Dünya əhalisi ərzaq məhsullarına, suya, enerjiyə və məşğulluğa
görünməmiş tələbat yaratmaqla təkcə 12 il ərzində 1 milyard artacaq.
Gözlənildiyi kimi əhalinin sayında artım ən azı 49 inkişaf etmiş ölkədə sürətlə
gedəcək və hazırda 900 milyondan iki
dəfə artaraq 2050-ci ildə 1,8 milyarda çatacaq. Dünya əhalisinin sayı 1804-cü ildə - 1
milyard, 1927-ci ildə - 2 milyard, 1999-cu ildə - 6 milyard olub, bu gün isə -
7,2 milyard təşkil edir. 2050-ci il üçün BMT-nin proqnozları 8.4 milyard ilə
10.9 milyard intervalında dəyişir və orta məxrəc isə 9.6 milyard insan təşkil
edir. Əhali artımının təxminən hamısı inkişaf etməkdə olan ölkələrdəki
şəhərlərin payına düşür. BMT 2050-ci ildə orta göstərici üzrə əhali artımı
baxımından təhlil aparmışdır.
Əhali, bütün dünyanın bir çox ölkələrinin infrastrukturu adekvat
şəkildə idarə edə biləcəklərindən və düzgün yeniləyə biləcəklərindən daha
sürətlə artır. Şəhərin ekoloji sistemlərinə və ağıllı şəhərlərə yeni yanaşmalar
icad edilməyə və həyata keçirilməyə başlanmışdır. Artan əhalinin su və enerji
ilə təmin edilməsi hazırkı hesabatın Qlobal Çağırışlar 2 və 13-də müvafiq qaydada müzakirə edilir.
Əhalinin say dinamikası bütün dünyada yüksək və aşağı ölüm əmsalı və eyni şəkildə ümumi nəsilvermə
əmsalı arasında dəyişir. Dünyada doğum əmsalı 1900-cü ildə bir qadına 6 uşağa
və 1950-ci ildə 5 uşağa və hazırda 2,45 uşağa düşmüşdür.
Əgər fertillik əmsalları düşməyə davam edərsə, dünya əhalisinin sayı
2100-cü ilə 6.2 milyarda qədər aşağı düşəcək. Doğum tempi aşağı düşərsə, onda
yaşlı əhalinin sayı artmaqla dünya əhalisi həqiqətən də 2100-cü ilə 6,2
milyarda düşə bilər. Hazırda, orta yaşam müddəti 70,5 il təşkil edir,
proqnozlara görə isə 2100 ilə 81 ilə çatacaq; uzunömürlülük tədqiqatları
sahəsində əldə edilən nailiyyətlərlə bu göstərici artacaq. 60 və yuxarı yaşda
olan əhalinin sayı, gözlənildiyi kimi 2013-cü ildə 12% (841 milyon), 2050-ci
ildə 22% (2 milyard) artacaq, yaşlı əhalinin 20%-i isə 80 və ya daha yuxarı
yaşda olacaq. 2012-ci ildə Asiya əhalisinin 11%, Latın Amerikası əhalisinin 10%
və Afrika əhalisinin 6%-i ilə müqayisədə Avropa əhalisinin təxminən 22%-ni 60
və daha yuxarı yaşda olanlar təşkil edəcək. Dünyada az inkişaf etmiş
regionlarda yaşayan yaşlı əhalinin payı
hazırkı 66%-dən 2050-ci ildə 79%-ə qalxacaq.
2050-ci ilə 43-dən çox ölkədə əhalinin sayının azalacağı gözlənilir.
2050-ci ilə təqaüdə çıxmaq üçün yeni kompensasiyalar tələb edən 65 yaşdan
yuxarı insanların sayı 15 yaşdan aşağı insanların sayına bərabər ola bilər.
"Pensiya problemi" gələcəkdə insanların buna inandığından
da çox onların uzun ömür və məhsuldar həyat yaşamalarına imkan verən elmi və
tibbi ixtiralara zəmin yaratmış olacaqdır.
