə yanaşı, maliyyə
liderlərinin düzgünlüyünü və hazırkı iqtisadi sistemlərin ədalətliliyini şübhə
altına qoyur və daha dayanaqlı
çiçəklənməyə doğru dəyişiklik etməyə çağırır. Hazırda, inkişaf və çiçəklənməni
ölçmək üçün və siyasətçilərə iqtisadiyyat formalarını ölçmək və əhalinin
rifahının yaxşılaşdırılması məqsədilə yeni texnologiya və maliyyə
vasitələrindən istifadəyə yardım etmək üçün üDM çərçivəsindən çıxan yeni
göstəricilərin işlənib hazırlanması zamanı çatmışdır (məsələn, bax:
Futurologiya İndeksinin Vəsiyyəti).
İnternetə qoşulmuş 2 milyarddan yuxarı insan işlə daha geniş şəkildə
məşğul olmaq üçün bazarlar tapmaq məqsədilə özü-məşğulluq, kiçik və orta
sahibkarlıq üzrə yeni bazar növü təqdim edir. Yeni texnologiya və innovasiyalar
ömür uzunluğunu artırmaq və gəlirdə mövcud olan qeyri-bərabərliyi aradan qaldırmaq
üçün bütün dünyada insanların hüquq və imkanlarını genişləndirir. Post-2015-in
inkişaf gündəliyi bütün iştirakçılar atasında, xüsusilə də özəl sektorlarda
tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini nəzərdə tutur və iri
korporasiyaların sosial və ekoloji məsələlərlə bağlı rol və məsuliyyətlərini
qeyd edir.
Geoiqtisadi hakimiyyət mənzərəsi sürətlə dəyişməkdədir, belə ki
inkişaf edən iqtisadiyyat və çoxmillətli müəssisələrə malik ölkələrin təsiri
artmaqdadır. Yeni geosiyasi iqtisadi ittifaqların sayı artmaqdadır: G20 artıq
G35+ olmuş, Qrup 77 özünə hazırda, dünya əhalisinin 60%-dən çoxunu əhatə
edən 130-dan artıq ölkəni daxil edir,
110-dan artıq ölkə 22 regional və digər ticarət danışıqlarında iştirak edirlər.
Əgər regional ticarət razılaşmalarını birləşdirmək olsaydı, onda dünya ticarət
və çoxtərəfli proseslər artmış olardı.
Ticarət son 30 ildə iqtisadi inkişafın güclü təkanverici qüvvəsinə
çevrilmiş və əsasən də az ödənişli,
yüksək texnologiyaya malik ölkələrə istehsalat və xidməti sifarişlərin sayını
artırmaq hesabına bir çox inkişaf edən ölkələrdə istehsalat və həyat
səviyyəsini artırmışdır. Orta sinfin yenidən inkişaf edən bazarı daxili
tələbatı artırmaq hesabına inkişaf prosesini davam etdirir, eyni zamanda, daha
az ödənişli iş yerlərini digər inkişaf edən ölkələrə köçürür, bununla da qlobal
çiçəklənmə perspektivini artırır. ÜTT qeyd edir ki, 2012-ci ildə inkişaf edən
ölkələrdə ixrac 4% artmış, eyni zamanda inkişaf edən ölkələrdə isə ixrac 3%
azalmışdır. İƏİT-nin qiymətləndirilməsinə görə dünya ticarətinin artımı davam
etməkdədir, 2013-cü ildə 3%-dən 2014-cü ilə 4,8%-ə; 2015-ci ilə 5,9%
yüksəlmişdir. Bununla belə, vergi tutumu və maliyyə durumu sistemləri
ədalətliliyin təmin edilməsi üçün düzəliş tələb edən maliyyə sənədlərinin
mürəkkəb artımı ilə ayaqlaşa bilmirlər.
İlk dəfə olaraq inkişaf edən ölkələrdə BXİ axını inkişaf edən ölkələr
üçün yatırılan və qlobal BXİ-in 2012-ci
ildəki axının 52%-ni təşkil edən sərmayələri keçmişdir. 2012-ci ildə BXİ-nin
qlobal axını 18% azalmış, inkişaf edən ölkələrdə BXİ axını isə 32% aşağı
düşmüşdür. İnkişaf etməkdə olan ölkələrdən BXİ-in çıxarılması artmış dünya
miqyasında 31% rekord göstəriciyə səbəb olaraq $426 milyarda çatmışdır, bu
zaman inkişaf etmiş ölkələrdə bu göstərici 23% olmuş və $909 milyard təşkil
etmişdir. BRIC ölkələrindən axın 2000-ci ildə $7 milyarda yüksəlmiş və 2012-ci
ildə $145 milyard olmuşdur (demək olar ki, dünya üzrə BXİ-in 10%). Çin ABŞ və
Yaponiyadan sonra dünyada üçüncü investora çevrilmişdir. Dövlətin sahib olduğu
Ötürücü Şəbəkələrə Nəzarət Sistemləri 2010-cu ildə 650 -dən 2012-ci ildə 845-ə
qalxmış, BXİ axını isə təxminən $145 milyard olmuş, dünya miqyasında 11% təşkil
etmişdir. 2013-cü ilə UNCTAD BXİ-nin 2012-ci il səviyyəsinə yaxın olacağını,
maksimum v1,45 trilyon təşkil edəcəyini, 2014-cü ilə $1,6 trilyona və 2015-ci
ilə isə $1,8 trilyona çatacağını proqnozlaşdırır.
