Qadınların hüquq və imkanlarının artırılması ötən əsrin sosial
təkamülünün ən güclü təkanverici qüvvələrindən biridir və bəşəriyyət qarşısında
duran bütün qlobal problemlərin həlli yolunda müstəsna əhəmiyyət kəsb edir.
Getdikcə daha çox qadın siyasi-iqtisadi qərarların qəbul edilməsində iştirak
edir, öz fikirlərini irəli sürür və hesabatlılıq tələb edirlər. Gender
Bərabərsizliyinə dair Hesabat ölkədə
gender bərabərliyi və rəqabət səviyyəsi arasında birbaşa qarşılıqlı asılılığı,
adambaşına düşən ÜDM-i və insan potensialı inkişafını göstərir. Kişi və qadın
arasında məşğulluq baxımından fərqliliyin aradan qaldırılması ABŞ-da ÜDM-in 9%
və Avrozonada 13% artmasına gətirib çıxarda bilər. Fortune 500 kampaniyaları daha çox genderin
tarazlaşdırıldığı idarəetmənin digər sahələri təxminən 50% üstələyə biləcəyini göstərir. Bütün dünyada
patriarxal strukturlarda daha çox problem mövcuddur. Tam şəkildə gender
bərabərliyinə nail olunması prosesi qanılmaz bir haldır.
Seçmək hüququ demək olar ki, universal bir hüquqdur. Bütün dünyada
qanunvericilik orqanlarında təmsil olunan qadınların faizi 21.3%-ə (1997-ci
ildə 11.3%) çatmışdır; 31 ölkədə bu göstərici 30%-dən artıqdır və 29 ölkə isə
qadınların milli və dövlət səviyyəsində siyasi iştiraklarını artırmaq üçün
kvotadan istifadə edir. 273 parlament prezidentlərinin 13.9%-ni qadınlar təşkil
edir, və UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, BVF və ABŞ-ın Federal Ehtiyat
Sistemi kimi nüfuzlu təşkilatlarına qadınlar rəhbərlik edirlər. Bununla belə,
Social Watch versiyasına görə 2012-ci ilin Gender Bərabərliyi İndeksi göstərir
ki, 154 qiymətləndirilən ölkə arasında biri gender bərabərsizliyini "tətbiq
edilən" səviyyəyə azaltmamışdır. Dünya İqtisadi Forumunun 2013 Qlobal Gender
Bərabərsizliyi Hesabatı da həmçinin xəbərdarlıq edir ki, 113 qiymətləndirilən
ölkədən 86 ölkənin 2012-2013-cü illər arasında qlobal gender bərabərsizliyini
yaxşılaşdırmalarına baxmayaraq, əksər ölkələr gender bərabərliyində olduqca
zəif inkişaf göstərməkdədirlər. Səhiyyə və və təhsil sahəsində mövcud olan
çatışmazlıqların müvafiq olaraq 96% və 93% azalmasına baxmayaraq, iqtisadi
iştirak sahəsində bərabərsizlik yalnız 60% azaldılmış və bu göstərici bütün
dünyada siyasi həlli yolları ilə bağlı yalnız 21% olmuşdur. İƏİT-nin gender bərabərsizliyinin əsas səbəblərini,
ayrı-seçkiliyə yol verən qanunları və sosial normaları nəzərə alan Sosial
İnstitutlar və Gender Məsələləri İndeksi (SIGI) göstərir ki, ən yaxşı SIGI
balansları olan ölkələrdə qadınların ödənişli iş yerlərində iştirakı 50%-ə
yaxındır, lakin qadınların məşğulluğu baxımından yüksək ayrı-seçkiliyin olduğu
ölkələrdə isə bu rəqəm 20%-dən bir az yuxarıdır. SIGI 2012 belə bir qənaətə
gəlmişdir ki, müsbət addımlara baxmayaraq ayrı-seçkilik salan sosial
strukturlar inadlı olmaqda davam edirlər; 121 qiymətləndirilən ölkədən 86 ölkə
nəsildən-nəslə keçən ayrı-seçkilik qanun və ənənələrinə malikdirlər, yalnız
torpaq sahələrinin 15%-i qadınların adına rəsmiləşdirilmişdir, 20% qadın ailə
planlamasına kifayət qədər çıxışa malik deyil və qadınlara qarşı zorakılıq
əməlləri davam edir.
