Qlobal
Çağırış 15. Etik təfəkkür (baxış) gündəlik olaraq qlobal qərarların qəbul
edilməsinə necə daxil edilə bilər?
Bütün dünyada artan etirazlar hökmranlıq edən elitanın qəbul etdiyi
qeyri-etik qərarlaraqarşı artan dözümsüzlük nümayiş etdirirlər. Daha
çox təhsili olan və İnternetə çıxışa malik nəsil bütün dünyada hakimiyyətdən
sui-istifadə əleyhinə qalxır və şəffaflıq tələb edir.
Dünya hələ də 2008-ci ildə maliyyə böhranına gətirib çıxarmış
qeyri-etik qərarlardan özünə gəlməyib. Bu əyani şəkildə iqtisadiyyat və
etikanın qarşılıqlı əlaqəsini nümayiş etdirmişdir. Qlobal maliyyə böhranından
tez bir zamanda qurtulmağa kömək etmiş və dünyanı repressiyadan xilas etmiş
sürətli həlli yollarının tətbiqinə baxmayaraq, yenə də qeyd edilən etik
göstəricilər gələcək böhranların qarşısının alınması üçün kifayət qədər
nəzərdən keçirilməyib. Hazırda mövcud olan qlobal problemlərin həll üçün zəruri
olan milli, təşkilati, dini və ideoloji
sərhədləri keçərək əməkdaşlıq etmək kimi mənəvi istək qlobal etika tələb edir.
Bununla belə, dini metafizikaya əsaslanan ictimai mənəviyyat günbəgün artan
sekulyarizm səbəbindən mübahisə predmetinə çevrilir və bir çoxları qərar qəbul
edilməsi üçün mənəvi əsaslara, idarəetmə üçün köhnə ənənələrə inamla
yanaşmırlar və bununla da bir çox dinlərdə fundamental hərəkatların
başlanğıcını qoyurlar. Təəssüf ki,
mənəvi üstünlüyə önəm verən din və ideologiya bütün dünyada münaqişə yaradan
"biz-onlar" kimi təbəqələşməyə gətirib çıxardır.
Elmi-texniki tərəqqinin
sürətlənməsi etik qiymətləndirmənin adi vasitələri hüdudundan çıxır. Özünü
klonlaşdırmaq, yaxud dinozavrları
həyata qaytarmaq və ya sintetik biologiyadan minlərlə yeni həyat formalarının
kəşf edilməsi etik sayılırmı? Təhlükəsizliyi lazımi qaydada sınaqdan keçirmədən
yeni icadları tətbiq edilməsi, yaxud insan nəzarəti olmadan yeni silah
növlərinin işlənib hazırlanması və istifadə edilməsi etik sayılırmı? Bu fundamental elmi tədqiqatlar sosial
problemlər və onları maliyyələşdirən cəmiyyət birbaşa nəzərə alınmadanmı həyata
keçiriləcək? Sosial təfəkkür reallığın həqiqətdə olduğu kimi qəbul edilməsi
gedişatını poza bilərmi? Jurnalistlər informasiya ilə dolu olan dünyada
oxunmaları üçün "piar" kampaniyasından istifadə etməli olduqlarından, həqiqət
təhrif edilə və laqeyd cəmiyyətin yaranmasına gətirib çıxarda bilər.