2030-cu ilə gözlənildiyi kimi qlobal orta təbəqə 66% artacaq -
təxminən 3 milyard təşkil edəcək və daha yüksək alıcılıq qabiliyyəti və
tələbatı olan istehlakçıların sayı çoxalacaq. Bununla belə, iqtisadi tənəzzül
və "işsizlik" tələbatı azaldır və işsizliyin daha da artmasına gətirib çıxarır.
BƏT-nin qiymətləndirilməsinə görə 2013-cü ildə haradasa 202 milyon insan bütün
dünyada işsizlik statusuna malik olmuş və bu da 2012-ci illə müqayisədə 5
milyon çoxdur, və əgər hazırkı vəziyyət davam edərsə, onda işsizliyin qlobal
səviyyəsi 2018-ci ildə 215 milyona çatacaq. 23 milyon insan uzunmüddətli
işsizlik vəziyyətinin və pərişanlığın davam etməsi səbəbindən əmək bazarlarını
tərk etmişdir. Ən çox əziyyət çəkənlər 15-24 yaş arasında olan gənclərdir,
onlar arasında işsizlik səviyyəsi 13,1% artmış və 2013-cü ildə 74.5 milyona
çatmışdır və növbəti beş il müddətində ildə yeni iş yerlərinin açılmasının
planlaşdırılmasına baxmayaraq, bu, hər il əmək bazarına gələn 42.6 milyon
insanın tələbatına uyğun gəlmir. İƏİT-nin qiymətləndirilməsinə görə işsizlik
səviyyəsi 2014-cü ilin sonuna 8%-ə yaxın olacaq və bu o deməkdir ki, təxminən
48 milyon insan İƏİT-nin 34 ölkəsində
işsiz olacaqdır. Göstəricilər Almaniya 5%, İspaniya və Yunanıstanda 28% civarında dəyişəcək və gənc insanlar daha
çox əziyyət çəkən təbəqədir və onların işsizlik səviyyəsi Yunanıstanda təxminən
60% və Cənubi Afrikada isə təxminən 52% təşkil edir. Bununla belə, bir çox müəssisələr
təcrübəli işçi çatışmazlığı hiss edirlər; buna görə də özəl sektor, vətəndaş
cəmiyyəti, dövlət müəssisələri, eləcə də təhsil ocaqları arasında bu gün və
gələcəkdə əmək bazarı üçün zəruri olan ixtisaslı insan kapitalı yaratmaq üçün
daha sıx əməkdaşlığın olması tələb olunur. BƏT-nin qiymətləndirmələrinə görə,
ÜDM-in 12%-nin aktiv əmək bazarı siyasətinə sərf edilməsi inkişaf etmiş
iqtisadiyyata malik ölkələrdə və AB ölkələrində
əlavə 3.9 milyon iş yerinin yaranmasına gətirib çıxarda bilər. 2013-cü ildə
bütün məşğulluğun demək olar ki, 48%-i
"müdafiə olunmayan məşğulluqdur", belə ki, bu insanların əksəriyyəti
sosial təminat və gəlir təminatı sistemlərinə məhdud çıxışa malikdirlər, yaxud
da tamamilə çıxışa malik deyillər. Qeyri-rəsmi iqtisadiyyat əksəriyyətinin əsas
qanuni və sosial hüquqlarını həyata keçirə bilməyən inkişaf etməkdə olan
ölkələrdə geniş yayılmış bir haldır. Latın Amerikasında bu cür qeyri-rəsmi
iqtisadi durum bəzi ölkələrdə 50% - 70% arasında dəyişir, yaxud da Andam və
Mərkəzi Amerika kimi aşağı gəlir səviyyəsinə malik ölkələrdə isə bundan da
artıq faizə malikdir, lakin Cənubi və Cənub-Şərqi Asiya ölkələrinin bəzilərində
bu göstərici ümumi məşğulluq səviyyəsinin 90%-ə çata bilir. Bununla belə,
təxminən 30 milyon insan hazırda qul
kimi işlədilir və bunların əksəriyyəti Asiyada yaşayır.
Kənd təsərrüfatı dünyada məşğulluq mənbələrinin həcminə görə ikinci
yerdə gedir və bu sahədə işçi qüvvəsinin 35%-i çalışır (bütün dünyada 1
milyarddan artıq insan). Onun dünya ÜDM-nə verdiyi töhfə sənayenin verdiyi 31%,
xidmət sahəsinin verdiyi 63% ilə müqayisədə cəmi 6% təşkil edir. ÜTT-nin 2013-cü ilin dekabr ayında qəbul
etdiyi Boliviya Paketi "tarif qiymətlərini", torpaqdan istifadə proqramlarını,
ixrac subsidiyalarını və inkişaf edən ölkələrə dünya bazarına çıxmağa imkan
verən və onların ərzaq təhlükəsizliyini təmin edən digər tədbirlərdən
ibarətdir.