ABŞ, Avropa və Asiyada insan beyni layihələri ahıl yaşlarında əqli
zəifliyin qarşısını necə almağın mümkün olmasına əsaslana və hətta, əqli artıra
bilərlər. Yaşayış standartlarının yüksəlməsini davam etdirmək və gənc nəslin
üzərindəki iqtisadi yükü azaltmaq üçün insanlar daha uzun müddət işləyəcək və
məsafədən-iş, natamam iş günü və iş rotasiyasının növlərini yaradacaqlar.
Dünyada ac insanların faizinin 1970-ci ildə 30% -dən (o dövrdə dünya
əhalisinin sayı 3,7 milyard təşkil edirdi) hazırda 15%-dək azalmasına
baxmayaraq (7,2 milyard dünya əhalisi ilə), ərzağın müxtəlifliyi və qidalı
olması baxımından narahatlıq mövcuddur. Ərzaq və Kənd təsərrüfatı Təşkilatının
(ƏKT) qiymətləndirməsinə görə 30% (2 milyard insan) "gizli aclıqdan" əziyyət
çəkir. Bu o vəziyyətdir ki, insanlar kifayət qədər kalori alır, lakin vitamin
və mineralın miqdarı isə kifayət qədər olmur. Aqrosənaye kompleksi kənd
təsərrüfatı bitkilərində olan qidalı maddələri azalda və bununla da gizli aclıq
riskinin yaranmasına səbəb ola bilər. Hazırkı hesabatın gizli aclığa dair 2-ci Çağırışı gizli aclığın qarşısının
alınması üçün beynəlxalq qiymətləndirməni təqdim edir. Dünya əhalisinin
təxminən səkkiz nəfərindən biri xroniki olaraq doyunca yemək yemir. ƏKT kənar
ərzaq yardımına ehtiyacı olan 35 ölkənin adını çəkir və ÜƏP 73 ölkədə 90
milyondan yuxarı insana ərzaq yardımı göstərir.
Bununla belə, bu ölkələrdən bəzilərində şumluq torpaqlar (əsasən
Afrikanın Sub-Sahara regionunda) öz ölkələrini yedirtmək üçün xarici
investorlara satılır və ya icarəyə verilir.
2006-cı ildən bəri 66 ölkədə
təxminən 35 milyon hektar sahəni əhatə edən 400 iri şumluq yerinin tutulduğu
haqda məlumat verilir. Taxıl sövdələşmələrinin təxminən üçdə ikisi Avropa və
Asiyadan olan investorların payına düşür. Yaxın Şərq və Şimali Afrikanın ərəb
ölkələrinə taxıl idxalı 1990-cı illə müqayisədə 2011-ci ildə iki dəfədən çox
olmaqla 70 milyon tonadək artmışdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) özəl sektorun kənd
təsərrüfatına və kənd təsərrüfatı infrastrukturuna yatırdığı sərmayənin $25
milyarddan çox olduğunu və yaxın üç-beş il ərzində iki və ya üç dəfə arta
biləcəyini göstərir.
Dünya Bankı və BMT agentlikləri tərəfindən təsdiq edilmiş İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT-nin) qiymətləndirməsinə görə, özəl
sektorun kənd təsərrüfatı sahələrinə və infrastrukturuna yatırdığı
investisiyaların həcmi 25 milyard dollar təşkil edir və bu rəqəm növbəti 3-5 il
ərzində iki və ya üçqat arta bilər. BMT agentlikləri və Dünya Bankı tərəfindən
dəstəklənən Məsul Kənd təsərrüfatı
İnvestisiyanın (RAİ) məqsədi yerli qanunlara
və yaşayış tərzlərinə ehtiram göstərən investisiyaları təmin etməkdir. Ancaq bu
torpaq tutmasının qanuniləşdirməsi üçün atılan bir addım kimi QHT-lər
tərəfindən xeyli dərəcədə tənqid edilmişdir.