Dəyişiklikləri sürətləndirməklə qabaqlayıcı etik sistemlərin işlənib
hazırlanması vaxtı çatmamışdırmı? Qanun ədalət məhkəməsinin əsas prinsipi
olduğundan, mümkün gələcək hadisələr barədə etik mülahizələrə ehtiyac
duyacayıqmı? Elm və texnologiya sahəsində uğurlu nailiyyətlər əldə etməyimizə
baxmayaraq, inkişaf və qloballaşdırma ilə bağlı gələcək risklər qalmaqdadır
(bax: Dələduzluq Əməliyyatları ilə bağlı Qlobal Məlumatlandırma Sistemində
(GFIS) Tədqiqat üzrə Elmi və Texnologiya bölməsi) və gələcəkdə etik problemlərə
yol açır (bax: Dələduzluq Əməliyyatları ilə bağlı Qlobal Məlumatlandırma
Sistemində (GFIS) Tədqiqat üzrə Gələcək Etik Problemlər bölməsi). Məsələn, günlərin birində bir insanın kütləvi bioloji
qırğın silahı hazırlayacağı və tətbiq edəcəyi mümkündür. Cəmiyyət təbii ki,
bunun qarşısını almaq istəyəcək və bunun qarşısını almaqdan ötrü onun erkən
aşkarlanmasını və çox ehtimal ki, özəl həyata müdaxilə edilməsini və digər
vətəndaş hüquqlarını azaltmağı tələb edəcəkdir. Gələcəkdə bu cür potensial
deskrutiv insanların sayını azaltmaq üçün uşaqların sağlam psixi inkişafı hər
bir şəxsin üzərinə düşən ümdə vəzifə olmalıdır. Bu cür müşahidələr yeni bir şey
deyildir, lakin psixi sağlam və mənəviyyat baxımından güclü insanların tərbiyə
edilməsindən imtina gələcəkdə keçmişlə müqayisədə gələcəkdə daha ciddi
fəsadlara yol aça bilər. İnsanları kütləvi terror aktı törətməyə meylli
olmaları və ya kimlərin bu cür əməlləri törətməyə hazırlaşdıqları baxımından
eyniləşdirmək mümkün olduğu zaman onları bu cür əməlləri törətməzdən qabaq həbs
etmək etik sayılırmı? Snoudenin ABŞ Təhlükəsizlik İdarəsinin məxfi sənədləri
ilə bağlı açıqlaması kollektiv təhlükəsizliklə müqayisədə fərdi və suveren
hüquqların qlobal müzakirəsinə gətirib çıxartdı. Hökumət və ya özəl şirkətlərin
göstərişləri ilə ictimai və siyasi aksiyalara qabaqcıl texnologiyalardan
istifadə etməklə nəzarət edilməsi kimi etik əsaslar da şübhəli hal alır.
Eyni zamanda, əvvəlki illərlə müqayisədə yeni texnologiyalar əksər
insanların yaşayışını asanlaşdırır, böyük fayda gətirir, daha yüksək templə
inkişafa rəvac verir. Ayrı-ayrı şəxslər İnternetdə qruplar yaradır, bütün
dünyada müəyyən etik problemlərlə bağlı aksiyalar təşkil edirlər. Kütləvi
informasiya vasitələrində verilən informasiyalar, bloqlar, mobil telefonların
kameraları, etika üzrə komissiya və qeyri-hökumət təşkilatları getdikcə daha
çox qeyri-etik qərarları və korrupsiya hallarını üzə çıxarırlar. Çox ehtimal
ki, hər gün bütün dünyada çıxarılan əksər qərarlar hörmətə layiqdirlər. Qərar
qəbul edilməsi prosesində qlobal etikaya görə kollektiv məsuliyyət hələ
durğunluq dövrü yaşayır və inkişaf etmir. Korporativ sosial məsuliyyət, etik
marketinq və sosial investisiya kimi proqramlar inkişaf etməkdədirlər. Qlobal
etika da həmçinin sivilizasiya normalarını müəyyən edən ISO standartları və
beynəlxalq müqavilələr vasitəsilə bütün dünyaya yayılmaqdadır. Riçard Brenson
yalnız mənfəəti nəzərdə tutmayan, həmçinin insanlar, planet və mənfəətlə bağlı qərar qəbul edilməsi məqsədilə
müəssisələr üçün B Planı yaratmışdır. Bill Qeyts milyarderləri malik olduqları
vəsaitlərinin yarısını qlobal problemlərin həllinə sərf etməyə çağırmışdır.
Əldə edilən irəliləyişə baxmayaraq korrupsiya əvvəlkitək bütün
dünyada geniş yayılmışdır. Hər il $1-1,6 trilyon insan rüşvət ödəyir. 2013-cü
il tarixli Korrupsiyanı Qavrama İndeksi müəyyən etmişdir ki, 177 ölkə və
ərazi arasından 114 ölkə 50 baldan aşağı
bal toplamış (şkala üzrə 0 = korrupsiya səviyyəsinin yüksək olması, 100 =
olduqca təmiz), və bununla da dünya miqyasında hakimiyyətdən yüksək səviyyədə
sui-istifadə və korrupsiya halı nümayiş etdirmişdir. Qlobal Korrupsiya
Barometri məlumat verir ki, sorğuda iştirak edən insanların 27%-i son 12 ay
ərzində rüşvət ödədiklərini, 53% isə korrupsiya halının son iki il ərzində
artdığını və bir neçə dəfə yüksəldiyini söyləmiş və respondentlərin 88% isə
hökumətlərinin korrupsiyaya qarşı mübarizədə qeyri-effektiv hesab etmişlər.