2012-ci ildə 26 ölkənin İnkişaf Məqsədilə Rəsmi Yardım proqramına
yatırdıqları sərmayə $128 milyard təşkil etmiş (2011-ci il üzrə verilən ilkin
məlumatlar), $133.7 milyard təşkil etmiş 2011-ci illə müqayisədə 4% və 2010-cu illə müqayisədə isə 6% azalma
müşahidə edilmişdir. Qlobal İnkişaf Məqsədilə Rəsmi Yardım isə pik nöqtəsinə -
$136.7 milyarda çatmışdır. Bununla yanaşı, Cənub-Cənub əməkdaşlığı rəsmi
yardımın ümumi həcmindən 10%-15% artıq olmuşdur, baxmayaraq ki, real
qiymətləndirmələrə görə daha da artması gözlənilir, belə ki, bir qayda olaraq
onların xidmətlərini qiymətləndirilməsi
qərb podratçılarına nisbətən aşağıdır. 2012-ci ildə qlobal pul köçürmələri
axını $528 milyarda çatmış, bunun da $401 milyardı inkişaf edən ölkələrin
payına düşür. Dünya Bankının
qiymətləndirmələrinə görə qlobal pul köçürmələri 2013-cü ildə $550 milyard və
2014-cü ildə $594 milyarda çatacaq, və bunun $414 və $449 milyardı müvafiq
olaraq inkişaf edən ölkələrin payına düşür. Vəsaitlərin mobil telefonlar,
əlavələr və vebsayt vasitəsilə toplanması artmaqdadır, və DEVEX-in
qiymətləndirmələrinə görə inkişaf üçün artıq $2 milyard vəsait yığılmışdır.
2012 -ci il üzrə Mikrokreditin Vəziyyəti Hesabatı məlumat verir
ki, mikrokredit alan yoxsul ailələrin
sayı 1997-ci ildə 7,6 milyon nəfərdən 2010-cu ildə 137.5 milyon nəfərə qalxmış,
687 milyondan artıq insanı əhatə etmişdir, 2013-cü il üzrə hesabatda isə
deyilir ki, 2010-cu illə müqayisədə 2011-ci ildə 13 milyon yoxsul ailə
mikrokredit almışdır. Bu, ilk azalma
göstəricisidir, belə ki, qlobal qeydəalma 1998-ci ildən etibarən həyata
keçirilir. Bununla belə, yoxsulluq vəziyyətindən aşağı yaşayan 124 milyon ailə
mikrokredit almış və bu da, bir ailənin dörd üzvünü əhatə edir və 2011-ci ildə
621 milyon insanı əhatə etmişdir.
BMT-nin qiymətləndirməsinə görə beynəlxalq maliyyə əməliyyatlarına
verginin tətbiq edilməsi ildə $250 milyard gəlir gətirə bilər və bu gəlir
iqtisadiyyat, maliyyə, yanacaq, iqlim və ərzaq məhsulları ilə bağlı davam edən
böhran xərclərinin kompensasiya edilməsinə kömək edə bilər. Kölgə bank
sisteminə verginin tətbiq edilməsi inkişafa kömək edilməsində yeni mənbə ola
bilər. Qlobal kölgə bank sistemində ümumi aktivlərin sürətli artımı müşahidə
olunur ki, bu da 2002-ci ildə € 20 trilyondan (~ $ 27.3 trilyon) 2011-ci
ildə € 52,5 trilyona (~ $ 71.7 trilyona)
qalxmışdır. ABŞ və Avropa dünyada ən böyük kölgə bank sisteminə malikdir və
2011-ci ildə aktivlərinin məbləği müvafiq olaraq təxminən €18 trilyon (~ $ 24.6 trilyon) və € 17,2
trilyon (~ $ 23.5 trilyon) olmuşdur.
Dünyanın zənginlər və yoxsullar arasında qlobal tərəfdaşlığa dair
strateji plana ehtiyacı var. Bu cür plan azad bazarların güclü
cəhətlərindən və qlobal etikaya
əsaslanan qaydalardan istifadə etməlidir.
Biznesin roluna məsələn, Bill Qeytsin milyarderlərə sərvətlərinin
yarısını xeyriyyə işlərinə sərf etmək kimi etdiyi çağırışa bənzər xeyriyyə
təşəbbüsləri əlavə edilməlidir. Belə ki, dünyanın iri iqtisadiyyatlarının
yarısı transmilli korporasiyalardır və bu müəssisələr yoxsulluqla mübarizədə və
dayanaqlı iqtisadi sistemin yaradılmasında əhəmiyyətli rola malikdirlər.
Hazırda, Beynəlxalq Korporativ Alyansın məlumatlarına görə 96 ölkədə təxminən 1
milyard insan korporativdə çalışırlar. 145 ölkənin 8,000-dən yuxarı şirkəti və
4,000 vətəndaş cəmiyyəti təşkilatı yoxsulluq səviyyəsini azaltmaq, iqlim
dəyişikliyi fəsadlarının azaldılmasına yardım etmək, qadınların hüquq və imkanlarını
genişləndirmək, uşaqları, eləcə də əmək hüquqlarını müdafiə etmək, habelə korrupsiyaya qarşı
mübarizə aparmaq üçün BMT-nin Qlobal Müqaviləsində iştirak edirlər. Aşağı və
orta gəlir səviyyəsinə malik ölkələrdə tətbiq edilən yoxsulluq səviyyəsinin azaldılmasına bu cür
ənənəvi yanaşmalar (texniki yardım və kredit) ilk əvvəl sabitliyə ehtiyacı olan
qeyri-sabit ölkələrdə tətbiq edilmir. Daha zəngin ölkələr qarışıq nəticələrə
malik yoxsul ölkələrə yardım etmək üçün pul, istedadlı mütəxəssislər və
avadanlıq göndərmiş və hazırda, yerinə yetirilən işin nəticələri öyrənilir.