Əhali və iqtisadi artımla ayaqlaşa bilmək üçün, ərzaq istehsalı
2050-ci ilə qədər 70% artırılmalıdır. Əgər ət istehlakı proqnozlaşdırıldığı
kimi 2000-ci ildə bir nəfərə 37 kq-dan 2050-ci ilə kimi ildə bir nəfərə 52 kq-a
qədər artarsa, onda dənli bitki istehsalatının 50%-i heyvan yemi üçün istifadə
olunacaqdır.
Son 20 il ərzində ərzaq
məhsullarının qiyməti iki dəfə artmış və 2030-cu ilə 150%-ə çata bilər. Ərzaq
idxalından asılı olan və əhalisinin gəlirlərinin 80%-ni yeməyə sərf
etdikləri kasıb ölkələrdə qiymət artımı
aclığa gətirib çıxarda bilər. 2013-cü ildə taxıl məhsullarının güclü qlobal istehsalını
nəzərə almaqla ÜƏT-nin ərzaq qiymətləri indeksi orta hesabla 2013-cü ilin yanvar ayı ilə müqayisədə 4,4%
az olmaqla 2014-cü ildə 203,4 bal olmuşdur; dünya ehtiyatı 2002-03-cü illərdən
bəri maksimal göstəricidə, 2013-14-cü illərdə qlobal taxıl məhsulunun 23,5%-dən
istifadə etməklə doldurula bilər. Buna baxmayaraq, əhali (xüsusilə Hindistanda
və Çində) torpaq eroziyası və şum yerinin itkisi, gübrə xərclərinin (yüksək
neft qiymətləri) qalxması, bazar spekulyasiyası, sulu təbəqənin əldən düşməsi,
qrunt sularının səviyyəsinin aşağı düşməsi və su çirklənməsi, bioloji
yanacaqlara məhsulların diversifikasiyası, ət istehlakının artması, ərzaq ehtiyatların azalması, kənddən şəhərə
suyun diversifikasiyası və iqlim dəyişikliyi təsirlərinin çoxluğuna görə ərzaq qiymətləri qalxmaqda
davam edə bilər. Buna baxmayaraq, hamını yedizdirmək üçün dünyada kifayət qədər
ərzaq ehtiyatları mövcuddur, lakin onların idarə edilməsi və bölüşdürülməsi
mükəmməl deyil və nəticədə, insanın istifadəsi üçün istehsal edilən ərzaq
məhsullarının təxminən 33%-i boş-boşuna sərf olunur. İnkişaf etmiş ölkələrdə ərzağın təxminən 30%
istehlak səviyyəsində sərf edilir, inkişaf edən ölkələrdə isə müvafiq
infrastrukturun və kommersiya şəbəkələrinin mövcud olmaması səbəbindən ərzağın
40%-i istehsalat səviyyəsində sərf edilir.
2009-cu ildə Ug99 göbələyinin buğdaya vurduğu böyük ziyan 2010-cu ildə azaldı; onun geni indi
müəyyən edilmiş və hazırda Ug99 göbələyinə davamlı buğda növü mövcuddur;
bununla belə, gələcəkdə Ug99 göbələyi kimi baş verə biləcək pandemilərin
qarşısını almaqdan ötrü alternativ variantların yaradılması məntiqli olardı.
Bahalı istehsalata dayanan adi təsərrüfat iqlim dəyişikliyinə o qədər də
davamlı olmur. Kənd təsərrüfatının məhsuldarlığı qlobal istilik nəticəsində
2050-ci ilə 9-21% aşağı düşə bilər. Kiçik fermerlər ekoloji metodlardan
istifadə etməklə 10 il ərzində ərzaq istehsalatını ikiqat artıra bilərlər.
Çində genetikası dəyişdirilmiş
pambıq təsərrüfatları 2007-ci ildə həşəratlara qarşı davamlı BT pambıq növündən
istifadədən sonra pestisidlərdən istifadəni azaltmışlar, lakin monobitkilərdən
istifadə kənd təsərrüfatı üçün həlledici əhəmiyyətə malik biomüxtəlifliyə mənfi
təsir göstərir.