Dünyanın 117 ölkəsi bərabər ödənişə zəmanət verən qanuna
malikdirlərsə, yerdə qalan əksər ölkələrdə qadınlara eyni işə görə kişilərə
nisbətən nəzərəçarpan dərəcədə az ödəniş edilir. İƏİT ölkələrində gözlə
görünməyən sədlərin davam etməsi gəlir bərabərsizliyini daimi hala çevirir və
burada kişilər eyni tam məşğulluğa görə qadınlara nisbətən 16% artıq, eyni
yüksək ödənişli vəzifələrdə isə 21% artıq məvacib alırlar. Öz işlərini quran
qadınlar kişilərə nisbətən 30-40% artıq qazanc əldə edirlər. İƏİT ölkələrində
qadınlar bütün biznes sahələrinin təxminən 30% -də qazanc əldə edirlər. Qlobal
miqyasda qadınlar təxminən korporativ idarəetmənin 9%-də məşğuldurlar,
tədqiqatların əksəriyyəti qadınların çalışdıqları şirkətlərdə idarəetmənin
yaxşı nəticələr əldə etdiklərini göstərmələrinə baxmayaraq, qadınlar qərar
qəbul edilməsində daha çox korporativ yanaşmaya malik olurlar. Köhnə
strukturların qorunub saxlanması və bir qayda olaraq, kollektiv məsuliyyətin
ailə ənənələrinin bir hissəsinə çevrilməməsi nəticəsində, bir çox hallarda
qadınların iqtisadi vəzifələrinə ənənəvi evdə işləmək vəzifəsi də əlavə olunur.
Tədqiqatlar göstərir ki, əssən də inkişaf etmiş ölkələrdə körpə uşaqları olan
gənc analar iki gəlir mənbəyi tələb edən həyat standartlarının orta səviyyədə
təmin edilməsi üçün və buna ehtiyac olduğundan işləmək məcburiyyətində
qalırlar. Bu da, qadınların çiyninə əlavə yük qoyur və bir çox halda onların
durumlarını yaxşılaşdırmır. Bundan əlavə, qadınlar bütün regionlarda
qeyri-rəsmi və ya ödənişli olmayan işlərin böyük hissəsini yerinə yetirirlər və
onlar bu cür işlərdə çalışan 1.52 milyard insanın 50.5%-ni təşkil edirlər və
çox zaman da hüquqi və iqtisadi müdafiə baxımından çatışmazlıqla
qarşılaşırlar.
Qadınlar ailələrində ev işlərinin böyük hissəsini görür və tərbiyəçi
qismində fəaliyyət göstərirlər. Buna görə də, qadınların gələcək karyeraları və
onların ailə öhdəlikləri arasında harmoniya yaradılmasına kömək etmək üçün ən
yaxşı prinsiplərin və sosial strukturların hazırlanmasına ehtiyac duyulur.
Məşğulluğun baza hüquqlarının, eləcə də uşaqlara baxılması üçün məktəbəqədər müəssisə və evlərin təmin
edilməsi qadınların vəziyyətlərinin yaxşılaşdırılmasına dair strategiyaların
ayrılmaz hissəsi olmalıdır.
Yoxsulluq şəraitində yaşayan insanların təxminən 70%-i qadınlardan
ibarətdir və bu qadınların əksəriyyəti kənd ərazilərində yaşayırlar. Kənd
təsərrüfatının işçi qüvvəsinin əhəmiyyətli hissəsini təmsil etməklə təxminən
500 milyon kənd qadını kiçik torpaq sahələrinə malikdirlər, yaxud da torpaqsız fəhlələr kimi çalışırlar və nəticədə
kənd təsərrüfatına dair biliklərin yayılması xidmətlərinin yalnız 5%-dən
yararlana bilirlər. Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının qiymətləndirmələrinə görə kişilər kimi istehsal resursları və aktivləri üzərində
mülkiyyət hüququna və onların idarə edilməsi hüququna malik olunması inkişaf etməkdə
olan ölkələrdə kənd təsərrüfatı istehsalını 4% artırmaqla ərzaq
təhlükəsizliyini təmin edəcək və ac qalan əhalinin sayının 100-150 milyona
düşməsinə gətirib çıxardacaq. Mikrokreditlərin əksər hissəsi biznes
fəaliyyətləri çox vaxt kiçik miqyasda olan yoxsul qadınlara verilir; onların
gəlirlərinə təsir edəcək biznes səviyyəsinə çatmaları üçün sahibkarlıq
vərdişlərinə yiyələnməyə ehtiyacları
olur.