Məsələn, Norveç 2015-ci ilədək meşə qırılması miqsayısını azaltmaq üçün
Braziliyaya $1 milyard vəsait ödəyəcək; bu cür yanaşma həmçinin İndoneziya,
Qayana və Tanzaniya ilə analoji sövdələşmələrdə tətbiq edilir.
Etik bazar iqtisadiyyatı ədalətli ticarətin artırılmasını, iqtisadi
sərbəstliyi, şəffaf məhkəmə sisteminin zəmanət verdiyi "fəaliyyət sahəsi
səviyyəsini" genişləndirməyi, və siyasi sabitliyi təmin edən hökumətlərin qanunun aliliyinə riayət
etmələrini, inkişaf sahəsində yerli qərarların qəbul edilməsi prosesində
iştirak imkanının verilməsini, korrupsiyanın azaldılmasını, mülkiyyət hüququnun
sığortalanmasını, sosial və ekoloji məqsədlərin yerinə yetirilməsi üçün
biznes-stimulların olmasını, sağlam investisiya mühitinin mövcudluğunu, eləcə
də torpağa, kapitala və informasiyalara çıxışı tələb edir.
Çağırış 7 şirkət və hökumətlər tərəfindən bazar iqtisadiyyatında
mövcud olan sui-istifadə halları intensiv şəkildə tətbiq edildikdə və bütün
sahələrdə ayrı-seçkilik sonrakı ardıcıl 8-10 il ərzində aradan qaldırıldıqda,
ciddi şəkildə tənzimlənəcək.
Regional Mülahizələr
Afrika: Afrika İnkişaf Bankının (AİB) hazırda 313
milyon insanın (regionun 34% əhalisi) orta təbəqəni yaratdıqlarını göstərməsinə
baxmayaraq, cari orta təbəqənin yarısı əhəmiyyətli dərəcədə, evə Afrikanın
aldığı xarici yardımdan daha çox vəsaiti ($31 milyard) göndərən Afrika diasporasından asılıdır.
1990-cı illərin sonunda Afrikanın böyük hissəsində 4%-6% iqtisadi artım
müşahidə edilmişdir. 2013-cü idə onun iqtisadi artımı 4% təşkil etmiş, və AİB
2014-cü ildə və müvafiq olaraq 2015-ci ildə 4,8% və 5%-dən tutmuş 6%-dək artım
proqnozlaşdırır və qeyd edir ki, daha geniş əsasda iqtisadi artım qitə
ticarətinin və daxili tələbatın artması, eləcə də infrastrukturun inkişafı ilə
şərtləndirilir. Subshara Afrikası dünyada ən sürətlə inkişaf edən regiondur, və
30 ən sürətlə inkişaf edən iqtisadiyyatın yarısını burada müşahidə etmək
mümkündür. Əgər bu gür tendensiyanı saxlamaq mümkün olarsa, onda region 2060-cı
ilə bir milyard orta təbəqəyə məxsus insana malik ola bilər. Bununla belə,
hazırda əhalinin adambaşına düşən gəlir səviyyəsi əhali artımı və gəlirlərdə
yüksək dərəcədə bərabərsizlik səbəbindən aşağı olaraq qalır, Afrika İnkişaf
Bankının sözlərinə görə 80% var-dövlət 100.000 insanın əlindədir. İlk dəfə
olaraq 1981-ci ildən etibarən Subsahara Afrikası əhalisinin yarıdan azı (48%)
$1,25/gündən aşağı yaşayır, regionda yoxsulların sayı bu dövr ərzində iki dəfə
artmış və 2005 milyondan 414 milyona qalxmış, bu da dünyada ən yoxsul
insanların 35%-ni təşkil edir. DB-nin optimist proqnozu ondan ibarətdir ki,
2030-cu ilə yoxsulluq səviyyəsindən aşağı yaşayan insanların faizi 16% və 30%
arasında olacaq. Bundan əlavə, son dərəcə yoxsul vəziyyətdən yaşayan insanların
orta gəliri təxminən $1,25 / gün təşkil edir və bu da regionda kritik səviyyə
sayılır və intensiv şəkildə ac qalan və son dərəcə yoxsul vəziyyətdə yaşayan
əhaliyə malik və dünyada ən yüksək
bərabərsizliyin mövcud olduğu məsələn, Cənubi Afrika, Komor adaları və Namibiya
kimi ölkələr sırasına daxil edilir.