Heyvan yetişdirmədən ət istehsalı, yağışla suvarılan daha yaxşı kənd
təsərrüfatı və suvarmanın idarə edilməsi, daha çox məhsul əldə etmək və
quraqlığa davamlı bitkilər becərmək üçün genetik mühəndislik, balıq
populyasiyasını geri qaytarmaq üçün dəniz otlarının əkilməsi, insanlara və heyvanlara ərzaq,
bioyanacaqlar, kağız sənayesi üçün xammal istehsalı, CO2ni hopdurmaq, kənd
təsərrüfatı və torpaqların təmiz su ilə suvarılmasını azaltmaq və məşğulluğu artırmaq üçün yeni kənd
təsərrüfatı yanaşmaları tələb olunacaq.
Heyvanların yedizdirilməsi
üçün həşəratların emalı ÜƏT-yə uyğun olaraq "Həşəratlar hər yerdə var və onlar
sürətlə artır, onlar yüksək artım tempinə, yem konversiyası əmsalına və ətraf
mühitə aşağı təsirə malikdirlər" kimi daha sabit seçim təklif edə bilər. Bütün
dünyada təxminən 2 milyard insan bu gün öz rasionuna həşərat əlavə edir. Üzvü
ərzaq və içki məhsulları üzrə dünya bazarı son on ildə üç dəfə artmış, 160
ölkədə 37 milyon hektar üzvü kənd təsərrüfatı mövcuddur.
Dünya Bankı hesab edir ki,
2030-cu ildə istehlak ediləcək dəniz məhsullarının 62%-i fermalarda
yetişdiriləcək və 70%-i Asiyada istifadə ediləcək. Çin 2030-cu ilə dünyada 37%
balıq istehsal edəcək və bu zaman dünya miqyasında balıq istehlakının 38%-ni
istifadə edəcək.
Gələcək əhali və resursları tarazlaşdırmağa kömək etmək üçün digər
üsulların nümunəsinə vegetarianlığın təşviq edilməsi daxildir
qocalığı sağlam və məhsuldar edəcək sintetik biologiya və digər
uzunömürlülük texnologiyalarının mümkün nəticələrinin qabaqcadan nəzərə
alınması
təhlükəsiz elmi və tədqiqat
nanotexnologiyanın sürətləndirilməsi (keyfiyyəti artıran zaman məhsul vahidinə
düşən materiallardan istifadənin azaldılmasına kömək etmək).
tele-təbabətin (ekspert proqram təminatı əsasında onlayn
özünü-diaqnostika daxil olmaqla) və mobil telefonla uzaq məsafədən təhsilin
dəstəklənməsi (dünyada əksər insanların savadlı olmasına baxmayaraq, hələ də
savadsız 1,4 milyard insan mövcuddur və 21 ölkədə savadsızların sayı üstünlük
təşkil edir).
vətəndaşlara şəhər şəraitini yaxşılaşdırılmağa və şəhər ekoloji
sistemlərini öyrənməyə kömək edən ağıllı şəhərlərin yaradılması üçün ağıllı
şəbəkələrin tətbiq edilməsi.
Su ilə bağlı Qlobal Çağırış 2 əhalinin və su resurslarının necə
balanslaşdırıla biləcəyini, enerji ilə bağlı Qlobal Çağırış 13 isə artan
əhalinin enerjiyə olan tələbatını necə
ödəməyin mümkün olduğunu göstərir.
Dünya əhalisinin təxminən 52% hazırda şəhər ərazilərində yaşayır;
2025-ci ilə əhalinin sayı 58%-ə çatacaq. 2025-ci ildə 4,3 milyard şəhər əhalisi
ildə 2,2 milyard ton bərk tullantı yaradacaq və bu tullantının çəkisi hazırda
ildə 1,3 milyard tona çatır. Enerji və əlavə faydalı məhsullar istehsal etmək
üçün tullantıların təkrar emalı və onlardan istifadə bütün şəhər ərazilərində
tətbiq ediləcək.
Daha intellektual insan-təbiət
əlaqəsindən yaranan kifayət qədər qidalanma, ev, su və sanitariya olmadan,
mühacirətin, münaqişələrin və xəstəliklərin artması labüd haldır. İKT-nin daima
təkmilləşdirilməsi və tətbiqi bütün dünyada və real vaxt rejimində tələbat və
resurslar arasında müqayisəni təkmilləşdirmək üçün əsas məsələdir.