Hesabatda göstərilən ən narahatedici məqam yoxsul ölkələrdə rüşvətxorluğun
yüksək səviyyəsinin inkişafa necə mane ola biləcəyinin göstərilməsidir. Bu, şəxsi var-dövlətin toplanması halını (10% ən varlılar müstəqil şəkildə dünyanın 86%
var-dövlətinə sahibdir) daha da dərinləşdirir və bu da, siyasi həlli yolları
etikasını və hazırkı iqtisadi və sosial sistemləri şübhə altına qoyur.
Dünyanın üzləşdiyi digər bir böyük miqyaslı etik məsələyə bu gün, on
doqquzuncu əsrlə müqayisədə daha çox 12
milyon və 29,8 milyon insanın qul vəziyyətində yaşaması faktına aiddir;
mütəşəkkil cinayətkarlıq ildə $3 trilyon vəsait əldə edir; dövlətli ölkələr isə
hər il təxminən 50 milyon ton tullantını inkişaf etməkdə olan ölkələrə
göndərirlər. 5-14 yaşında təxminən 10,5 milyon uşaq təhlükəli və çox vaxt da
qul şəraitində çalışır və onların 71%-ni gənc qızlar təşkil edir. Dünya
Bankının nəzdində fəaliyyət göstərən Hasilat Sənayesi Fəaliyyətinin
Şəffaflığının Artırılması Təşəbbüsü 2002-ci ildən etibarən fəaliyyətə başlamış
və şirkət və ölkələrdən inkişaf edən ölkələrlə neft, qaz və mineral
qazıntılarla bağlı bağladıqları sövdələşmələrin şərtlərini açıqlamağı tələb
edir; hazırda onun sıralarında 25 ölkə və 16 namizəd ölkə yer alır və 35 üzv
isə HSŞT üzrə hesabatlarını təqdim
etmişlər.
2014-cü ilin əvvəlinə ümumən 170 ölkə və Avropa Birliyi BMT-nin
Korrupsiya Əleyhinə Konvensiyasını qəbul etmişlər. Bu saziş davranış
qaydalarını və onların tərifini müəyyən etdi və korrupsiyaya qarşı hüquqi
öhdəlik tətbiq edən yeganə universal sənəd rolunu oynayır. BMT-nin qlobal
sazişi biznes həlli yollarında etikanı gücləndirmək baxımından işlənib
hazırlanmışdır. 2014-ci il üzrə müqaviləyə 145 ölkənin 7,978 şirkəti və 4,140
vətəndaş cəmiyyəti təşkilatı qoşulmuş və məqsədlərə nail olunması ilə bağlı
hesabat təqdim etmədiklərinə görə isə 4,290 təşkilat xaric edilmişdir. Bu,
QHT-lərin əməkdaşlığını yaxşılaşdırmış, korporativ məsuliyyət proqramlarının
əhəmiyyətini artırmış, bir çox ölkədə müəssisələrin qeyri-maddi hesabatlılıq
mandatlarını yüksəltmiş və gələcəkdə müəssisələrin etik rolunun davam
etdirilməsi üçün 2014-2016-cı illər üzrə strategiya yaratmışdır. Beynəlxalq
Cinayət Məhkəməsi siyasi liderləri uğurlu şəkildə ittiham etmiş, dinləmələr isə
İnternet yayımla geniş ictimaiyyətə təqdim edilmişdir. İnsan Hüquqları haqqında
Ümumi Bəyannamə qlobal etikaya dair müzakirələri və dini və ideoloji fərqlilik üzrə həlli yollarının işlənib
hazırlanmasını davam etdirir.
Biz qlobal həlli yollarında etika üçün ən yaxşı stimullar yaratmalı,
dəyərlərin hiss edilməsi üçün valideyn öyüdlərini təbliğ etməli, qanuni
hakimiyyətə hörməti aşılamalı, təbliğetmə nümunələrini təqdim etməli, dünyanın
daha da maariflənməsi üçün qlobal təhsil üzrə iqtisadi baxımdan səmərəli olan
strategiyalar tətbiq etməli və
davranışımızı insanların inandıqları dəyərlərə uyğunlaşdırmalıyıq.
Əyləncəli media "Mənə, sənə və bütün dünyaya yaxşı olacaq qərarlar qəbul edin"
kimi ifadələrin təbliğinə yardımçı ola bilər. Etik və mənəvi tərbiyələndirmə
texniki inkişafın bəşəriyyətə verdiyi yeni səlahiyyətlərə uyğun həyata
keçirilməlidir.