2050-ci ilə dünyada doğulan hər üç uşaqdan birinin Afrikanın payına
düşəcəyini və demək olar ki, 18 yaşına çatmış hər üç uşaqdan birinin Afrikalı
olacağını nəzərə alaraq, əgər yeni iş yerləri açılmazsa və kiber məşğulluğun
yeni formaları kifayət qədər artırılmazsa,
yoxsulluq və sosial qeyri-sabitlik təhlükəli hal ala bilər. Qiymətləri
tərəddüd edən mallardan asılılıq, infrastrukturun olmaması, qarşısının alınması
mümkün olmayan korrupsiya halları iqtisadi artımı və inkişafı son dərəcə
mürəkkəbləşdirir. Afrikaya yatırılan BXİ 2002-ci ildəki $15 milyarddan 2012-ci
ilə $50 milyarda çatmışdır (2008-ci ildə bu cür investisiya həcmi pik nöqtəsinə
çatmış və $59 milyard olmuşdur), eyni zamanda vəsait axını 2011-ci ildəki $5
milyarddan 2012-ci ilə $14 milyarda qalxmışdır. BRICS 2012-ci ildə region üzrə
36% ixracın olduğunu və bunun $144 milyard, təxminən $148 milyard təşkil
etdiyini və ixracın başlıca olaraq AB və ABŞ-a edildiyini göstərir. Afrika
daxilində aparılan ticarət əməliyyatları əvvəlkitək qitə üzrə ixracın 10%-ni
təşkil edir və ticarət strukturunu dəyişdirmək üçün stimul olmaq baxımından
olduqca zəifdir. Bu vəziyyəti Qitənin Azad Ticarət Zonasının yaradılması ilə
düzəltmək mümkündür və sözügedən zonanın 2017-ci ildə istifadəyə veriləcəyi
gözlənilir. Afrikanın cənub ölkələrinə pul köçürmələri 2012-ci ildə $31 milyard
təşkil etmişdir. Təxminən 56.2 milyon ha torpaq sahəsi (Afrikanın kənd
təsərrüfat torpaqlarının 5%) tutulmuş, və bu gələcəkdə, onsuz da yoxsul olan insanların yaşamasına
təhlükə yaradacaq. Son illər inkişaf etmiş kiçik və mikro-müəssisələrin
siyasətə və sərmayə yatırılması məsələlərinə cəlb edilmələri müşahidə olunur,
lakin zəngin və yoxsullar arasında qeyri-bərabərliyi azaltmaq üçün qəsəbə və
yerli innovasiya sistemlərinin olması zəruri məsələdir.
Konqo Demokratik Respublikasında şəhər təsərrüfatları bir çox
işsizlərin kiçik müəssisələrdə -fermalarda çalışmalarını təmin edir. Bununla
belə, əhali artımının yüksək səviyyəsi, infrastruktur çatışmazlığı, irihəcmli
dolayı xərclər, iqlim dəyişikliyi, sağlamlıq üçün pis şərait və təhsilin
olmaması Afrikan inkişafına mane olmaqda davam edir.
Asiya
və Okeaniya: Asiyada iqtisadiyyatın tarixi baxımdan hər
zaman sürətli olması və artım həcmi azalmağa başlamışdır, lakin gələcək
sivilizasiya üçün zəruri faktor olaraq qalır. EIU hesab edir ki, Çinin iqtisadi
baxımdan inkişaf etməsi 2011-ci ildəki 9,2%-dən 2013-cü ilə 7,7%-ə və 2018-ci
ilə isə 5,9% düşəcək. Bu cür hal məşğulluq tələbatı ilə ayaqlaşa bilməz.
BXİ-nin Asiyanın inkişaf etməkdə olan ölkələrinə axını 2012-ci ildə 7% - $407
milyard azalmış, bu da Çin və Hindistana yatırılmış 50% deməkdir. Fukusimedə
nüvə qəzası nəticəsində daha da mürəkkəbləşmiş Yaponiya iqtisadiyyatında mövcud
olan nisbətən uzunmüddətli durğunluq 2013-cü ildə 0,5% yaxşılaşmağa başlamışdır. Hindistan
hökuməti 2013-cü ildəki 5%-dən 2014-cü ilə 6%, 2015-ci ildə 7% və 2016-cı ildə
8% artım proqnozlaşdırır. Regionda geosiyasi gərginliyin artması, eləcə də
korrupsiya, mütəşəkkil cinayətkarlıq, ətraf mühitin çirklənməsi zəngin və
yoxsullar arasında fərqi bir az da dərinləşdirmiş və su, enerji və ərzaq
çatışmazlığı isə yoxsulluqla mübarizəni daha da çətinləşdirir. Təbii fəlakətlər
və iqlim dəyişikliyi fəsadları tam sakit okean hövzəsi icmalarının inkişafına
və mövcudluğuna təhlükə yaradır. Bununla da, Asiya iqtisadiyyatının bir vahid olaraq yaxın gələcəkdə orta gəlir
səviyyəsini keçə bilməyəcəyi proqnozlaşdırılır. Bununla belə, Asiyanın orta
təbəqəsi gözlənildiyi kimi, hazırkı 500 milyondan 2020-ci ilə 1,75 milyarda
artacaq. çin tarixdə heç bir ölkənin etmədiyi bir işi bacarmışdır, öz yoxsulluq
səviyyəsini azaltmağa nail olmuşdur - 1981-ci ilə əhalinin 84% hazırda 12,5%-i,
baxmayaraq ki, 161.7 milyon insan hələ də olduqca yoxsul şəraitdə yaşayır. Çin
bir milyon milyarderə malikdir və onların sayı artmaqdadır. Hindistanda orta
təbəqə 300 milyon insana çatmışdır. Təxminən 2.2 milyon insanın birbaşa və 8 milyon insanın dolayı yolla İT sektorunda çalışmasına baxmayaraq, 11
milyondan yuxarı insan işsizdir. Hindistan əhalisinin təxminən üçdə biri ən
yoxsul vəziyyətdə yaşayır, 612.2 insan isə yoxsulluqdan da aşağı səviyyədə
yaşayır. Asiyanın inkişaf edən ölkələrinə dilin pul köçürmələri 2012-ci ildə
$218 milyarddan yuxarı təşkil edir və Dünya Bankı hesab edir ki, onların
miqdarı 2015-ci ilə $255 milyarda çata bilər. Bu vəsaitləri 2012-ci ildə başlıca olaraq Hindistan ($71 milyard), Çin
($60 milyard), Filipin ($26 milyard)
alır. Bununla yanaşı, Çin, Yaponiya və Cənubi Koreya Azad Ticarət Sazişi üzrə
danışıqlar aparırlar. Bu, ən iri azad ticarət zonalarından biri olacaq və
Asiyanın 70% və dünyanın 20% ÜDM-ni, eləcə də dünya ticarətinin 35%-ni ($5.4
trilyon) əhatə edəcək. Asiyanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiya
(ACEAH), Asiya Valyuta İttifaqı və Asiya İttifaqına inteqrasiyası da müzakirə
mövzusu olaraq qalır. Çinin ucuz işçi qüvvəsi axtarması və istehsal üçün kənar
resurslardan istifadə etməsi Asiyada regionlararası restrukturlaşma hallarına
gətirib çıxarır. Buna baxmayaraq, çirklənmənin artması, su və enerjidə yaşanan
problemlər, və varlı və yoxsullar arasında uçurum Asiyanın inkişaf edən
ölkələrində gələcək iqtisadi artımı şübhə altına qoyur. İsrailin güclü iqtisadi inkişafı əlverişli
sahibkarlıq mühiti və innovasiyaları dəstəkləməsi səbəbindən artmaqda davam
edir. Yaxın və Mərkəzi Şərqdə (MENA) gənclər arasında işsizlik 27% təşkil edir
və demək olar ki, 5 milyon insan hər il bu işçi qüvvəsinə əlavə olunur.