Dünya əhalisinin illik artımı 30 milyondan aşağı düşəcək, ac
insanların sayı yarıbayarı azalacaq, körpə ölümü 2000-ci və 2015-ci illər arası üçdə iki dəfə
azalacaq və eləcə də qocalmaya yeni yanaşma iqtisadi baxımdan mümkün olduğu
zaman Çağırış 3-ə ciddi şəkildə müraciət ediləcək.
Regional Mülahizələr
Afrika: Afrika əhalisinin yarısı 17, yaxud daha
aşağı yaşdadır. 2050-ci ilədək dünya əhalisinin artımının yarıdan çoxu Nigeriya
ilə birlikdə Afrikada gözlənilir və 2050-ci ilə dünyada əhalinin sayına görə
üçüncü yeri tutacaqdır. Afrika əhalisi son 27 il ərzində iki dəfə artaraq 1
milyarda çatmışdır. Proqnozlara görə, bu rəqəm 2060-cı ildə 2,7 milyarda, ola
bilsin ki, 2100 ilə 3,6 milyarda çatacaq. 15-64 yaşlı insanların (əmək
qabiliyyətinə malik yaş) sayı gözlənildiyi kimi 2005 və 2060-cı illər arası üç
dəfə artacaq. 2050-ci ilə üç doğuşdan biri Afrikada baş verəcək və demək olar
ki, 18 yaşadək üç uşaqdan biri Afrikalı olacaq. 60 və daha yuxarı yaşda olan
əhalinin faizi nisbətən aşağı olacaq və 2012-ci ildən 6%-dən 2050-ci ilədək
10%-ə yüksələcəkdir. Reproduktiv yaş dövründə olan ailəli qadınların yalnız
28%-i qlobal 62% orta göstərici ilə müqayisədə hamiləliyə qarşı vasitələrdən
istifadə edirlər.
Müasir kontrasepsiyadan istifadənin 27% təşkil etdiyi Efiopiyada
hazırda doğum əmsalı Addis-Abebaya nisbətən aşağı səviyyədədir. Liviya və
Tunisdə qadınların ilk nikaha daxil olma yaşları son 30 ildə 20 yaşdan 29 yaşa
qalxmışdır. Uşaqların orta sayı həmin dövrdə yarıya azalmışdır. UNICEF-in təxmini hesablamalarına görə, şəhər
əhalisinin 60%-i gecəqondularda yaşayır; uşaqların bu şəraitdə məktəblərə
getmələri az ehtimal olunur və onların pis qidalanması, gələcəkdə işsizlik
səviyyəsinin artması və uzunmüddətli sosial münaqişələrin mövcud olması
ehtimalı isə böyükdür. 25 yaşınadək insanlar Afrikanın Sub-Sahara regionu
ölkələrində ümumi işsizlərin sayının təxminən 60%-ni təşkil edirlər. Saharanın
cənubunda yerləşən əksər ölkələrdə və
Şimali Afrikanın bəzi ölkələrində gənc nəslin olduqca sürətlə artması və
məşğulluğun aşağı səviyyəsi ən azı 2030-cu illərədək uzunmüddətli
qeyri-sabitliyə gətirib çıxarda bilər. Lakin, əhalinin tarixi artımı çox vaxt
iqtisadi artıma gətirib çıxarır. Bununla belə, torpaqların məhsuldarlığının
aşağı düşməsi və iqlim dəyişikliyi nəzərə alınmaqla əhali sıxlığında artım
təbiət resurslarına böyük təsir göstərəcək. Buna görə də, zəngin qidalandırıcı
maddələrə malik kənd təsərrüfatına investisiya yatırımının artırılması və
Afrikada kənd təsərrüfatını idarə edən qadınlar üçün imkanların yaradılması
Afrikanın ictimai səhiyyəsinin böyük problemi olan kifayət qədər qidalanmamaq
problemini azalda bilər. Hazırda, şəhər ərazilərinin idarə olunması
keyfiyyətini xeyli azaldan amillərdən biri ömrü də azaldan QİÇS xəstəliyidir.