Qlobal istehlak xərclərinin 70%-dən çoxuna nəzərdə tutulan nəzarət
bazarda mövcud olan üstünlük və mədəniyyətə güclü təsir göstərir.
Təhsil
sahəsində gender fərqliliyi demək olar ki, azalmaqdadır və hətta bəzi ölkələrdə
qızlar adətən oğlanlardan yaxşı oxuyurlar və buna görə də orta və ali təhsil
almağa meyllidirlər. Qadınların çoxluq təşkil etdikləri Yaponiya və Səudiyyə
Ərəbistanı kim fərqli ölkələrdə qadınlar fəlsəfə doktoru dərəcəsi almış, lakin
iş yerlərində yüksək vəzifə tutmayan
qadınlar arasında "qadın beyni axını" kimi hal adi hala çevrilmişdir.
Əhəmiyyətli uğurlara baxmayaraq, 2011-ci ildə gənc qadınların əsas savadlılıq
səviyyəsi gənc kişilərlə (92.2%) müqayisədə 86.8% təşkil etmişdir. Qadınlar
əvvəlkitək 773.5 milyon savadsız böyüklərin 64%-ni və 123.2 milyon gənc
təhsilsiz əhalinin 61.3%-ni təşkil edirlər. 8000 milyondan yuxarı qadın iqtisadi
imkanlarının yaxşılaşdırılması üçün zəruri olan bacarıqlara malik deyillər.
Səhiyyə ilə bağlı gender fərqliliyi ümumilikdə aradan götürülmüşdür, lakin
qadınlara xarakterik olan problemlər hələ də qalmaqdadır. Son iki onillik
ərzində ana ölümü 47% azalmışdır. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı
2013-cü ildə 289,000 qadının hamiləlik və ya doğuşla bağlı yaranmış fəsadlar
nəticəsində dünyalarını dəyişdikləri haqda məlumat verir. Qadın ölümünün qlobal
əmsalı 100,000 doğuşdan 210 ölüm təşkil edir və bu hal doğuş göstəricisinin
yüksək olduğu, lakin zəif səhiyyə sistemləri olan Afrika və Asiyanın bəzi
hissələrində geniş yayılmışdır. İnkişaf edən ölkələrdə hamiləliklə bağlı ölüm
halı riski sənaye ölkələrinə nisbətən 25 dəfə çoxdur, və kənd yerlərində dünyaya
uşaq gətirən qadınlar şəhər mərkəzlərində dünyaya uşaq gətirən qadınlara
nisbətən 3 dəfə çox riskə məruz qalırlar. Təxminən 10 milyon insan hər il
hamiləliklə bağlı infeksiya, xəstəlik və digər xəsarətlərdən əziyyət çəkir.
Qadınların reproduktiv hüquqlarının tanınması və səmərəli ailə planlaması
anaların ölüm hallarını aradan qaldırmaq və 2015-ci ilə ana ölümünü 100000 diri
doğuş halına 120 ölüm halı azaltmaq kimi
Minilliyin İnkişaf Məqsədlərinə nail olaq üçün olduqca vacibdir. Water Aid məlumat verir ki, şəhər
gecəqondularında yaşayan üç qız və ya qadından biri ayaqyoluna çıxışa malik
deyil və yararsız, yaxud da açıq ayaqyoluları fiziki və cinsi zorakılıq riskini
artırır.
Vulvada aparılan əməliyyat səbəbindən hər il
artıq xəsarət almış 140 milyon qadının sırasına
xəsarət alan 3 milyon qız uşağı əlavə edilir və bu başlıca olaraq Afrika
və Yaxın Şərqdə və Asiyanın bəzi regionlarında baş verir. BMT-nin Əhali Fondu
hesab edir ki, əgər bu hal davam edərsə, onda 2030-cu ilə bütün dünyada daha 86 milyon gənc qız bu adətin qurbanına
çevriləcək. BMT-nin və qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində
haradasa 8000 cəmiyyət vulva əməliyyatını / qadınların sünnət edilməsini kimi
əlilliyə gətirib çıxardan əməliyyatları
dayandırmış və təxminən 3000 dini rəhbər isə bu cür hala qarşı
çıxmışdır. BMT-nin yeni qətnaməsi ABŞ-ı
qadınların sünnət edilməsinə qadağa qoyulması üçün bütün tədbirləri, habelə
qanunvericilik tədbirlərinin görülməsinə çağırmışdır.