Ərəbistan Əmək Təşkilatının qiymətləndirməsinə görə, işsizlik səviyyəsi ÜDM-i
2,5% azaldır. MENA regionunda iqtisadi artım hər şeydən qabaq 2013-cü ildəki
2,6%-dən 2018-ci ilə 5% güman edilən artım sayəsində, əsasən də Səudiyyə
Ərəbistanı və Ərəb körfəzinin digər zəngin neft ölkələri hesabına baş verir.
Ərəb Baharı daha şəffaf iqtisadiyyatın
və demokratik cəmiyyətin yaranmasına təkan verdi. MENA regionlarına pul
köçürmələri 2011-ci illə müqayisədə
2012-ci ildə təxminən $49 milyard -
14,3% artım qiymətləndirilir və bu başlıca olaraq, regiona pul köçürmələrinin
ümumi həcminin 40%-dən yuxarısına malik
Misirin hesabına baş verir.
Avropa: AB dünyada ən yüksək ÜDM səviyyəsinə
malikdir - $16,000 - lakin Avrozona ölkələrində borc səviyyəsinin artması və
maliyyə siyasətinin idarə edilməsi ilə bağlı narahatlıq mövcuddur. Avropa
Komissiyası hesab edir ki, AB
ölkələrində ÜDM 2014-cü ildə 1,4% və 2015-ci ildə 1,9% artacaq (2013-cü ildə
mövcud olan durğunluqdan və 2012-ci ildə 0,4% ixtisardan sonra), lakin bi
göstərici Avrozonada zəif gedir. Əhali arasında narazılıq artmaqdadır, belə ki,
ciddi iqtisadi tədbirlər qeyri-bərabərliyi artırmaqdadır. 2014-cü ildə işsizlik
səviyyəsi, gözlənildiyi kimi, AB-nin bütün ərazisində təxminən 11% , lakin
Avrozaonada 12% çox olacaq. 2013-cü ilin sonunda ümumən 19,3 milyon insan
Avrozonada işsiz qalmış, işsizliyin səviyyəsi isə Yunanıstan və İspaniyada
təxminən 27%, Avstriya və Almaniyada isə 5% təşkil edir. Şimalda kreditor ölkələr və cənubda borclu
ölkələr arasında fərq artmaqda davam edir. Avrozona liderləri avronun xilas
edilməsi və iqtisadi artımın stimullaşdırılması üçün bir sıra qısamüddətli və
uzunmüddətli tədbirlər görmüş, eləcə də bütün Avrozonada maliyyə əməliyyatları
üzrə vergilər barədə, banklara və avro istiqrazlara mərkəzləşdirilmiş nəzarətin tətbiq edilməsi
barədə bir neçə təklifi müzakirə edirlər. Yaranmış böhran da öz növbəsində struktur islahatlar barədə
danışıqlar aparılmasına gətirib çıxartdı və bu danışıqlara maliyyə suvereniteti
ilə bağlı böyük həmrəylik və konsessiya daxildir. İqtisadi və maliyyə böhranına
cavab olaraq AB-nin iqtisadi idarəçiliyinin gücləndirilməsinə dair yeni
qaydalar toplumu, eləcə də Sabitlik və Artım Paktının gücləndirilməsi üzrə daha
güclü qabaqlayıcı və düzəldici tədbirlər; büdcənin milli parametrlərinə minimal
tələblər; makroiqtisadi və rəqabətli disbalansların düzəldilməsi toplumu
2011-ci ilin 13 dekabr tarixində qüvvəyə minmişdir. Maliyyə sənədlərinə
dair İslahat II hesabatı AB ölkələrində maliyyə bazarlarının və xammalın
qiymətinin tənzimlənməsini, bazarda mövcud olan qeyri-uyğunluğun və
sui-istifadənin qarşısının alınmasını əks etdirir. Maliyyə böhranı nəticəsində
əhalinin 72%-i hesab edir ki, iş
yerlərinin açılması və işsizliyə qarşı mübarizə bu bloka aid siyasətin əsas
prioritetləri olmalıdırlar. AB-də mövcud
olan korrupsiya halları nəticəsində yaranan iqtisadi xərclər ildə €120 milyard
(~ $163,8 milyard) dəyərləndirir ( AB-nin təxminən ümumi illik büdcəsi), və
2013 Eurobarometer sorğusunda iştirak edən təxminən 40% şirkət biznesin
aparılmasında korrupsiya, tanışlıq və
hamiliyi əsas maneə hesab edirlər. Bu məsələlərin 2011-ci ildə AB-də