Münaqişə və korrupsiya əvvəlkitək inkişaf məqsədilə qoyulan sərmayələrin
qarşısını alır, məhsuldar şumluq torpaqları korlayır, qaçqınların meydana
gəlməsinə, qitə boyu ərzaq böhranlarının baş verməsinə səbəb olur və təbii
resursların daha yaxşı idarə olunmasına maneə yaradır. Afrika dünyada istifadə
edilməmiş kənd təsərrüfatı sahələrinin yarısından çoxuna malikdir.
Asiya və Okeaniya: Çin növbəti onillikdə
şəhərlərə 400 milyon insanı gətirməklə urbanizasiyaya təxminən 40 trilyon ($6,5
trilyon) sərf etməyi planlaşdırır. 2025-ci ilə Çin əhalisinin sayı 1 milyondan
çox olan 220-dən artıq şəhərə və 10 milyon insandan artıq səkkiz meqapolisə malik olacaq. Çin dünyada
7% şumluq torpağa malik olmaqla 22% dünya əhalisini yedizdirməlidir. 1975-ci
ildə bir qocaya altı Çin uşağı düşürdü; 2035-ci ildə isə iki uşağa iki qoca
düşəcək. Çin qocalan əhalinin böyük sayını saxlamaq üçün zəngin olmağa imkan
tapmamış qocalmaqdadır. Çin bir uşaq siyasətindən əl çəkməkdədir. Bununla belə, Çində sonsuzluq 12,5%
reproduktiv yaşlı insanı əhatə edir və 20 il əvvəlkindən dörd dəfə çoxdur.
Yalnız Şanxayın baş sperma bankında saxlanılan spermanın üçdə bir hissəsi
ÜST-nin standartlarına cavab verir. Yaponiya əhalisi 2013-cü ildə 0,21% azalmış
və bu azalma dörd il ardıcıl şəkildə davam etmişdir. 65 yaşdan yuxarı əhali
əmsalı gözlənildiyi kimi hazırda 25%-dən 2060-cı ilə təxminən 40% artacaq. Orta yaş həddi demək olar ki, 45
yaşa, 2040-cı ilə 55 yaşa yüksələcək və əhalinin sayı 127 milyondan 2060-cı ilə
87 milyona azalacaq.
106 milyon. İntihar və depressiya halları Yaponiyaya ildə $32
milyarda başa gəlmişdir. 2012-ci ildə 15 il ərzində ilk dəfə olaraq intihar
halları 30,000 az olmuşdur. Hindistanın əhalisi 2028-ci ildə Çinin əhalisini
ötəcək və növbəti onilliklər ərzində artmaqda davam edəcək. Asiya fermerləri
qocalır; Çin fermerlərinin orta yaş həddi, proqnozlara görə 2022-ci ildə 50
yaşdan yuxarı və ya hətta 60 yaşdan artıq olacaqdır; Tailand fermerləri üçün
orta yaş həddi 1985-ci ildəki 31 yaşla müqayisədə 2010-cu ildə 42 yaş olmuşdur.
Təxminən 5 milyon insan ərzaq çatışmazlığı şəraitində yaşayır.
Hindistanda genetikası dəyişdirilmiş ərzaq məhsulları üzərində məcburi
nişanlanma 2013-cü ilin yanvar ayından tətbiq edilməyə başlamışdır. İndoneziya
14 emal edilməmiş xam mineralın ixracına qadağan tətbiq etmişdir. Çin bəzi az
tapılan strateji nadir torpaq metallarının ixracını azaltmış, yaxud da qadağan
etmişdir. 2030-cu ilə planlaşdırılmış layihələrin icrası davam edərsə,
Avstraliya Qətərdən sonra STQ-nin istehsal həcminə görə ikinci olacaq. Yaxın
Şərq əhalisinin təxminən üçdə biri 15 yaşdan aşağı yaş həddindədir; yerdə qalan
hissəsi isə 15-29 yaş arasındadır; və
gənclər arasında işsizliyin orta səviyyəsi 27% (gənc qadınların təxminən
44%) təşkil edir. Yeni məşğulluq konsepsiyası siyasi qeyri-sabitliyin qarşısını
almaqdan ötrü tələb olunur.
