Elm və texnologiyanın dayanaqlı inkişafı dəyişilməsi mümkün olan
şəraitləri kökündən dəyişdirir və bu biliklərə çıxışın əldə edilməsi getdikcə
daha da asanlaşır və siyasi liderləri seçən geniş ictimaiyyətin müzakirə
edilməsi zəruri olan fövqəladə dəyişiklik və fəsadları dərk etmədiyi görünür.
Pulsuz universitet onlayn-kursları yayılır; ümumən istifadəsi mümkün olan
aparat və proqram təminatlarından istifadə istehsalat vasitələrini əvəz edir.
Sinqulyar universitet təbabətdən tutmuş kənd təsərrüfatınadək fəaliyyətləri
yaratmaq və tətbiq etmək üçün və milyardlarla insanlara təsir göstərmək üçün
texnikanın ilkin sürətləndirilməsi üzrə ən yaxşı mütəxəssisləri, biznes
liderləri, investorları, eləcə də aparıcı aspirantları bir araya gətirir. Bu
biliyin öyrənilməsinə həm də asinxron Şəbəkələr, yüksək motivasiyaya malik
tədris sistemləri, təhsilin adaptiv modelləri, eləcə də hüceyrə avtomatları,
genetik alqoritmlər, neyron şəbəkələr və kollektiv intellektin yeni imkanları
yardım edir. “Əşya İnterneti”, beynəlxalq əməkdaşlıq və məlumatların iri
miqyasda təhlili də elmi icadları və texnoloji tətbiqetmələri sürətləndirən
faktorlardır.
Çinin Tianhe-2 superkompüteri 33.86 petaflopsda (saniyədə axan nöqtə
ilə kvadrilyon əməliyyatı) insan beyninin sürətini (idrakını deyil) aşan ən sürətli kompüterdir.
Yaponiyada fəaliyyət göstərən komanda kompüter kimi öz şəxsi proqramlarını
yaradan və əməliyyatların intensivliyini maksimal şəkildə artırmaqla öz enerjisini
artıran fraktal beynin çoxtəbəqəli tezliyini yaradır. IBM-in kompüteri olan
Watson kompüteri televiktorinada bütün iştirakçıların biliyindən daha yüksək
bilik nümayiş etdirmiş və hazırda daha dəqiq diaqnozların verilməsi sürətinin
artırılması, xərçəngin müalicəsi və digər məqsədlər üçün istifadə edilir.
IBM-in Watson Qrupu dünyada, Afrikanın yoxsul regionları
daxil olmaqla Watson sisteminin idarə
etdiyi idrakı əlavələri tətbiq etmək üçün $1 milyard sərmayə yatırır.
Hesablayıcı kimya, hesablayıcı biologiya və hesablayıcı fizika elmi xüsusiyyəti
dəyişir və onların sürətləndirilməsi məsələsi Mur qanununa daxil edilmişdir.
Bax: bu fəsildə ətraflı şəkildə İKT haqda Qlobal Çağırış 6).
Genin ardıcıllaşdırılması üzrə yeni sistem ildə on minlərlə insan
geni yarada bilər. Fərdi genetik təbabətin vəd etdiyi $1000/gen reallığa
çevrilməkdədir. Transdifferensiallaşdırma
kimi tanınan prosesdə alimlər insan hüceyrələrini dəyişdirirlər, məsələn
mədəaltı vəzinin hüceyrələrini qara ciyərə və ya dəri hüceyrələrini ürək
hüceyrələrinə keçirirlər. Hüceyrələr hətta insan beynində aşkar edilmiş neyrona
daxil edilən funksiallaşdırıcı neyrona çevrilmişlər. Virusla mübarizə ilə bağlı
yeni strategiya “insanın ölümcül viruslarını şirnikdirə, cəlb edə və məhv edə
biləcək” süni hüceyrələr işləyib hazırlamaq niyyəti güdür. Olduqca kiçik
kameralar udula və dəqiq diaqnoz vermək üçün insan orqanizmini idarə edə bilər.