Çağırış 15 korrupsiya 2006-cı ildə 50% azaldığı təqdirdə, Dünya
Bankının qiymətləndirmələrinə görə biznesin etik standartları beynəlxalq
miqyasda tətbiq edildiyi və müntəzəm şəkildə yoxlanıldığı, demək olar ki, bütün
tələbələr etika və vətəndaşlıq məsuliyyəti üzrə təhsil aldıqları və qlobal
etikanın din və milli dəyərlər çərçivəsindən çıxdığı ümumən qəbul edildiyi
halda ciddi şəkildə tənzimlənəcək.
Regional Mülahizələr
Afrika: Afrika vətəndaşları heç də həmişə öz təbii
sərvətlərinin malik olduğu üstünlükləri qiymətləndirmədiklərindən, Hasilat
Sənayesində Şəffaflıq Təşəbbüsü ictimaiyyətin milli təbii sərvətlərindən necə,
kim tərəfindən və hansı qiymətə istifadə edildiyi haqda məlumatlı olması
üzərində çalışır. Afrikadakı, qeyri-etik ətraf mühitdə böyüməklə bağlı az seçim
şansları olan SPİD qurbanlarının milyonlarla yetim qalmış uşaqlarına xüsusi
diqqət yetirmək lazımdır. Şimali Afrikada baş qaldıran qiyamlar qərar qəbul
edərkən etikaya diqqət ayrılması çağırışları edirdilər. Regionda korrupsiya $150 milyard (ÜDM-in
bütün həcmindən artıq) qiymətləndirilir;
bu, bir çox Afrika ölkələrində demokratiya və iqtisadi inkişaf yolunda
ciddi maneə yaradır. Qlobal Korrupsiyanı Qavrama İndeksi Subsahara Afrikasının
90% ölkəsini 50 baldan aşağı
qiymətləndirir, Somali dünya ölkələri arasında ən aşağı reytinqə malik ölkə
hesab edilir. Əksər Afrika hökumətlərində mövcud olan korrupsiya əleyhinə
bölmələr uğurlu hesab olunmurlar. 2013-cü ilin hesabatında yer alan Afrika
ölkələrində orta hesabla 49% respondent rüşvət vermişdir; ayrılıqda götürdükdə,
ən aşağı faizə malik ölkə Ruanda hesab edilir, burada yalnız 13% insan rüşvət
verdiyini söyləmişdir. Ən yüksək faizə malik ölkə isə Syerra-Leone olmuşdur,
burada 84% insanın rüşvət verdiyi müəyyən edilmişdir. Korrupsiyaya qarşı
mübarizə potensialını yaratmaqda yardım etmək məqsədilə Subsahara Afrikasında
Transparency International təşkilatı bölmələri yaradılmışdır. Afrikanın İqtisadi
Etika Şəbəkəsi konfrans, tədqiqat və dərgilər sayəsində inkişaf etməkdə davam
edir. Subsahara Afrikasında uşaq əməyinə cəlb edilmiş uşaqların faizi hazırda
istənilən region arasında ən yüksək olaraq qiymətləndirilir - təxminən 25,3%.
Bu, regionda təxminən hər dörd uşaqdan birinin işləyən uşaq kimi təsnif
edildiyini göstərir.
Asiya və Okeaniya: Xayyan fəsadlarının aradan
qaldırılmasına yardım məqsədilə Filippinə verilmiş milyon dollar vəsait
korrupsiyaya yol açmış və bir daha, təbii fəlakətə qarşı mübarizənin
planlaşdırılması üçün yatırılan vəsaitlərlə bağlı maliyyə hesabatlılığı və
şəffaflığın olmasını gündəmə gətirmişdir. Çinin qlobal həlli yollarının
qəbulundakı rolu artdıqca, o, Qərbi münaqişələrlə müqayisədə ənənəvi
münaqişələrlə üzləşəcək. Bəziləri hesab
edirlər ki, Asiyada urbanizasiya və iqtisadi artım tempi o qədər sürətlə gedir
ki, qlobal etikanın nəzərdən keçirilməsi
çətinləşir, bu zaman asiyalılar ümumi qlobal etikanın mövcudluğuna inanmırlar
və onun yaradılmasına bu qədər səy göstərilməsinin qərbi təfəkkürə aid olduğunu
güman edirlər. Yeni Qviyena - Papuayada torpaqların təxminən 12%-i korrupsiyada
ittiham olunan xarici şirkətlərə icarəyə verilmişdir. Korrupsiyanı Qavrama
İndeksi üzrə Yeni Zelandiya və
Avstraliya müvafiq olaraq ən yaxşı beş ölkə arasında yer alırlar.