Avropa: 2030-cu ilə Avropa əhalisi maksimum həddə
çatacaq, sonra isə azalacaq və sonrakı 50 il ərzində 100 milyon insan itirəcək.
2060-cı ilə AB-də doğulan qadınların orta ömür uzunluğu 2010-cu ildəki 82,5 yaşla müqayisədə 89.1 yaş
ola bilər; kişilərin orta ömür uzunluğu isə 2010-cu ildəki 76,7 yaş ilə
müqayisədə 84,6 yaş ola bilər. 2050-ci ilə əhalinin təxminən 34% 60 yaşında və
daha yuxarı yaşda olacaq və hər bir pensioneri saxlayacaq işçilərin sayı dördə
birə azalacaq. Şərqi Avropanın bir sıra ölkələrində əhali 2050-ci ilə 15%-dən
artıq azala bilər. Bununla belə, NEET
(15 - 29 yaş arasında) olan 14 milyon avropalı rifah və əmək
qabiliyyətinin itirilməsi baxımından AB-yə həftədə €3 milyarda başa gəlir.
Avropada aşağı doğum səviyyəsi, qocalma və əhalinin sayının azalması pensiya və
sosial təminat sistemində dəyişikliyə, daha çox uşağın doğulmasına
həvəsləndirməyə, və beynəlxalq münasibətlərə, mədəniyyət və sosial struktura
təsir edən immiqrant əmək qüvvəsinin artmasına gətirib çıxaracaqdır. AB-nin
digər ölkələrinə köçən yunan və ispanların sayı 2007 və 2013-cü illər arası iki
dəfə artmışdır. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi 2050-ci ilə müsəlman
əhalinin sayının Fransada 25% və Almaniyada 33% artacağını proqnozlaşdırır.
Avropanın Şərqindən Qərbinə miqrasiya kənd rayonlarından şəhər rayonlarına axın
kimi davam etməkdədir. Rusiya əhalisi 1991-ci ildə pik nöqtəsinə - 149 milyona
çatmış, sonra isə onillik azalma başlamış və doğum göstəricisinin aşağı
düşməsi, ölüm hallarının və emiqrasiyanın artması səbəbindən ildə təxminən 0,5%
həcmində azalmışdır. 2011-ci ildə Rusiyanın iqtisadi aktiv əhalisinin təxminən
2,5%-i leqal miqrantlar olmuşdur.
Latın Amerikası: Latın Amerikası və Karib hövzəsi
ölkələri 12% şumluq torpağa, 8,5% əhaliyə, 33% təzə su ehtiyatlarına, 21% təbii
meşələrə və mineral resurslara malikdir. Regionun təxminən 85% -i 2030-cu ilə
kütləvi şəhər və kənd təsərrüfatı infrastrukturu investisiyaları tələb edən şəhər olacaq. Təxminən 2010-cu ildə 53 milyon
insanla müqayisədə 47 milyon insan aclıq və kifayət qədər yemək qəbul
etməməkdən əziyyət çəkirlər. Braziliya, Ekvador, Venesuela, Qvatemala,
Honduras, Nikaraqua ixrac üçün deyil,
əhalilərini yedizdirmək üçün yerli kənd təsərrüfatı məhsullarının təmin
edilməsi ilə bağlı ərzaq təhlükəsizliyinə dair qanunlar qəbul etmişlər; doqquz
ölkə də bunu etməyi planlaşdırır. Aclığa qarşı Meksika Milli Səlib Yürüşü
2012-ci ildə 7 milyon insanla müqayisədə yalnız bir ildə 43% - təxminən 4 milyon
insanı aclıq məngənəsindən xilas
etmişdir.