Qana özü hərəkət edən və dərmanları lazımi nöqtəyə çatdıra bilən qurğu
yerləşdirilə bilər. Bu cür nailiyyətlərlə, sintetik biologiya, nano-təbabtə,
eləcə də hesablama elminin müxtəlif formaları ilə bu gün güman etdiyimizdən da
daha artıq və məntiqli şəkildə uzun müddət yaşayacağımızı və sağlam həyat
sürəcəyimizi güman etmək olar. Bu belə olarsa, pensiyaya çıxmaq və maliyyələşdirmənin
planlanması məsələlərinə yenidən baxmaq lazım gələcək.
Sintetik biologiya daha ucuz bioyanacaq, daha dəqiq təbabət, sağlam
qida, çirklənmənin təmizlənməsi üsullarının və hazırkı təfəkkür çərçivəsindən
çıxan gələcək imkanların yaradılması üçün müxtəlif növ DNK-nın bir araya
gətirilməsidir.
Sintetik biologiyanın yeni forması DNK-sız yeni molekul
kombinasiyalarından yaranan XNA-ya (Kseno nukleunon turşusu) əsaslanır. ABŞ-ın
NIH institutu ilə əməkdaşlıq etməklə insan geni layihəsini yaradan Kreuq Venter
dəqiq şəkild surətini çıxarmaq üçün sintetik DNK təlimatlarına riayət
etməklə və sintetik DNK-nı bakteriyaya
yerləşdirməklə sintetik gen yaratmışdır. ABŞ-n Prezident Komissiyası belə bir
qənaətə gəlmişdir ki, bu hələ “həyatın” kəşfi deyildir, lakin bu sintetik
bioloji tədqiqatın elmi tənzimləmələrlə davam etdirilməsi lazımdır. Bəziləri
yerlərdə təlimatlar olmayınca, gələcək davranışların və həyatın yeni
formalarının bundan ziyan görməməsi üçün
tədqiqatlara monatoriya tətbiq etməyə çağırırlar. Bu təbiətin xüsusiyyətini
necə dəyişə bilər? Venterə görə, necə ki, kompüter kodu proqram təminatının
yaradılması rolunu oynayır, eləcə də insanın imkanlarını artırmaq üçün genetik
kodlar da həyatın formasını yaratmaq üçün qeydə alınacaq və bununla da sivilizasiyada
ömür uzunluğunu təmin edəcək. Bu yeni bioloji yaş həddinin həyata böyük təsirə
malik ola bilər. Bu yeni bioloji yaş həddi bəşəriyyətin inkişafına və ətraf
mühitin məhv olmasına gətirib çıxarmış sənaye əsrindən daha çox həyatımıza
təsirə göstərəcək.
3D printerlərinin qiyməti $500-dan aşağı düşmüş, bu da kiçik
müəssisələr və özəl şəxslərə sənaye istehsalçılarına çevrilməyə imkan
verir. Bu həmçinin, xüsusilə də sadə
plastmas məmulatların saxtalaşdırlmasına və beynəlxalq ticarətin azaldılmasına
imkanlar açır. Thingiverse.com saytında geniş ictimaiyyətə açıq olan rəqəmsal
layihələri yükləmək və çap etmək mümkündür.
3D printerlərinin “mürəkkəb” kimi xidmət göstərən gələcək formaları şəxsləndirilmiş orqan və yan ətrafların istehsalı üçün nəzərdə
tutulur.
Gələcəkdə avtonom robotlar, müasir 3D materialları, qlobal miqyasda
əlaqəli olan süni intellektlərlə, az iqtisadi artıma malik məşğulluq yeni
normaya çevrilə bilər. Sənaye əsri və informasiya əsrinin böyük hissəsi
azaltmaqdan daha çox çoxlu sayda iş yerləri yaratmışlar; lakin, dünyanın
inkişaf sürəti, gücü, həcmi və dinamikasında böyük dəyişiklik edilməsi
gözlənilir. Əgər dünya bu məsələlərlə bağlı daha tez ciddi və sistemli şəkildə
danışıqlar aparmış olarsa, onda elm və texnologiyanın sürətləndirilməsi
bəşəriyyətə fayda verə bilər.
Yeni material və konstruksiyaların sintezi, quraşdırma komponentləri,
özü-istehsal və təmir üçün nano-tikinti bloklarını idarə etmək üçün nano-ölçülü
robot seriyası işlənib hazırlanır. Hazırda, kimyəvi maddələrə, bioloji
preparatlara və radiologiyaya nəzarət etmək üçün milyon sayda simsiz
datçiklərin yeni “ağıllı tozu” hazırlanır. Tozun hər bir zərrəciyi “toz
zərrəciyini” qoşmaq üçün ayrıca kompüter və kommunikasiya qurğularıdırlar.