Hazırda qadınlara qarşı zorakılıq əməlləri
hər il ölüm və bədbəxt hadisələr nəzərə
alınmaqla ən böyük müharibə hesab olunur. Dünya miqyasında 35% qadın fiziki və
/ və ya cinsi zorakılığa məruz qalmış və 38% qadın isə həyat yoldaşları
tərəfindən qətlə yetirilmişdir. 125 ölkənin məişət zorakılığını cəzalandıran
qanuna malik olmalarına baxmayaraq, 70%-dək qadın hələ də ömürləri boyu fiziki
və / və ya cinsi zorakılığın qurbanı olaraq qalır və 603 milyon qadın isə
məişət zorakılığının qanun tərəfindən cəzalandırılmadığı ölkələrdə yaşayır.
Demək olar ki, bütün dünyada bu cinayət əməllərinin cəzasız qalması barədə
məlumat verilir. İnsan alveri qurbanlarına çevrildikləri hesab olunan 800000
insanın 80%-nin qadındır, bunların da 79%-i cinsi istismar məqsədilə
satılırlar. Məktəblər qızlar üçün bədən tərbiyəsi dərslərinə döyüş üsulları və
digər özünümüdafiə formalarını daxil etməlidirlər. Analar cinsləri bərabər
şəkildə tərbiyə etmək üçün ailədə tərbiyəvi üsullardan istifadə etməlidirlər.
Qadın hüquqlarının pozulmasına məhkəmə təqibi və beynəlxalq sanksiyalar tətbiq
edilməlidir. BMT-nin Məqsəd Fondunun qadınlara qarşı zorakılıq əməllərinə
aradan qaldırılması üçün ayırdığı qrantlar
dünyanın 86 ölkəsində 6 milyon insanı əhatə edir.
Qətnamə müharibə şəraitində yaşayan və sülhün bərqərar olmasında fəal
iştirak edən 1325 qadını müdafiə edir və BMT-ni münaqişədən sonrakı şəraitin
yaxşılaşdırılması üçün ayrılmış büdcənin 15%-i də bunun üçün nəzərdə
tutulmuşdur. Beynəlxalq müqavilələr və BMT-nin xüsusi təşkilatları da qadın
hüquqlarını fəal şəkildə müdafiə edirlər. Ənənəvi kütləvi informasiya
vasitələri gender stereotipləri ilə mübarizə aparmırlar və qadınlar mətbuatın
rəhbər vəzifələrində zəif təmsil olunurlar. Buna baxmayaraq, mobil telefonlar
üçün nəzərdə tutulmuş İnternet saytları getdikcə daha çox qadınlara qarşı
zorakılıq əməlləri ilə bağlı qlobal məlumatların verilməsi üçün istifadə edilir
və zorakılıq əməlləri barədə məlumat vermək üçün proqramlar təqdim edilir,
zorakılığın baş verdiyi yerlər və kömək almaq
üçün necə müraciət edilməsi haqda məlumat verilir (məsələn, Safecity - Zorakılığa Məruz qalan Qadınlar Layihəsi, və Harrass Xəritəsi). Qlobal təhlil göstərmişdir
ki, mobil telefonlar 93% qadının özlərini daha təhlükəsiz hiss etmələrinə yardım
etmiş və 885% qadın isə daha müstəqil olmuş, eyni zamanda 41% qadın iqtisadi
imkanlarını yaxşılaşdırmışdır.
Minilliyin İnkişaf Məqsədləri layihəsinin stereotiplərin dəyişdirilməsi
ilə bağlı bu yaxınlarda apardığı
tədqiqat belə bir qənaətə gəlmişdir ki,
növbəti bir neçə onillik ərzində gender stereotiplərində ləng, lakin
kütləvi dəyişikliklər baş verəcək.(Bax: "Tədqiqatlar" bölməsində "Gender
stereotiplərində dəyişiklik).
Gender məsələləri ilə bağlı ayrı-seçkiliyə qarşı qanunlar qəbul edildiyi,
qadınlara qarşı ayrı-seçkilik və zorakılıq hallarına qarşı məhkəmə təqibi
tətbiq edildiyi, bütün ölkələrdə qadınların milli qanunvericilik orqanlarında
30% + təmsil edilmələri məqsədinə nail olunduğu və inkişaf strategiyalarına
bütün sektorlarda gender bərabərliyi daxil edildiyi zaman Çağırış 3-ə ciddi
şəkildə müraciət ediləcək.