Latın Amerikasında 60 və daha yuxarı yaşda olan əhalinin payı hər
şeydən əvvəl 2012-ci ildə 10%-dən 2050-ci ildə 25%-dək artacaq. Meksikada
2050-ci ilə əhalinin yarısı 43 yaşdan yuxarı olacaq və orta yaş dövründə 18
yaşa yüksələcək. Növbəti 20 il ərzində Braziliyada doğum tempinin və ömür
uzunluğunun aşağı düşməsi nəticəsində qoca insanların maliyyə vəsaiti ilə təmin
edilməsi imkanı aşağı düşəcək; bununla da, nəsillər arasında gələcəkdə
münaqişələrdən uzaq olmaq üçün pensiyaya çıxan zaman ödənilən kompensasiya
məbləği dəyişdirilməli və sosial inteqrasiya yaxşılaşdırılmalıdır. Dünyada
təxminən 12% şumluq torpaq və şirin su ehtiyatının üçdə biri və dünya
əhalisinin 8,5%-nə malik ərazi ərzaq məhsullarının istehsalı üçün böyük
potensiala malikdir. Peru GDO-nın idxalına 10 illik moratoriya tətbiqini
qüvvədə saxlayır; Peru $3 milyard potensial illik gəlirlə üzvü ərzaq
məhsullarının (qəhvə, kakao, kvinoya, banan) dünya ixracatçılarından biridir.
Latın Amerikası və Karib hövzəsi ölkələri faydalı qazıntıların bərpa olunmayan
ən mühüm ehtiyatlarının nəzərəçarpan hissəsinə malikdirlər; Latın
Amerikası və Karib Dövlətləri Birliyi
(CELAC) ölkənin faydasını artırmaq və yerli əhalinin həyat səviyyəsini
yaxşılaşdırmaq üçün təbii ehtiyatlar üzərində suverenitetin artırılması
məqsədilə yeni strategiyalar nəzərdən keçirir.
Şimali Amerika: Regionun bütün ölkələrində 60
və daha yuxarı yaşa malik əhalinin payı 2012-ci ildə 19%-dən 2050-ci ildə 27%-ə
yüksələcək. ABŞ-da yaşı 65 və daha yuxarı olan insanların sayı gözlənildiyi
kimi 2009-cu ildə 40 milyondan 2030-cu ildə 72 milyona çatacaq. Hazırda, ABŞ-da
bir yaşınadək olan uşaqlar əhalinin azlıq təşkil edən hissəsidir. 1980-ci ildən
etibarən yaşlı pensionerlərin sayı 1,300% olmuşdur. MIT hesab edir ki, havanın
çirkləndirilməsi Birləşmiş Ştatlarda ildə
təxminən 200,000 erkən ölüm hallına səbəb olur. ABŞ-da əhalinin 2%-dən
az hissəsi dünya ərzaq ixracının ən böyük hissəsini təmin edir, təxminən 47
milyon amerikalı isə ərzağa görə talon alıcılarıdır. ABŞ-da insanların üçdə iki
hissəsi artıq çəkiyə malikdir və ya piylənmədən əziyyət çəkir və 8.3%-i isə
şəkər xəstəsidir. Orta hesabla, hər bir amerikalı hər il 253 funt ərzaq
istehlak edir. "İstifadə edilmədən atılan" ərzaq miqdarının azaldılması
əhali-resurs balansını dəyişə bilər. Biotexnologiya, nanotexnologiya və fərdi
genom təbabəti sahəsində uğurlar tibbi təcrübəyə yenicə təsir göstərməyə
başlamışdır; buna görə də, ömür uzunluğunun 25-50 ildən sonra son dərəcə
inkişafı qaçılmaz haldır. Şimali Amerika fermerləri fermerliyi iqlim
dəyişikliyinə və eksterimal hava şəraitinə qarşı daha davamlı etməyin və qlobal istiləşməyin Kanadada buğda
ixracını necə artıra biləcəyi yollarını arayırlar. Vankuver,
Toronto və Kalqari kimi Kanada şəhərləri reytinq üzrə yaşamaq üçün
dünyanın ən əlverişli beş şəhəri sırasında yer alırlar.