Digər proqram bütün dünyada dəftərxana düyməsi ölçüsündə trilyon datçik tətbiq
etməyi planlaşdırır. Bu proqramlar sistemin nasazlığa davamlılıq funksiyasını
yaxşılaşdırmaq üçün özünü idar edən şəbəkələri bu işə cəlb edirlər.
Nanorobotlar indi məsələn, yaşla bağlı molekulyar degenerasiya kimi halların
müalicəsi üçün göz daxilində hərəkət etmək imkanına malikdirlər. Daha kiçik
miqyaslarda nanometr robotlar nümayiş etdirilmiş və DNK ilə əlaqə saxlaya
bilirlər. Qan hüceyrəsi ölçüsündə nanorobotlar diaqnostika və müalicə üçün
orqanizmə düşə və virtual reallığı təmin edə bilərlər. Nanotexnologiyalar böyük
miqyasda irəliləyiş nümayiş etdirəcəklərini vəd etmələrinə baxmayaraq, onların
dayanaqlı inkişafa faydası, və ekoloji fəsadlarının sağlamlığa təsiri sual
altındadır. Məsələn, sağlamlıqda problemlər yaratmamaqla bədənin müəyyən
hissələrini bioaktivləşdirə bilərlərmi?
2011-ci ildə bütün dünyada təxminən 1.5 milyon sənaye robotu
satılmışdır. Bəziləri emosional üz ifadələri ilə insanlara bənzəyirlər,
digərləri insan dəqiqliyindən də yaxşı uzaq məsafədən idarə edə bilirlər və
bəziləri isə Yaponiyada ahıl insanlara yardım etmək üçün sınaqdan keçirilirlər.
Skaner çəkisi edən elektron mikroskop 0,01nm (hidrogen nüvəsi və onun
elektronları arasında məsafə) görə bilər
və Habbl teleskopu isə Yer kürəsindən 13.3 milyard işıq ilini görə bilmişdir.
Fotonların sürəti azaldılmış və çoxaldılmışdır. Xarici işıq fotodinamik
terapiya və implantasiya qurğularının qidalandırılması üçün bədən daxilinə toplanmışdır. DNK-nın skanlaşdırılması
dərman preparatlarının fərdi şəkildə hazırlanmasına və irsi xəstəliklərin
aradan qaldırılmasına imkan yaradır. Beynin MPT-si real vaxt rejimində təfəkkür
prosesinin primitiv şəklini göstərir. İflic olmuş insanlar yalnız fikirləri
ilə kompüteri idarə edir və sonda, robotları da idarə edə biləcəklər.
CERN tərəfindən Higgs bozon zərrəciyinə oxşar zərrəciyin aşkar edilməsi Higgs bozon
zərrəciyi kimi təsdiq edilmişdir. Nəzəri baxımdan, Higgs bozonu bəşəriyyətlə
qarşılıqlı təsirə malik sahədə mövcuddur
və onların qarşılıqlı təsiri və cəlbediciliyi zərrəcikləri kütlə ilə təmin edir
və alimlərin yalnız 4% məlumatlı olduqları məlum bəşəriyyəti yaradır. Higgs
zərrəciklərin kütləyə çevrilməsi üçün malik olduqları fundamental qabiliyyəti
izah edir. Bəziləri hesab edirlər ki, Higgs
sinqleti adlanan ikinci zərrəcik də aşkar edilə bilər və o, əlavə
-beşinci ölçüyə keçməli və burada vaxt üzrə irəli və geri hərəkət edə bilməli
və gələcək. yaxud keçmişdə mövcud olmalıdır.
Başqa bir sahədə CERN pozitron və antiprotonları birləşdirməklə ən
azı hidrogenin 80 anticisim atomunu yaratmış və onları spektroskopik detektor
adlandırmışdır. CERN-dəki bütün bu işlər qabaqcıl elmi mərkəzlərə birgə
aparılır və yeni fizika yaradır, bu da öz növbəsində daha səmərəli enerji
istehsalı, buxarlanma, tikinti və təbabət barədə informasiya ilə təmin edir.