Avropa: Avrozonanın əksər ölkələri dünyanın az
korrupsiyaya uğramış dövlət sektoruna malik ən yaxşı ölkələri sırasında yer
alırlar və yalnız 23% ölkə (əksəriyyəti Şərqi və Mərkəzi Avropada olmaqla) 50
baldan aşağı qiymətləndirilir. AB-nin iki ildən bir dərc edilən Korrupsiyaya
qarşı Mübarizəyə dair hesabatı üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə
göstərdikləri səyi qiymətləndirmək və onlara yardım etmək məqsədilə nəzərdə
tutulmuşdur. 2014-cü ilin fevral ayında dərc edilmiş ilk hesabat göstərir ki,
Avrobarometrin apardığı soröuda iştirak etmiş avropalıların 76%-i ölkələrində
korrupsiyanın yayıldığını hesab edirlər, bu faiz Danimarkada 20%, Yunanıstanda
99%, İtaliyada isə 97% təşkil edir. Barclays Bank ilə bağlı LİBOR məbləğində
yol verilmiş qlobal pozuntu dünya maliyyə sisteminin daha etik formada idarə
edilməsinə təsir göstərməkdə davam edir. Yunanıstanın və Cənubi Avropanın digər
ölkələrinin iştirakı ilə maliyyə böhranı Avrozonanın dövlətləri, hökumət və
üzvləri arasında qarşılıqlı şəkildə bir-birlərindən asılı olan etik
öhdəliklərlə bağlı mənəvi məsələləri ön plana çəkir. Etika üzrə Avropa Şəbəkəsi etik qərarların
qəbulunu yaxşılaşdırmaq məqsədilə səyləri birləşdirir, bu zaman Müəssisə
Etikası isə etika üzrə mütəxəssislərin beynəlxalq şəbəkəsinin səfərbər edilməsi
və etika və biznesə diqqətin cəlb edilməsi məqsədilə innovasiya
fəaliyyətlərinin təşkili üzərində çalışır. İspaniya və Fransa BMT-nin Qlobal
Paktında ən çox müəssisələrə malik ölkələrdir və İspaniya həmçinin energetika
menecmenti üzrə ISO 50001 standartlarına uyğun gələn aparıcı ölkədir. Avropada
miqrantların sayının artması Avro-inteqrasiya proseslərinin, etik normaların və
gələcək immiqrasiya siyasətinin gündəmdə olmasına gətirib çıxardacaq və
bunların hamısı Avropada etika və eyniləşdirmə məsələlərinin getdikcə daha çox
önəm daşıyan müzakirələrinə rəvac verir. Şərqi Avropa və Mərkəzi Asiya dünyada
ən çox korrupsiyaya uğramış regionlar hesab edilir və 95% ölkə 50 baldan aşağı
qiymətləndirilir; Türkmənistan və Özbəkistan ən pis dünya ölkələri sırasında
yer almışlar. Türkiyədə korrupsiya ilə bağlı baş vermiş qalmaqal onun
rəhbərliyinə olan daxili və beynəlxalq inamı azaltdı və onun AB-yə daxil olmaq
şansına xələl gətirdi.
Latın Amerika: Meksika hökuməti bu yaxınlarda qeyri-etik
davranışa görə şəxslərin və şirkətlərin cəzalandırılması üçün dövlət
satınalmasına dair Korrupsiya Əleyhinə Federal Qanun qəbul etmişdir.
Meksikanın Walmart törəmə şirkətinin
dövlətin yüksək rütbəli məmurlarına $24 milyon həcmində rüşvət verməsi bütün
ölkədə rezonans doğurmuş bir hadisədir və ABŞ və Meksika tərəfindən
günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün araşdırma aparılır. Bir
çox ölkələrdə şəxsi təhlükəsizliyin olmaması, təhsilə və tibbi xidmətlərə
məhdud çıxış, siyasətə etibarın olmaması, üzərilərinə düşən vəzifələri yerinə
yetirə bilməyən müəssisələrin (məsələn, ədliyyə və polis sistemləri) tənəzzülə
uğramaları və sürtələ artan ekoloji
deqradasiya etik dəyərlərdə mövcud olan ciddi çatışmazlıqların əsas
faktorlarıdır. Digər ölkələrdə hüquqi rəsmiləşdirilmələrin yayılması müxtəlif
hüquqlara zəmanət vermir, belə ki əhalinin geniş təbəqəsi əvvəlkitək vəd edilən
müdafiədən kənarda qalmışdır. Bu həmçinin kütləvi informasiya vasitələrində
etik norma çatışmazlıqlarının yaranmasına gətirib çıxarır.