Regional Mülahizələr
Afrika: CAR-dan olan doktor Nkosazana Dlamini-Zuma
Afrika İttifaqı Komissiyasının ilk qadın sədri olmuşdur. Subsahara Afrikasında
qadınlar qanunvericilik orqanlarında 21.7%-lə təmsil olunurlar , Ruanda da isə parlament üzvlərinin böyük
əksəriyyəti qadınlardan ibarətdir. 2013-cü il tarixli Qlobal Gender Fərqliliyi
İndeksində Subsahara Afrikasının dörd ölkəsi nisbətən yüksək cərgələrdə yer
alır: Lesoto (16), Cənubi Afrika (17), Burundi (22) və Mozambik (26). Bu,
qadınların məşğulluq sahəsində artan iştirakı ilə bağlıdır, lakin bu trend
aşağı ixtisaslı və aşağı ödənişli işlərdə müşahidə olunur. Hazırda, regionda
orta doğum səviyyəsi 5.1 faiz təşkil edir və gözlənildiyi kimi, əsrin
ortalarında 3 faizdən aşağı düşməyəcək. Hər gün baş verən 800 ana ölümü halının
55%-i Subsahara Afrikasının payına düşür və dünyada baş verən ana ölümü hallarının əksər hissəsi, hər
100,000 doğuşa 1,000 ölüm halının təsadüf etdiyi bəzi ölkələr daxil olmaqla, bu
regionun payına düşür. "Uşaqları Xilas Edin" proqramına uyğun olaraq Nigeriya
ana olmaq üçün Yer kürəsində ən pis ölkə
sayılır. Afrika və Yaxın Şərqin 29 ölkəsində 125 milyondan yuxarı qadın və qız
qadın sünnətinin qurbanına çevrilmişdir. Kənd təsərrüfatı işləri ilə 52%
qadının məşğul olmasına baxmayaraq, onlar torpaq sahəsinə malik deyillər, eləcə
də xarici şirkət və ya ölkələrin torpaq sahələrini ələ keçirmələrindən əziyyət
çəkirlər. Şimali Afrikada (32% müqabilində 55%), Yaxın Şərqdə (27% müqabilində
41%) və Subsahara Afrikasında (70% müqabilində təxminən 85%) kişilərə nisbətən
qadınlar daha çox hüquqlarının pozulduğu işlərdə çalışırlar. Cənubi Afrikada
hər il cinsi xarakterli təxminən 60,000 hücum halı müşahidə olunur.
Asiya və Okeaniya: Yaponiya kimi ölkələrdə
yüksək gəlir və təhsil səviyyəsi köhnə ailə strukturlarına meydan oxuyur; çoxlu
sayda qadın ərə getmir. Əgər ÜDM 16% artarsa, və əgər qadın və kişilərin
iqtisadi sahədə iştirak sayı bərabər olarsa, Yaponiya qarşısına qadınların
parlamentdə iştirak payını hazırkı 9%-dən 2020-ci ilə 30%-ə artırmaq məqsədi
qoymuşdur. Koreya Respublikası ilə birgə (burada qadınlar 10% rəhbər vəzifə
tuturlar) Yaponiya qadınların karyera imkanlarının yaxşılaşdırılması üçün
Gender Məsələləri üzrə Məqsədli Qrup yaratmışlar.
Qlobal Gender Fərqliliyi İndeksində qiymətləndirilən 133 ölkə
arasında Yaponiya 105-ci, Koreya Respublikası isə 111-ci yerdə yer alır. Şərqi
Asiya və Okeaniya demək olar ki, ibtidai, orta və ali məktəblərə qəbulla bağlı
oğlan və qızlar arasında fərqliliyi aradan qaldırıblar; bəzi ölkələrdə isə
qızların sayı oğlanların sayından çoxdur.