Kvant qurucu bloklar və kubitlər nanoməftillərə yerləşdirilmiş və bu
da, kvant kompüterlərinə doğru atılan əhəmiyyətli addımdır. Kvant nəzəriyyəsinə
bizim mövcudluğumuzun “bir çox səbəbləri” daxildir. Beyn-Maşın İnterfeysində
hər bir hadisə xassələnmə nöqtəsi sayılır və bu və ya digər yolla gedə, demək
olar ki, sonsuz sayda sahələr yarada bilər. Görünüş baxımından insanın yaşama
şəraitinin yaxşılaşdırılmasından uzaq olsa belə, bu cür fundamental elm insanın
həyat şəraitinin yaxşılaşdırılması üçün önəm verilən tətbiqi elm və
texnologiyalar haqda biliklərin artırılması üçün zəruridir.
O biri sərhəddə, bir qrup
kommunikasiyalara və ola bilsin ki, yerdəyişməyə kömək edəcək milyardlarla
zərrəcik hissələrini (kvant qarışıqlığı fəzaya paylanmış qarışıq obyektlərin
eyni vaxtda dəyişdirilməsi deməkdir) əhatə etməyə cəhd göstərir.
Elm və texnologiyada
irəliləyişin sürətlənən tempi və
xəbərlərdə işıqlandırılan siyasətçilərin müzakirə etdikləri, məktəblərdə
keçilən və ya bütün dünyada ictimai rəyi yaradanlar arasında cüzi əlaqə
mövcuddur. Bizə elm və texnologiyalar sahəsində nailiyyətləri izləmək,
nəticələri proqnozlaşdırmaq, eləcə də baxış diapazonlarını qeydə almaq üçün
qlobal kollektiv işləmə sistemi lazımdır. Elm və texnologiya tarixi aydın
şəkildə göstərir ki, irəliləyiş mənfəət kimi eləcə də qabaqcadan nəzərdə
tutulması mümkün olmayan mənfi nəticələrə malikdir. Çağırış 14 sosial
tələbatlar üçün elmi işləmələrin maliyyələşdirilməsi silahların
maliyyələşdirilməsi ilə bərabər olan zaman
və elmi işləmələrin və qanunvericiliklərin tənzimlənməsində elmi bilik və texnologiyaların bir araya
gətirilməsi üçün elm və texnologiya üzrə beynəlxalq təşkilat yaradılan zaman,
ciddi şəkildə əhatə olunacaq.
Regional Mülahizələr
Afrika:
Keniyanın 30% yuxarı ÜDM-i mobil telefonlar vasitəsilə ötürülür. IBM
Afrikanı növbəti nəsil idrakı (“Watson”) kompüter əlavələri ilə təmin etmək
üçün onillik təşəbbüsə $100 milyon sərmayə yatırır. Afrikanın elmi işləmələrini diqqəti kənd təsərrüfatından təbabət və
qarışıq sahələrə yönəlir. Afrikanın İnkişaf Bankı dayanaqlı inkişafa, insan
kapitalı və məşğulluğunun artırılmasına sərmayəni artırmaq üçün elm,
texnologiya və təşəbbüs üzrə Nayrobidə ilk Afrika Forumunu təşkil etmişdir.
Elm, Texnologiya və İnnovasiyalar üzrə Parlamentlərarası Forum elm və
texnologiyaya ÜDM faizini artırmağı vəd edir. Elmi işləmələrə yatırılan
sərmayələrin aşağı səviyyədə olması, zəif təsisatlar, beyin axını və bazara pis
çıxış əvvəlkitək Afrikada elm və texnologiyada potensial innovasiyaların
işlənib hazırlanmasına maneə yaradır. Afrikada xammalın ixracı əsas yer
tutmaqda davam edir; elm və texnologiyada innovasiya ixraca əlavə dəyər
məbləğinin yaradılması üçün və gələcək biotexnologiyaya, nanotexnologiyaya və
bərpa olunan enerji perspektivlərinə doğru addımlamaq üçün zəruridir.