qəbul edilmiş korrupsiya əleyhinə kompleks qərar paketi ilə həll etməyin mümkün
olduğu gözlənilir. AB-nin 15 üzv
ölkəsinin ODA-sı 2012-ci ildə $63.7
təşkil etmişdir ki, bu da dünya üzrə 50%-dən yuxarıdır. AB-yə BXİ axını 41%
azalmış, və bu axın 2012-ci ildə 40% azalmışdır. Avropanın keçid regionunda
artım tempi gözlənildiyi kimi 2013-cü ildə 1,4% və 2014-cü ildə isə 3% olmuşdur
və 2015-2018-ci illərdə bu göstəricinin artıq olacağı gözlənilir. Sabitləşdirmə
Fondu və neft və qaz ixracından əldə edilən gəlirlər Rusiyaya .qlobal maliyyə
böhranından qurtulmaqda kömək etmələrinə baxmayaraq, gözlənildiyi kimi onun
iqtisadiyyatı məsələn, başlıca olaraq da kiçik və orta sahibkarlar
üçün əlverişsiz biznes mühiti kimi daxili məhdudiyyətlər, bürokratiya və yüksək
inflyasiya səbəbindən zəifləməkdə davam
edir və bu da banklara artıma rəvac vermək üçün faiz dərəcələrini aşağı
salmaqda mane olur. Gözlənildiyi kimi, iqtisadi artım 2014-cü ildə 2,9% artaraq
bərpa olunacaq. 2012-ci ildə Rusiya Federasiyasından birbaşa xarici investisiyalar keçid
iqtisadiyyatına malik ölkələrdən çıxan $55 milyard vəsait axınının ümumi
həcminin 92% faizini təşkil etmişdir.
Latın Amerikası: Latın Amerikası və Karib
hövzəsi ölkələri ümumi gəlirin təxminən 48% faizinə sahib olan 10% ən zəngin
insanlara malik olmaqla dünyada qeyri-bərabər cəmiyyətlərə malik ölkələr
sırasında öndə gedirlər, bu ölkələrdə yoxsulların faizi 1,8% təşkil edir.
Bununla belə, 2000-ci illərdə bu qeyri-bərabərlik əhəmiyyətli dərəcədə aşağı
düşmüşdür. Braziliya və Meksika məlumatların qeydə alındığı 1960-cı ildən etibarən ən aşağı səviyyədə yer
alırlar. Sosial bərabərsizliyin təxminən 40% azalması əməyin ödənişində
qeyri-bərabərliyin azaldılmasının, ixtisaslı işçilərin sayının və minimal əmək
haqqının artmasının nəticəsidir, və bunun 13%-20%-ni daha proqressiv dövlət
köçürmələri təşkil edir. Qeyri-bərabərliyin 33% -54% aşağı düşməsi regionda
yoxsulluq səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. $ 1,25/gün vəsaiti ilə
yaşayan əhalinin sayı 20-ci əsrin son iki onilliyi ərzində 12% azalmış və
hazırda 6% təşkil edir, işsizlik səviyyəsi isə ECLAC-ın qiymətləndirilməsinə
görə 2011-ci ildə mövcud olan 6,4%-dən
2013-cü ildə 6,2%-ə düşmüşdür.
Braziliya yoxsulluq şəraitində yaşayan insanların sayını 2002-ci ildə
41 milyondan 2013-cü ildə 15,7 milyona azaltmışdır; orta təbəqə 2003-cü ildən
bəri 42 milyon nəfər artmış və əhalinin adambaşına düşən gəliri 78%
yüksəlmişdir; bu da əlverişli iqtisadi mühiti yaratmaq və dayanaqlı əsasla
həyat səviyyəsinin artırılması üçün zəngin təbii sərvətlərdən istifadə etmək
imkanı yaradır. Peru yoxsulluq
səviyyəsini 2004-cü ildəki 59%-dən 2012-ci ildə 28% azalmışdır. Latın Amerikası
və Karib hövzəsi ölkələri Birliyi yoxsulluğun kökündən aradan qaldırılması və
regional iqtisadi, sosial və siyasi inteqrasiya hesabına qeyri-bərabərliyi
aradan qaldırmaq üçün səylərini birləşdirməkdə davam edirlər. Regional iqtisadi
artım, gözlənildiyi kimi 2013-cü ildəki 2,3%-dən 2014-cü ildə 3,2%-ə çatmışdır.
İƏİT-nin məlumatlarına görə, sənaye baxımından inkişaf etmiş ölkələrlə
müqayisədə (27%) ən aşağı 4% dövlət gəlirləri şəxsi gəlirlərdən tutulan
vergilərdən gəlir və eyni zamanda ƏDV yoxsul müştərilər üçün əlavə yük yaradır.