Bununla belə, UNESCO-nun məlumatlarına görə 2012-ci ildə Cənubi Asiyada
ilkin məktəb təhlili ilə bağlı yalnız Şri-Lanka və Banqladeş gender məqsədlərinə
nail olmuşlar. Cənubi Asiyanın bütün ölkələrinin Qadınlara Qarşı Ayrı-Seçkilik
Hallarının Bütün Formalarının Ləğvi haqqında Konvensiyanı qəbul etmələrinə
baxmayaraq, BMT-nin İnkişaf Proqramı məlumat verir ki, regionda gender
bərabərsizliyi insan potensialını 60.1% aşağı salır, eyni zamanda Ümumdünya
Səhiyyə Təşkilatı qeyd edir ki, dünya üzrə ana ölümünün 30%-i bu regionun
payına düşür və bu göstərici üzrə ikinci yeri tutur və bu da əsas etibarı ilə
ikili hüquqi və dini sistemin mövcudluğu ilə bağlıdır. Əsasən, Asiyanın bir çox
hissələrində ikili hüquqi və dini sistem səbəbindən məcburi evlilik, zorakılıq,
varisliklə və torpaq sahəsinə yiyələnməklə bağlı ayrı-seçkilik, cehiz problemi
və namusun qorunması görə ölüm halları əvvəlkitək geniş şəkildə yayılmış və
cəzasız qalmaqdadır. 2013-cü ildə Əfqanıstanın konservativ parlament üzvləri
İslama ziddiyyət təşkil etdiyindən Qadınlara qarşı Zorakılıq Hallarının Ləğv
edilməsi haqqında Qanunun ləğv edilməsini tələb etmişlər. "Gənc kişiləri sosial
media vasitəsilə qadınlara qarşı zorakılıq əməllərinin aradan qaldırılmasına
cəlb edilməsi" layihəsi Asiya və Okeaniyada sosial medianın köməkliyi ilə
gender əsaslı zorakılıq hallarına son qoyulmasına çalışır. Oğlanlara üstünlük
verilməsi regionda çoxlu sayda ölkəni narahat etməkdədir; 2011-ci ildə
Hindistanda aparılmış əhalinin siyahıya alınması uşaqlar arasında cinsi
əlamətlərinə görə qeyri-bərabərlik aşkar etmişdir, hər 1000 oğlana cəmi 914 qız
düşür. Çində 2003-cü ildən 2005-ci ilədək keçirilmiş "Qızlara Qayğı" proqramı cinsi baxımdan
qeyri-bərabərliyi azaltmağa çalışmışdır. UNICEF-in məlumatlarına görə Nepal və
Hindistanın bəzi rayonlarında təxminən qızların 40%-i erkən yaşlarında ailə
qururlar. Lakin, pançayatlarda (yerli kənd şuraları) milyondan artıq hindli qadının iştirak etməsi sayəsində bu qeyri-etik adətin
dəyişdirilməsi gözlənilir. Asiyanın
qanunvericilik orqanlarında qadınlar 18.5%, Sakit okean hövzəsində isə
15,9% təmsil olunurlar. Siyasi kvota qəbul edildikdən sonra Qırğızıstanda
qadınların parlamentdə sayı 2005-ci ildə 0%-dən 2010-cu il seçkilərindən sonra
23.3%-ə çatmışdır. Ərəbistanın
qanunvericilik orqanlarında qadınların sayı 2010-cu ildə 3.6%-dən 2013-cü ilin
dekabr ayında 15.9%-ə qalxmışdır, lakin bir çox ərəb ölkələrində qadınların
hüquq və azadlıqları aşağı səviyyədə qalmaqda davam edir. Qətərin
qanunvericilik orqanlarında qadın yoxdur, Yəmən və Omanda isə yalnız bir qadın
iştirak edir. Səudiyyə Ərəbistanında bu cür ayrı-seçkiliyin davam etməsinə
baxmayaraq, qadınlara ilk dəfə olaraq 2015-ci ildə keçiriləcək bələdiyyə
seçkilərində iştirak etməyə və vəzifə tutmaq üçün öz namizədliklərini irəli
sürməyə söz verilib. 2013-cü il Qlobal Gender Fərqliliyi İndeksində Ərəbistan
ölkələri aşağı yerləri tutmaqda davam edirlər. Ərəb regionlarında əvvəlkitək
pərəncə və namus ənənələri üstünlük təşkil edir. Lakin, Malala
Yousafzai-nin timsalında bu cür ənənələrə qarşı getdikcə daha çox səsin
ucaldığı müşahidə olunur.
Avropa: Avropada
aparılan struktur dəyişikliklərdə gender məsələsi mərkəzi yer tutur. Qadınlar
Avropa Parlamentində 36%, Avropa Komissiyasında 32% yerə malikdirlər və AB-nin
28 prezidentinin dördü qadındır (Danimarka, Almaniya, Litva və Sloveniya).