Asiya və Okeaniya: 2011-ci ildə Çin özünün dördüncü kosmik uçuşu
olan Şençjou-9 kosmik gəmisini Çinin
kosmik laboratoriyası Tiangong 1 ilə
birləşmək üçün bu də üç kosmonavtla kosmosa buraxmışdır, kosmonavtlardan
biri ilk dəfə olaraq qadın kosmonavtdır. Yaponiya kosmik fəzada fəaliyyət
göstərəcək və enerjisini fəzadakı günəş enerjisindən alacaq Venus zondunu
buraxmışdır. Yaponiyanın MDM faizi kimi elmi işləmələri 3% təşkil edir. Çində elmi
işləmələrə nisbətən az illik büdcənin
2%-nin xərclənməsinə baxmayaraq, o dünyada dövlət büdcəsinin həcminə
görə ikinci yerdə durur. çinin patent müraciətləri son beş ildə 500% artmışdır,
və əsasən ABŞ-da olduöu kimi sırf enerji
texnologiyalarına sərmayə yatırır. İkirəqəmli iqtisadi artıma malik digər Asiya
ölkələri elmi işləmələr sahəsində həmçinin iri rəqəmli artım xərclərinə
malikdirlər. Hindistan hər hüquqi fakültə üzrə 20 mühəndis buraxır. Avstraliya
öz Milli Nanotexnologiya Kompleksinə əhəmiyyətli dərəcədə sərmayə yatırır.
Avropa:
Avropa 2012-ci ilin noyabr ayında elektron nanotexnologiya sənayesinə
€100 milyard vəsait yatıracağını elan etmişdir. Avropanın peyk naviqasiya
sistemi Galileo dünyada ilk mülki sistemdir və peyk naviqasiya sistemi ilə
idarə olunur. Virgin Galactic kosmosa turizm səfərləri planlaşdırır və artıq
$200.000 bilet haqqını ödəməyə hazır olan 500-dən artıq şəxsdən depozit
toplamışdır. AB-nin 2014-2020-ci illər üçün çoxillik maliyyə bazası özünə
“rəqabətədavamlılıq” məqsədilə xərcləri 2007-2013-cü illər üçün BVF ilə
müqayisədə 37% artırmaq niyyətindədir. Elm və texnikanın maliyyələşdirilməsi
proqramı Horizon 2020-yə €70.96 (AB-nin təklif etdiyindən €80 milyard az, və
EP-nin təklif etdiyindən €100 milyard
az) vəsait ayırır, Qlobal peyk naviqasiya sistemi Galileo-ya €6,3 milyard; ITER
termonüvə reaktoruna €2.7 milyard; və Ətraf Mühitin və Təhlükəsizliyin Qlobal
Monitorinqi (GMES) - Yer kürəsinin müşahidə edilməsi proqramına isə €3.79
milyard vəsait ayrılır. Avropanın Patent İdarəsi 2014-cü ildə qüvvəyə minir və
bu da ixtiraçılara patent almaq üçün müraciət etməyə imkan verəcək və sözügedən
idarə 27 üzv-ölkənin 25-də fəaliyyət göstərəcək (İspaniya və İtaliya
patentdənkənar rejimdə qalacaqlar).Lissabon
Strategiyasının müddətinin 2010-cu ildə bitməsinə baxmayaraq, onun ardında
2020-ci ilədək Avropa gəlir, və AB-nin ÜDM-in 3%-nin elmi tədqiqatlara sərf
edilməsi məqsədi qüvvəsində qalır. 2010-cu ildə AB-27 ölkələrində elmi
tədqiqatlara sərf edilən orta vəsait ÜDM-in 2%-ni təşkil etmiş və bu zaman
AB-nin üç üzv ölkəsi 3% səviyyəsinə çatmış (Finlandiya 3,87%; İsveç 3,42% və
Danimarka 3,06%), səkkiz üzv-dövlət isə öz ÜDM-in 1%-ni elmi tədqiqatlara
xərclədikləri barədə məlumat vermişlər. Rusiya son 15 il ərzində 500.000-dən
yuxarı elmi işçi itirmişdir, lakin əks tendensiya yaranmaqdadır, əmək haqları
artırılmış, innovasiya dəstəklənir və hazırda, yüksək texnologiyalar
dəstəklənir. Rusiya hətta son illərin iqtisadi böhranına baxmayaraq
nanotexnologiya, elmi tədqiqat və korporasiyalara əhəmiyyətli sərmayə
yatırmışdır. Rusiya elmi tədqiqat və tətbiqetmələri sürətləndirmək üçün
transmilli korporasiyalarla birgə Skolkovo İnnovasiya Mərkəzini inşa edir və bu
tikintinin büdcəsi 2013-2020-ci illərdə milli kosmik tədqiqatlar sahəsinin
inkişafı üçün dövlət proqramı çərçivəsində 2.1 trilyon rubl (təxminən $70
milyard) təşkil edir.