"Kölgə iqtisadiyyatı", qiymətləndirmələrə görə, rəsmi iqtisadiyyatla müqayisədə
təxminən 40% təşkil edir. 2012-ci ildə pul köçürmələrinin $62 milyard artan
axını 37% təşkil edir. Şimali Amerikaya birbaşa xarici investisiyaların
həcmində 12% azalma müşahidə olunur, regionda pul köçürmələri axını 2012-ci
ildə $62 milyarda çatmışdır və bu pullardan Meksika 37% əldə edir. Şimali Amerikaya birbaşa xarici
investisiyaların həcminin 12% artmasına baxmayaraq, regiona ümumi BXİ axını
2011-ci illə müqayisədə 2012-ci ildə azalmış və Mərkəzi Amerika və Karib
hövzəsi ölkələrinə investisiya yatırılmasında azalmalar səbəbindən
təxminən $244 milyard (Braziliyaya
yatırılan investisiyaların təxminən yarısı) təşkil etmişdir. Vergi və iqtisadi
islahatlar sabitliyi yaxşılaşdırır, lakin ölkə və regionların siyasətlərinin
əsas diqqətlərini milli maraqlara və etik davranışlara yönəltmələri səbəbindən
gələcəkdə bu, ölkə və regionlara birbaşa xarici investisiya yatırılmasına təsir
göstərə bilər. Ümumdünya İqtisadi Forumun apardığı tədqiqat göstərmişdir ki,
orta hesabla latın amerikalıların 64% ölkələrinin iqtisadi sisteminin sabitliyə
kömək etdiyini hesab edirlər və bu faiz Çilidə 86%, Venesuelada isə 32% təşkil
etmişdir. Çili sosial bərabərsizlik səviyyəsinin ən yüksək olduğu ölkələrdən
biridir.
Şimali Amerika: İqtisadi böhrana və ÜDM-in
ləng artımına baxmayaraq, ABŞ-ın dünya üzrə iqtisadi hökmranlığı sahibkarlıq
əzmkarlığı və patentlərin innovasiya portfelləri sayəsində çox ehtimal ki,
davam edəcək. Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı və Trans-sakit
Okean Tərəfdaşlığı kimi potensial ticarət sazişləri yeni qlobal iqtisadi
imkanlar aça bilər. İntra-NAFTA (Kanada, Meksika və ABŞ) ticarəti kontinental
iqtisadi inteqrasiyaya kömək edərək mövcud olduğu son 20 ildə üç dəfə
artmışdır. 2013-cü ilin sonunda ABŞ-da
işsizlik səviyyəsi beşillik minimal səviyyənin 6,7%-nə azalmış, ÜDM-in 2013-cü
ldə 2%-dən 2014-cü ilə 3%-dək artımı gözlənilir, buna baxmayaraq Ümumdünya
İqtisadi Forumun apardığı araşdırma aşkar etmişdir ki, Şimali Amerikalılar
qeyri-bərabərlik artımını regionları qarısında duran əhəmiyyətli çağırış hesab
edirlər. Zəngin və yoxsullar arasında
uçurum daha da dərinləşməkdə davam edir; 2011-ci və 2012-ci illərdə yoxsulluğun
rəsmi səviyyəsi 15% (46,5 milyon insan) təşkil etmiş, bu da iqtisadi böhrandan
qabaq 2007-ci illə müqayisədə 2,5% çoxdur. 1978-ci ildən 2012-ci ilədək 350 ən
yaxşı dövlət firmasının baş direktorları adi işçinin mükafatlandırılmasının
5,4% artımı ilə müqayisədə 875% kompensasiya təyin etmiş və 2012-ci ildə Baş Direktorun işçiyə olan kompensasiya nisbəti 273-k-1-ə çatmışdır.
Oxfam qeyd edir ki, 2009-cu ildən etibarən 1% zəngin insan maliyyə böhranından
sonra iqtisadi artımın 95%-nə sahib olmuş, 90% yoxsul isə daha da
yoxsullaşmışdır. Əmək haqqının azaldılması ilə mənfəətin artırılması sabit
xarakterə malik deyil və yerli bazarları, eləcə də əhalinin sistemə olan
etibarını sarsıdır. ABŞ əvvəlkitək Təcrübə və Sənaye İşləmələrinin böyük
həcmini təqdim edir və onların 2012-ci ildə ümumi həcmi $29,9 milyard təşkil
etmişdir. Kanada iqtisadiyyatı əsas diqqətini dayanaqlı inkişaf üzrə dəqiq
strategiya olmadan resurslara yönəltmişdir. 2013-cü ilin sonunda, işsizlik 7,2%
artmış və onun 15%-ni gənclər təşkil edirlər və onların əksəriyyəti yüksək
borclarla universitetləri bitirmişlər və yalnız bir neçə iş yeri onların
ixtisaslarına uyğun gəlir. Kanada ailələrinin gəlir faizi 47,2%-in 20% faizini
təşkil edir, bu zaman 20% yoxsullar arasında onlar 4,1% təşkil edirlər. Şimal və Arktik regionlarda daha ucqar
ərazilərdə yaşayan 400 icmanın yaşamaq üçün vəsaitləri problematik və
baxılmamış qalır. Kanadanın Beynəlxalq
İnkişaf Agentliyinin Xarici İşlər Nazirliyi, Beynəlxalq Ticarət və İnkişaf
Departamenti ilə birləşməsi kömək göstərilməsi yolunda yeni yanaşmaya işarə
edir və həmçinin özünə müstəsna olaraq humanitar proqramları deyil, eləcə də kommersiya
və xarici siyasi məqsəd və proqramları da daxil edir.
Gəlirlərin İqtisadi Qeyri-bərabərliyi (ən zənginlərin payı 1% təşkil
edir).