Milli parlament üzvlərinin 27%-i qadınlardan ibarətdir, 28 ölkənin 13-nin
parlament üzvlərinin 33%-ni qadınlar təşkil edirlər. İslandiya, Finlandiya,
Norveç və İsveç gender fərqliliyinin 81% və 83% azaldaraq 2013-cü il Qlobal
Gender Fərqliliyi indeksində ən yüksək yerləri tuturlar. AB-28 ölkələrinin ən
iri məşhur şirkətlərinin direktor şuralarında qadınların faizi 17% təşkil edir
(2010-cu ildə 11.8%), ən yüksək göstəricilər İslandiya (49%) və
Norveçdədir(42%). AB Komissiyasının gələcəkdə planlaşdırılacağı direktivi
şirkətlərdən rəhbər vəzifələrdə 2015-ci ilə 30% və 2020-ci ilə 40% qadın
təmsilçinin olmasını tələb edəcək. AB-də qadınların universitet məzunları
arasında faizləri 60% təşkil edir və 2012-ci ildə 77.5% kişilərlə müqayisədə
orta hesabla 83% qadın ali məktəbi bitirmişdir. Lakin, qadınlar kişilərlə
müqayisədə yerinə yetirdikləri eyni işin 1 saatına 16% az məvacib alırlar və
hətta bu göstərici ildə 31%-dən də aşaрı olur, 32.6% qadın natamam iş
qrafikində çalışırlar. Bu həm də 65 yaş və daha artıq yaşda olan qadınların
23%-nin ahıllıq dövrünə təsir göstərir və 17% kişilərlə müqayisədə yoxsulluq riski
ilə üzləşmələrinə gətirib çıxardır (2011-ci il üzrə məlumatlar). Böyük
Britaniyada yalnız 14% KOM-a (kiçik və orta müəssisələr) qadınlar rəhbərlik
edirlər, və Aspire Fondu qadınların biznes təşəbbüslərini dəstəkləmək üçün
təsis edilmişdir. Almaniyada qadınların 2017-ci ilə 30% mətbuatda rəhbər vəzifə
tutmaları ilə bağlı kampaniya başlanmışdır. Polşanın ümumxalq seçkilərinə yerli
namizədlərin yalnız 35%-nin qadınlar olması barədə qərar qəbul etməsinə
baxmayaraq, son seçkilərdə Parlamentdə qadınların faizi 23.7% təşkil etmişdir.
Rusiya qanunvericiliyi qadınların parlamentdə 30%-dən az olmayaraq (hazırda
13,6% ilə müqayisədə) yer almalarını, eləcə də kişilərə ailədə rollarını
artırmaq üçün imtiyazlar verilməsini təklif edir.
Latın Amerikası: Qadınların Latın Amerikası
parlamentlərində iştirakları bir çox ölkələrdə kvotanın tətbiq edilməsi
nəticəsində yaxşılaşmışdır. Regionda ən inkişaf etmiş ölkələrin bəzilərində,
məsələn Argentina, Braziliya, Kosta-Rika və Çilidə qadınlar dövlət rəhbəri
seçilmişlər. Mərkəzi Amerika Parlamenti üzvlərinin 21.6%-ni qadınlar təşkil
edirlər. Meksika Konqresi üzvlərinin 36.8%-i qadınlardan ibarətdir və prezident
islahatları təşəbbüsü bütün siyasi partiyalarda 50% qadınların iştirakını özünə
daxil edir. 2013-cü il Qlobal Gender Fərqliliyi qeyd edir ki, regionda ümumi gender fərqliliyi 70% Nikaraqua (10),
Kuba (15) və Ekvadorla (25) bağlı aşağı düşmüş, Qvatemala (114), Surinam (110)
və çili (2013-cü ildəki 91 yerdən 2009-cu ildə 64-cü yerə düşmüş) isə bu
baxımdan ən aşağı reytinqə malik ölkələr sayılır. Kişilərə nisbətən daha çox
qadın regionda təhsilə malikdir, lakin əmək haqqında fərqlilik qalmaqdadır.
İqtisadi və siyasi inkişafa baxmayaraq, qadınların rifahı kişilərin çoxluq
təşkil etdikləri strukturlarda çətinləşdirilməkdə davam edir. Qadınlar müxtəlif
formalarda mütəşəkkil cinayətkarlığın qurbanlarına çevrilirlər, lakin onlar həm
də bu cür hallara qarşı mübarizədə daha əhəmiyyətli rola malikdirlər. Kənd və
yerli qadınlar ən azı gündə 16 saat çalışır və onların əməyi çox vaxt ödənilmir.
Məhdud qanunvericilik nəticəsində anaların ölüm hallarının üçdə biri abort
nəticəsində baş verir və anaların ömür boyu ölüm riskləri 0.4% təşkil edir.