Latın Amerika və Karib Hövzəsi Ölkələri Birliyi üzərinə kompleks strategiyanın
köməkliyi ilə və qanunun aliliyi prinsipinin tətbiq edilməsi ilə korrupsiya və
qeyri-etik təcrübəyə qarşı mübarizə aparmaq öhdəliyi götürmüşlər.
Şimalı Amerika: Milli təhlükəsizlik üzrə
kəşfiyyat texnologiyaları və onların tətbiqi ictimai dərketmədən və siyasi
nəzarətdən daha sürtələ inkişaf edə bildiyindən ABŞ və digər ölkələr Edvard
Snouden tərəfindən AMT-ni ifşa edəndən sonra təhlükəsizlik və məxfiliyə olan
tələblərə bir daha nəzər salmağa başlamışlar. Kütləvi qırğın silahlarını
istehsal etməyi və yerləşdirməyi planlaşdıran şəxslərin aşkar edilməsi üçün
hansı etik üsullar mövcuddur? Kiber casusluq
əleyhinə mübarizə nə qədər irəliləyə bilmişdir? "İnternet Əşyaların"
daima inkişaf etdirilməsi məxfiliyi bir xülyaya çevirə bilərmi və bunun da
nəticəsində, məxfi metodları əvəz edə bilərmi? ABŞ-ın bir çox beynəlxalq
təşkilat və forumlarda etik mülahizələrin təmin edilməsi sahəsində müəyyən
liderlik nümayiş etdirməsinə baxmayaraq, onun etik sahə üzrə rəhbərləri
lobbiçilik maraqları göstərməkdə ifşa olunmuşdur. ABŞ-ın Ali məhkəməsi yeni
sistemlərin hər bir şəxsə (mütəşəkkil
cinayətkarlıq və xarici siyasi mənbələr daxil olmaqla) kütləvi informasiya
vasitələrində siyasi kampaniyaların aparılmasına anonim şəkildə istənilən
məbləğdə yardım edə bilməsinə imkan yaradacağı qənaətinə gəlmişdir. Burada hələ də siyasətin və seçki
kampaniyalarının korrupsiya çirkabından uzaq olmaları və ya tənzimləyici
orqanlar və onların tənzimlədikləri qurumlar arasında "rahat münasibətlərə" son
qoyulması üçün ümumən qəbul edilmiş üsul mövcud deyildir. Federal etika qaydaları əvvəlki yüksək
rütbəli hökumət məmurlarının "son dərəcə aktiv" olmaları təcrübəsinin
məhdudlaşdırılmasında o qədər də effektiv deyildir; 2007-ci ildə aparılmış
yoxlamadan sonra Konqresdəki 1,650 yardımçının bir il müddətində lobbiçilik
fəaliyyəti ilə məşğul olduqları və buna görə ABŞ Konqresindən istefa verdikləri
qeydə alınmışdır. 2008-ci ildən bəri mövcud dolan qeyri-etik maliyyə təcrübəsi
tədricən təqib edilməkdədir, məsələn, JPMorgan Chase apardığı düzgün olmayan
fəaliyyətə görə ABŞ hökuməti tərəfindən $13 milyard həcmində cərimə olunmuşdur.
ABŞ Hasilat sənayesinin şəffaflığına uyğun gələn qanun qəbul etməyi planlaşdırır.
Korrupsiyanı Qavrama İndeksinə görə Kanadanın ən yaxşı ölkələr sırasında yer
almasına baxmayaraq, Senatın xərcləri və
bir neçə korrupsiya halları və xidməti mövqedən sui-istifadə səbəbindən
vətəndaşların dövlət məmurlarına olan etibarları azalmışdır.
Qlobal korrupsiya səviyyəsi (1 = olduqca yüksək korrupsiya səviyyəsi;
10 = olduqca təmiz).
Qrafikdə Təsir Tendensiyasının Təhlilindən istifadə edilir; bu, 2012
Gələcək Hesablama İndeksinin bir hissəsidir (bax: Fəsil 2, SOFI 2012)