Latın Amerikası: Meksikanın Milli Genetik Resurslar Mərkəzi
genetik resurslar, kənd təsərrüfatı, heyvandarlıq, akvabitki əkini, meşə
təsərrüfatı və mikrob tədqiqatları sahəsində inkişaf edən ölkələr arasında
liderdir. İƏİT, UNESCO, AB, ABŞ və Şin regionda innovasiya sistemlərinə yardım
edirlər. çili regionda bəzi geridə qalan göstəriciləri tam olaraq dəyişdirmək
üçün Latın Amerikası üçün elmi xəbərlər şəbəkəsini işləyib hazırlamağa
başlamışdır. Argentina, Braziliya, Çili və Meksika kimi ölkələrin payına
regionda aparılan universitet səviyyəli elmi tədqiqatların təxminən 90% düşür
və 500 ali təhsil ocağının yarısı elmi tədqiqatlar aparmır. Universitetlərin
elmi və texniki kursları ən kasıb icmalara yardıma diqqəti yönəltmək üçün tələb
edilə bilər. Hazırda, Meksika Latın
Amerikası və Karib hövzəsi ölkələri üçün innovasiya şəbəkəsi üzrə liderdir.
Perunun elmi işlərə yatırdığı maliyyə vəsaiti $300 milyona çatmış və bu əsasən
yerli universitet və tədqiqat mərkəzlərini dəstəkləyən şirkətlərin rəhbərliyi
sayəsində baş verir.
Şimali Amerikası: ABŞ Milli Səhiyyə İnstitutu dünyada elmi
tədqiqatların maliyyələşdirilməsi üzrə ən böyük mənbə olaraq qalır. NASA böyük
sayda insan və tətbiqetmələr üçün bəşəriyyəti fəth etmək məqsədilə sərf edilən
xərcləri azaltmaq üçün özəl buraxıcı
sistemlərə yardım göstərir. SpaceX “Drakon” raketi 2012-ci ilin yaz ayında yük
modulunu uğurla kosmik stansiyaya göndərmişdir. Bigelow üfürülmüş orbital stansiyaların
istehsalı ilə məşğuldur. Boeing aşağı yerüstü orbital yanacaq anbarları təklif
etmişdir. Blue Origin astronavtların suborbital və orbital fəzaya buraxılması
üçün çoxistifadəli raket və kosmik aparatlar üzərində işləyir. Stratolaunch
kosmik kapsulların havaya buraxılması üçün iri təyyarələrdən istifadə etməyi
planlaşdırır. 2011-ci ildə Stendford Universitetinin məşhur professorunun üç AI
pulsuz onlayn kursları təklif edilmişdir. 150,000-dən artıq tələbə qeydiyyatdan keçmiş və 35,000 faktiki
olaraq ev tapşırıqlarını təqdim etmişlər. Kurslara sərbəst çıxışı təklif edən
digər universitetlər sırasında MIT, Harvard, Prinston, eləcə də Miçiqan və
Pensilvaniya universitetlərini göstərmək olar. Amerikanın Milli Elmlər
Akademiyasının, Milli Mühəndislik Akademiyasının və Tibb İnstitutunun
apardıqları tədqiqata pulsuz şəkildə çıxış imkanı vardır. Dünyanın təxminən 35%
elmi işləri ABŞ-da saxlanılır. Hər həftə ABŞ-ın Patent İdarəsi İnternetdə
pulsuz olaraq minlərlə yeni patentləri yerləşdirir.
Qrafikdə Təsir Tendensiyasının
Təhlilindən istifadə edilir; bu, 2012 Gələcək Hesablama İndeksinin bir
hissəsidir (bax: Fəsil 2, SOFI 2012)