Qadınların qətlə yetirilməsi regional problem olaraq qalır; minlərlə qadın öz
ərləri və qohumları tərəfindən qətlə yetirilir və bu cür hallar
cəzalandırılmamış qalır.
Şimali Amerika: ABŞ-da qadınların təxminən
10%-i, Kanadada isə 31% həyat yoldaşlarından çox qazanırlar. Kanadada müstəqil
fəaliyyət göstərən insanların üçdə birini qadınlar təşkil edirlər. Kişilərə
nisbətən getdikcə daha çox qadın universitet məzunudur, buna baxmayaraq ABŞ-da
top-menecerlərin yalnız 15%-ni qadınlar təşkil edirlər, və qadınlar kişilərə nisbətən 30% az məvacib alırlar.
Orta hesabla, qadınlar kişilərin eyni işə görə aldıqları məvacibin 82%-ni
alırlar; bu faiz Afroamerikalı qadınlar üçün 64%, və Latın-Amerikası qadınları
üçün isə 55% təşkil edir. Qadınların Siyasi Tədqiqatı İnstitutunun apardığı
təhlil göstərir ki, əgər qadınlar kişilərlə eyni səviyyədə aparılan işə görə eyni
səviyyədə məvacib alsalar, onda işləyən qadınlar arasında yoxsulluq səviyyəsi
8.1%-dən 3.9%- düşəcək və ölkənin ÜDM-i 3% artacaq. Hələ təsdiq edilməmiş
"Məvacibdə Ədalətlilik" haqqında Qanun layihəsi əməyin ödənişində gender
ayrı-seçkiliyinə qarşı yönəlmişdir.
Qadınların ABŞ-ın qanunvericilik orqanlarında təmsil edilməsi yalnız
17.9% təşkil edir, Kanada da isə bu göstərici 24.7%-dir. Həm Amerika, həm də
Kanada hökumətləri qadınlar üçün ailə planlaması üzrə daxili və xarici
proqramlarda kritik ixtisarlar etmişlər.
ABŞ ən bahalı doğuşların keçirildiyi, ən
bahalı uşaq bağçalarının olduğu və ən qısa valideyn məzuniyyətlərinin (2012-ci
ildə özəl sektorların yalnız 11% işçisi
ailə vəziyyətinə görə ödənişli məzuniyyət hüququndan yararlana bilmişdir)
olduğu ölkələr sırasında yer alır. Hazırda, bu məsələ daha önəm kəsb edir, belə
ki bir valideyni olan ailələrin faizi 1950 -ci ildəki 7.4%-dən 2013-ci ildə
32%-ə yüksəlmişdir (Afroamerikalılar arasında demək olar ki, 60%); ABŞ-da 30
yaşından aşağı qadınlar arasında 50% doğuş nikahdan kənar baş verir və təxminən
4 milyon aşağı gəlirli qadın və tənha analar işsizdirlər və heç bir maliyyə
köməkləri yoxdur. Kanada illik ödənişli analıq məzuniyyəti tətbiq edir, lakin
hələ də adekvat ailə dəstəyi problemini həll etməmişdir, məsələn uşaqlara qayğı və xəstəlik məzuniyyətləri.
Sorğu aparılmış yeni valideynlərin 40%-dən
çoxu dekretə çıxa bilmədiklərini və dekretə çıxmış və işə qayıtmış 81%-i isə
mümkün olsaydı dekret müddətini uzatmaq istədiklərini bildirmişlər. 6 yaşlı və
daha yuxarı yaşlı uşaqları olan və işləyən qadınların sayı 1975-ci ildəki
46%-dən 2012-ci ildəki 80%-ə yüksəlmiş, uşaqlı qadınlar orta hesabla uşaqları
olmayan qadınlardan 12% az məvacib alırlar. ABŞ-da qadınlara qarşı zorakılıq
halları 1994-cü ildə Qadınlara qarşı Zorakılıq Əməllərinin Dayandırılması
haqqında Qanun qəbul edildiyi vaxtdan 55% azalmışdır. Ağ Ev qadınlara qarşı
zorakılıq əməllərinin dayandırılmasına yardım kimi http://www.circleof6app.com/ saytı açmışdır.
Milli parlamentlərdə qadınların sayı (bütün
parlamentarilərin %-i)
Qrafikdə
Təsir Tendensiyasının Təhlilindən istifadə edilir; bu, 2012 Gələcək Hesablama
İndeksinin bir hissəsidir (bax: Fəsil 2, SOFI 2012)